Maaşı sığorta şirkətinə köçürüb vergiləri ciblərinə qoyurlar
3 ildən az olmayan müddətdə həyatın yaşam sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarından (22% və 3%) və gəlir vergisindən azaddır.
“Marja” xəbər verir ki, Azərbaycanda əmək haqqını yaşam sığortasına köçürənlər artır.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin 1-ci rübündə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 50 milyon 12 min manat təşkil edib. Ötən ilin 1-ci rübündə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 28 milyon 950 min manat təşkil etmişdi. Başqa sözlə, yığımlar 42% artıb.
2017-ci ildə həyatın yaşam sığortası üzrə toplanmış sığorta haqları 138 milyon manat təşkil etmişdi.
Dövlət Sosial Müdafiə Fondu qanuna düzəliş edərək güzəştlərin məhdudlaşdırılması istiqamətində addımlar atmaq niyyətindədir. Çünki məcburi sosial sığotahaqqını toplaya bilmir. Həyat sığortası şirkətləri isə bu güzəştlərin sığorta sektoruna töhvələr verdiyini bildirərək olduğu kimi saxlanılmasını məqsədəmüvafiq hesab edirlər.
Həyatım yaşam sığortasının ikinci adı Yığım İnvestisiyası Sığortasıdır. Yığım İnvestisiyası Sığortası Sizə əmək haqqınızdan daha çox gəlir əldə etmək imkanı yaradır. Siz aylıq rəsmi əməkhaqqınızdan müəyyən məbləği sığorta şirkətinə köçürərək həm həyatınızı sığortaladırsınız, həm də ödədiyiniz bu məbləğə görə vergi və investisiya gəliri əldə edirsiniz.
HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR
Yığım İnvestisiyası Sığortası daha az vergi ödənişi, faiz gəliri və həyatınızın sığortası deməkdir.
- Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödəməli olduğunuz məbləğin müəyyən hissəsi sizin hesabınızda qalır.
-Sığorta məhsulunu almaq üçün (qoşulduğunuz məbləğ) ödədiyiniz məbləğə görə verməli olduğunuz gəlir vergisi sizin öz hesabınızda qalır.
-Müəyyən olunmuş müddət (qanunla 3 il) bitdikdə, yığılmış pul vəsaitlərinin investisiya olunmuş gəlirlərlə birlikdə əldə edirsiniz.
-Müqavilə müddəti bitməmiş, ölüm hadisəsi baş verdiyi halda yaşam sığortası üzrə nəzərdə tutulmuş sığorta məbləği həcmində ailə üzvləriniz maddi təminat əldə edirlər.
Yığım İnvestisiyası məhsuluna qoşulmaqla 3 ilin sonunda əlinizə vergi güzəştləri və depozit faizləri ilə birlikdə böyük məbləğ gəlmiş olacaqdır. Bu müddət ərzində sizin başınıza hər hansı arzuolunmaz iş gələrsə, o zaman sevdikləriniz heç olmasa sizin yoxluğunuzu maddi olaraq hiss etməyəcəklər.
Qanunla Azərbaycanda işçi əməkhaqqından 14% gəlir vergisi ödəyir və 3% Dövlət Sosial Müdafiə Fonduna köçürür. Üstəlik çalışdığınız şirkət sizə görə əməkhaqqınızın 22%-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəyir. Tutaq ki, 1000 manat maaş alırsınız. 3% və 14% ödənişlər çıxıldıqda xalis 850 manat əməkhaqqınız qalır. Bundan başqa, 1000 manat maaşa görə, çalışdığınız şirkət Dövlət Sosial Müdafiə Fonduna 22%, yəni 220 manat köçürür. Azərbaycanda hazırda qüvvədə olan qanunvericiliyə görə, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə vergi və ödənişlərdən azaddır, yəni dövlətə ödənilən 370 manat sizə qalır. Bundan başqa, sığorta şirkətləri 5-7% illik gəlir vəd edirlər. Nəticədə, Həyatın yaşam sığortası vergi, sosial sığorta haqqı güzəştləri və investisiya gəliri birlikdə, bank əmanətindən daha yüksək nisbətdə gəlir təmin edir. Əməkhaqqısı 2500 manatdan yüksək olanlar daha yüksək qazanc götürürlər.
2018-ci ilin yanvar-mart dövrü, min manatla
Həyat sığortası üzrə, o cümlədən: | 63,307.6 | 26,711.8 |
həyatın yaşam sığortası | 50,012.3 | 26,430.2 |
həyatın ölüm halından sığortası | 12,746.1 | 281.6 |
əmək qabiliyyətinin sığortası | 532.9 | - |
sağalmaz xəstəliklərdən sığorta | 16.3 | - |
2017-ci ilin yanvar-mart dövrü
Həyat sığortası üzrə | 34 166 324,56 | 31 003 583,90 |
o cümlədən: |
|
|
həyatın ölüm halından sığortası | 4 981 733,02 | 677 313,68 |
həyatın yaşam sığortası | 28 950 939,15 | 30 321 270,22 |
annuitet sığortası | 0,00 | 0,00 |
əmək qabiliyyətinin sığortası | 204 866,50 | 0,00 |
sağalmaz xəstəliklərdən sığorta | 28 785,89 | 5 000,00 |
2017-ci il
Həyat sığortası üzrə | 177 855 771,53 | 126 406 920,10 |
o cümlədən: |
|
|
həyatın ölüm halından sığortası | 37 942 389,49 | 2 351 493,47 |
həyatın yaşam sığortası | 137 927 658,08 | 124 045 576,63 |
annuitet sığortası | 0,00 | 0,00 |
əmək qabiliyyətinin sığortası | 1 868 207,33 | 0,00 |
sağalmaz xəstəliklərdən sığorta | 117 516,63 | 9 850,00 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
3 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
3 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
3 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
5 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib























