Yerli 500 manata olsa da, xaricdən 5000 manata alınıb əkilir
2022-ci ilə qədər Azərbaycanda pambıq istehsalını 500 min tona çatdırılması hədəflənir. “Marja” xəbər verir ki, Saatlı rayonundakı “Aqro-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Vahid Hüseynov pambıqçılığın daha da inkişafı üçün təkliflər irəli sürüb.
Vahid Hüseynovun sözlərinə görə, pambıqçılıq elə bir sahədir ki, bununla yalnız təcrübəli mütəxəssislər və ixtisaslı kadrlar məşğul olmalıdır:
“İlk növbədə əkin sahələri artırılmalıdır. Elə sahələr ki, həm münbit, həm də suvarılan olsun. Biz əkin sahələrini plan xatirinə artırmamalıyıq. Ötən il min hektarlarla sahə vaxtında suvarılmadı. Pambıq vaxtında suvarılmasa, məhsuldarlıq çox aşağı olacaq. Bəzi rayonlarda elə sahələrə pambıq əkilmişdi ki, oranı suvarmaq mümkün deyildi. Ona görə də məhsuldarlıq çox aşağı oldu. Biz hektardan ən azı 20-25 sentner məhsul əldə etməliyik. Zəruri məsələrdən biri də pambıqçılığın təcrübəli mütəxəssislərə və ixtisaslı kadrlara tapşırılmasıdır. Əkin və yığım zamanı bütün aqrotexniki qaydalara riayət olunmalıdır. Aprel ayında pambıq əkini başa çatmalıdır. Avqustun sonunda isə yığım başlanmalıdır. Əkindən sonra aqronomlar vaxtının çoxunu sahələrdə keçirməlidir”.
Vahid Hüseynov qeyd edib ki, bu gün ən ciddi problemlərdən biri pambıqçılıq üzrə aqronomun olmamısıdr: “Bizim müəssismiz bu sarıdan çox korluq çəkir”.
Şirkətin rəhbərinin sözlərinə görə, yYerli toxumlardan daha çox istifadə olunmalıdır: “Ötən il əkilən toxumun 90 faizi Türkiyədən gətirilmişdi. Biz əvvəllər, yəni Azərbaycan 1 milyondan artıq pambıq istehsal edəndə 100 faiz yerli toxumdan istifadə etmişik. İndi niyə yerli toxum istehsal etməyək? Xaricdən gətirilən toxum çox baha başa gəlir. Məsələn, 1 ton toxumluq çiyidin qiyməti 5 min manatdır. Yerli toxumun isə 1 tonu 500 manata başa gəlir. Görün nə qədər fərq edir. Yerli toxum həm ucuz başa gəlir, həm də yerli iqlim şəraitinə uyğundur. Əgər çıxış alınmasa, yenidən əkmək olar. Bu da fermerlərə bir o qədər də baha başa gəlməz. Xaricdən gətirilən toxum bir hektara 100 manat xərc tələb edir. Yerli toxum isə hektara 30-35 manat. Bizim toxum istehsal etmək imkanlarımız var”.
Vahid Hüseynov “Pambıqçılığın inkişaf etdirilməsi üçün Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun bərpası da zəruri məsələlərdəndir” deyərək sözlərinə belə davam edib:
“Bu institutun nəzdində təcrübə stansiyaları yaradıb yeni toxumçuluq növləri, torpağın münbitləşdirilməsi üçün təcrübə aparılmalı, ümumiyyətlə, sahənin inkişafının elmi əsasları müəyyənləşdirilməlidir. Bununla yanaşı laboratoriyalar da bərpa olunmalıdır. Bu gün fermerlərlə pambıq qəbul edənlər arasında yaranmış mübahisələrə yalnız laboratoriya analizləri son qoya bilər. Keçmişdə keyfiyyətə nəzarət müfəttişliyi var idi və yığılan məhsulun keyfiyyətinə nəzarət edirdilər. Fermerlər iddia edirlər ki, onların təhvil verdikləri məhsul birinci növdür. Qəbul edən isə bunun ikinci növ olduğunu deyir. Ona görə də müasir tələblərə cavab verən laboratoriyaların olması vacibdir. Həmçinin regionlarda sapəyirici fabriklər, pambıq toxumundan yağ istehsal edən müəssisələr də yaradılmalıdır. Təkrarən demək istəyirəm ki, pambıq vaxtında əkilməli, aqrotexniki qaydadan istifadə edərək, mineral və üzvi kübrələr vaxtında verilməli, ziyanvericilərə qarşı dərmanlama normativə uyğun aparılmalıdır. Son illər pambıqyığan kombaynlar xaricdən gətirilir və hamısı da avtomatlaşdırılmış sistemdir. Bunu işlədə bilən, nasazlıq yaranarsa, onu aradan qaldırmağa mütəxəssis lazımdır. Ona görə də bu texnikanı işlədə bilən və ya yaranmış nasazlığı aradan qaldırmağı bacaran mütəxssislər yetişdirilməlidir. Bundan ötrü qısa müddətli kurslar və ya texniki peşə məktəblərində yeni ixtisaslar yaradılmalıdır. Bu, çox vacibdir. Çünki yaxın illərdə pambıq istehsalını 500 min tona çatdırmaq istəyirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 24 d. əvvəl
-
- 28 d. əvvəl
-
45 d. əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 57 d. əvvəl
-
57 d. əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
2 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb














