MMC satışında yeni qayda

Prezident İlham Əliyev 23 aprel 2018-ci il tarixdə imzaladığı Fərmanla yerli və xarici investorlar üçün Azərbaycan iqtisadiyyatının cəlbediciliyini daha da artırmaq üçün Mülki Məcəlləyə müvafiq dəyişikliklər edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı bilidirir ki, yeni Fərmana əsasən, səhmdarlar həyata keçirilən əməliyyatlar nəticəsində alıcıya vurulan zərərə görə, direktorlar məsuliyyətə cəlb edilə bilərlər. İcraçı direktor isə səhmdarların təmin olunan iddialarına görə cərimələnə, həbs edilə və ya vəzifəsindən kənarlaşdırıla bilər. Bundan əlavə, səhmdarın müvəffəqiyyətli iddiası nəticəsində məhkəmə əməliyyatını (əqdi) ləğv oluna bilər.
Səhmdar cəmiyyətinin iştirakçısı payını satdığı halda ilk öncə mövcud iştirakçılara təklif etməlidir. Həmçinin, səhmdar cəmiyyətinin 50 faiz iştirak payını alan potensial alıcı tərəfindən digər səhmdarlara tender elan etməlidir.
Məhdud məsuliyyətli cəmiyyətin aktivlərinin 51 faizinin satıldığı zaman isə cəmiyyətin iştirakçılarının razılığı tələb edilir. Bundan əlavə, iştirak payının 5 faizini təşkil edən səhmdar cəmiyyətinin iştirakçıları gündəliyə yeni müzakirə mövzularını əlavə edə bilərlər. Cəmiyyətin direktorlar şurası yalnız direktorlar şurasının üzvlərindən ibarət audit komitəsini ehtiva etməlidir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
1. 49.3-cü maddə üzrə:
1.1. birinci cümləsində “və ehtiyatlı” sözləri “, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz” sözləri ilə əvəz edilsin;
1.2. üçüncü cümləsində “iştirakçılarının” sözü “nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının)” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 49.4-49.6-cı maddələr əlavə edilsin:
“49.4. Hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə aşağıdakı hallarda məsuliyyət daşıyır:
49.4.1. hüquqi şəxsin zərərlə işlədiyi halda və ya hüquqi şəxsin mənfəətinə qeyri-mütənasib həcmdə hüquqi şəxsin idarəetmə orqanlarının üzvlərinə bonusların ödənilməsi;
49.4.2. hüquqi şəxsin əmlakının bazar şərtlərindən əhəmiyyətli dərəcədə aşağı şərtlərlə və qiymətlə özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi;
49.4.3. hüquqi şəxsə aidiyyəti olan şəxslərlə qanunun tələblərini pozan və ya hüquqi şəxsin maraqlarına təhlükə yaradan müqavilələrin bağlanması;
49.4.4. hüquqi şəxsin bağlanmış müqavilələr əsasında malları (işləri, xidmətləri) onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alması;
49.4.5. özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsi;
49.4.6. səhmdarlara (payçılara) münasibətdə ədalətsiz əqdlərin bağlanması.
49.5. Hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir.
49.6. Bu Məcəllənin 49.4-cü maddəsində nəzərdə tutulan hallar baş verdikdə və ya bu halların baş verməsinə dair əsaslı şübhələr olduqda, hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısı (iştirakçıları) hüquqi şəxs adından çıxış edən şəxsdən, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsdən hüquqi şəxsdə olan və həmin hallarla bağlı bütün sənədlərə (konkret sənəd göstərilmədən) və ya məlumatlara baxış keçirmək məqsədi ilə həmin sənədləri (məlumatları) tələb edə bilər. Bu halda müraciət olunan şəxs tərəfindən həmin iştirakçının tələbi 5 (beş) iş günü ərzində təmin edilməlidir. İştirakçı həmin sənədin (məlumatın) surətini əldə etmək istədikdə, müraciət olunan şəxs tərəfindən həmin sənədin (məlumatın) təsdiqlənmiş surətləri təqdim olunur. İştirakçı baxış zamanı ona məlum olan və əldə etdiyi məlumatların konfidensiallığını qorumalı və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə həmin məlumatları ötürməməlidir.”.
3. 90-1.2-ci maddənin ikinci cümləsində “Cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis” sözləri “Xalis” sözü ilə əvəz edilsin.
4. 91-4.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“91-4.3. Cəmiyyətin icra orqanının üzvləri və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər.”.
5. 93-cü maddə üzrə:
5.1. 93.2-ci maddədən “, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa,” sözləri çıxarılsın;
5.2. 93.3-cü maddənin birinci cümləsindən “, bu şərtlə ki, cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında həmin hüququn həyata keçirilməsinin ayrı qaydası nəzərdə tutulmasın” sözləri çıxarılsın, həmin maddənin ikinci cümləsi üçüncü cümlə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir.”.
6. 99.2.8-ci maddədə “üzvlərinə” sözü “hər bir üzvünə” sözləri ilə əvəz edilsin.
7. 104.2-ci maddənin ikinci cümləsində “şəxs” sözündən sonra “bütün” sözü əlavə edilsin.
8. 107-7.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri üçün sayı və onlara dair tələblər qanunla da müəyyən edilə bilər.”.
9. 107-12.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“107-12.3. Cəmiyyətin icra orqanının üzvləri və (və ya) cəmiyyətin iştirakçıları audit komitəsinin üzvü ola bilməzlər. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) üzvləri audit komitəsinin üzvü ola bilərlər.”.
10. 339-cu maddə üzrə:
10.1. 339.1-ci maddəyə “bağlanmış” sözündən sonra “, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan” sözləri əlavə edilsin;
10.2. aşağıdakı məzmunda 339.6-cı maddə əlavə edilsin:
“339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.”.
Müştərilərin xəbərləri

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Dünya Bankı əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyini gözləyir
-
2 saat əvvəl
BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
7 saat əvvəl
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər artıq e-qaydada aparılır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün çempionat yekunlaşdı
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Naxçıvanda elektron xidmətlərdən istifadənin dairəsi genişlənib
Son Xəbərlər

Dünya Bankı əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyini gözləyir

BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

“Cahan Holdinq”in prezidentinə mükafat təqdim edilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AzerGold”da növbəti iclas

Mərkəzi Bank iri banka icrası məcburi sərəncam verib
Ən çox oxunanlar

Naxçıvan İqtisadiyyat Nazirliyində istifadə edilən rəqəmsal yeniliklər təqdim olunub

Naxçıvanda müasir Hərracların Təşkili Mərkəzi istifadəyə verilib
.jpg)
“Azərsun Holdinq” mükafata layiq görüldü

Azərbaycan Çindən 26 milyon dollara 7 lokomotiv alır

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi

16 avtobus marşrutu bu şirkətlərə və sahibkarlara verildi
