Servis və turizm nəqliyyatı üçün ideal avtomobil - H 350

Azərbaycan yollarında H350-lər artır
Sahibkarlığın qarşısındakı maneələrin bir-bir aradan qaldırılması ilə yeni turizm, xidmət və ticarət şirkətləri yaradılır. Şirkətlərin sayının artması ilə kommersiya avtomobillərinə də təlabat yaranıb. Həm qiyməti münasib olduğundan, həm də dizaynı və rahatlığı bəyənildiyindən Hyundai H350 son vaxtlar ən çox alınan kommersiya avtomobilidir. Xüsusilə, turizm və servis daşıyıcıları H350-nin mikroavtobus versiyasına maraq göstərirlər.
RƏQİBLƏRİNİN PLANLARINI ALT-ÜST EDİB
Hyundai şirkəti H350 modeli ilə rəqiblərinin yuxusunu qaçırıb, planlarını alt-üst edib. Hazırda Hyundai Motor 2015-ci ildə illik 110 min ədəd istehsal gücü ilə dünyada yüngül kommersiya avtomobili istehsalçıları arasında 12-ci yeri tuturdu. Hyundai növbəti beş il ərzində kommersiya avtomobilləri istehsalını 190% artıraraq illik 320 min ədəd istehsal gücünə çatdırmağı planlaşdırır. Hyundai Motor 2020-ci ilin sonundan etibarən dünyanın ən böyük 5 kommersiya avtomobili istehsalçısından biri olmağı hədəfləyir.
H350 avtomobilləri Türkiyənin "Karsan" şirkətinin Bursadakı zavodunda istehsal edilir.
H350 mikroavtobus, furqon, yük avtomobili olmaqla 3 versiyada təklif olunur.
ƏSLƏN ASİYALI OLAN AVROPALI
H350 modelində Hyundai loqosunun böyük yer tutması, öndən arxaya doğru uzanan cizgilər, faraların yanlara doğru uzanması avtomobilin "Avropa işi" olduğunu göstərir. Avropa işi deməyimizin arxasında yalnız xarici görünüş dayanmır. Minik avtomobilindən götürülən rahatlıq, ağıllı texnologiyalar, təhlükəsizlik sistemləri bu avtomobili avropalı edir. Hyundai-ın bu modellə hədəf bazarı Avropadır.
ASAN İDARƏETMƏ PANELİ
Avtomobilin idarəetmə paneli istifadə asanlığı təmin edir. Hər şey sürücünün əli altındadır. Salonda əşyaların saxlanması üçün çoxlu yerlər mövcuddur. Burada sürüşmənin qarşısını alan materialdan istifadə edilib. Avomobildə üç ədəd elektrik cərəyanı mənbəyi var. Həm telefon, həm də planşeti eyni vaxtda enerji ilə doldurmaq mümkündür. Bu kiçik, amma əhəmiyyətli detallar avtomobili müasir edir.
44 DƏRƏCƏLİK GÖRÜŞ BUCAĞI
Kommersiya avtomobilərinin ən mühüm xüsusiyyətlərindən biri panoramik görüş bucağıdır. H350-nin sürücü kabinəsi görüş məsafəsi baxımından da mükəmməldir. 44 dərəcəlik görüş bucağı olan ön şüşə və H350-nin böyük yan şüşələri sayəsində sürücü ətrafı daha geniş görə bilir.
MİNİK AVTOMOBİLİ KOMFORTUNDADIR
Avtomobilin rahatlığına gəldikdə isə, Hyundai minik avtomobilinin komfortunu kommersiya avtomobilinə köçürə bilmişdir. Sürətə nəzarət, arxa təhlükəsizlik kamerası, park yardımı sistemi və silgiləri hərəkətə gətirən yağış sensoru bunlardan bir neçəsidir. H350-nin minik avtomobilinə bənzəyən başqa bir özəlliyi də sürüş rahatlığıdır. Avomobilin McPherson amartizatorları, ön və arxa yayları hər cür yükləmə şəraitində komfortlu və təhlükəsiz sürüş imkanı verir. H350 modeli 12,9 metrlik dönüş diametri ilə şəhərdaxili istifadəyə çox uyğundur. Sükanın kiçik olması da manevri asanlaşdıran bir xüsusiyyətdir. Rahatlıq və komfort təmin edən bu xüsusiyyətlər, avtomobilin sürücüsünün məmnuniyyətini artırmaqla bərabər, eyni zamanda təhlükəsizlik və səmərəlilik də təmin edir.
