“Ermənistanın yeni baş naziri ziddiyyətli açıqlamalarla çıxış edir”
“Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi aqitasiyaya üstünlük verir. Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir”.
Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri N.Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlamasına dair şərh verərkən deyib.
O qeyd edib ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə törədib.
“Xatırlatmaq istərdik ki, ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk Qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb. Münaqişənin siyasi həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.
H.Hacıyev bildirib ki, Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan, xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir: “Ermənistan bu prinsipin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin birtərəfli qaydada Azərbaycandan ayrılmasına tətbiq oluna biləcəyini iddia edir. Əslində, bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə ATƏT-in Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur. Helsinki Yekun Aktının 8-ci bəndində isə öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib. Həmçinin, Helsinki Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib”.
XİN-nin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Dağlıq Qarabağın sakinləri Azərbaycanın sərhədləri daxilində “daxili” öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər: “Bu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində erməni və azərbaycanlı icmalarının sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur. Biz hələ də ümid edirik ki, Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin səhvlərini təkrar etməyəcək, sağlam siyasət yürüdəcək və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün sivil münasibətlər qurmağa çalışacaqdır. Münaqişənin həll edilməsi regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə bilər və bundan da ilk növbədə Ermənistan əhalisi faydalana bilər. Odur ki, top Ermənistanın meydançasındadır və yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud gündəlik əsasında münaqişənin tezliklə həlli üçün substantiv danışıqlara hazırdır”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
19 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
-
1 saat əvvəl
24, 25 və 26 apreldəki planlarını təxirə sal, çünki "Yaşıl Cümə" başlayır!
-
2 saat əvvəl
Norm və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
Ən çox oxunanlar
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
Aprelin 25-də gözlənilən hava şəraiti
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi
Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq
İntel-in gəliri ilk rübdə 7 faiz artıb






.jpg)
.jpg)








.jpg)