9 SÜRÜŞƏ DƏSTƏK SİSTEMİ MÖVCUDDUR
Doqquz ədəd sürüşə dəstək sistemi sürücüyə yardım edir. Bu sistemlərdən Aşmağa Nəzarət Sisteminin (Anti – Roll), Ani Tormozlama Xəbərdarlıq Sisteminin, Mühərrik və Əyləc Nəzarətli Çəkiş Sisteminin, Elektron Tarazlıq Nəzarəti Sisteminin, Hidravlik Əyləc Assistentinin, Yoxuşda Dəstək Sisteminin, Təcili Dayanma Siqnalının adını çəkmək olar. Bundan başqa, avomobildə "Zolaq izləmə" sistemi də var.
ZƏRBƏNİ İTİRƏN KAPOT
Hyundai mühəndisləri mümkün toqquşma hallarında sürücünün və sərnişinlərin təhlükəsizliyini maksimum səviyyəyə qaldırmaq üçün araşdırmalarını davam etdirirlər. Mühəndislərin son kəşflərindən biri zərbə itirən kapotdur. Bu kapot zərbə qüvvəsini yanara bərabər şəkildə paylayaraq, gücü azaldır. H350, seqmentində qəzalara qarşı dözümlülük baxımından ən yaxşı reytinqə malikdir.
Azərbaycanda H350 avtomobilinin 155 və 170 at güclərində 2,5 litr CRDi turbo diezel mühərriklə və 6 pilləli mexaniki transmissiya ilə təchiz edilmiş modelləri alıcılara təklif olunur. Xüsusilə, H350-nin 170 at gücündə mühərriklə təchiz edilən versiyası seqmentində birincidir. H350 kommersiya avtomobilləri arasında ən güclü mühərrikə malik nəqliyyat vasitəsidir.
YANACAQ SƏRFİYYATINA BÖYÜK TÖHFƏ
H350-nin yanacaq qənəti təmin edən "Idle Stop & Go" adlanan ağıllı dayan-get texnologiyasını da qeyd etmək lazımdır. Sistem avtomobil dayananda mühərriki avtomatik olaraq söndürür və bir saniyə ərzində yenidən işə salır. Həmçinin sürətlər qutusu qənaətli sürüş təmin edir. İnkişaf Etdirilmiş Akkumulyator İdarəetmə sistemi isə tormozlama enerjisini akkumulyatorun doldurulmasına yönəldir. Bütün bu amillər yanacaq sərfiyyatını 10%-ə qədər azaltmağa kömək edir. Həmçinin “Ekonomik sürüş” düyməsini sıxdıqda motor qənaətcil rejimə keçərək yanacaq sərfiyyatını əlavə 2 faiz azaldır.
H350-lər, sinfində ən az yanacaq sərf edən vasitələrdən biridir.Avtomobil 100 km-də orta hesabla 8 litr yanacaq sərf edir.
MƏKTƏBƏ, İŞƏ VƏ İSTİRAHƏTƏ GETMƏK ÜÇÜN KOMFORTLU AVTOMOBİL
H350-nin mikroavtobus vesiysında komfortlu sərnişin kresloları, müasir işıqlandırma və səs sistemi, rəflər, kondisioner, açılan yan şüşələr, minib-düşmək üçün elektrikli pilləkən və s. mövcuddur. H350 mikroavtobusunun “13 sərnişin + 1 Sürücü” və “16 Sərnişin + 1 Sürücü” versiyaları mövcuddur. Texniki və təchizat xüsusiyyətlərinə baxdıqda, H350 işçilər, məktəb və turizm nəqliyyatı üçün ideal bir vasitədir.
DAHA ÇOX YÜK DAŞIMAQ İMKANI
H350-nin yüklərin daşınması üçün nəzərdə tutulmuş versiyaları isə yük tutumu xüsusiyyəti ilə seçilir. 3,665 mm uzunluqda uzun çarx bazasına malik modellərə 12.9 m³ yük tutumu ilə 5 avropalet yerləşdirilə bilər. Sinfində birinci olan qısa çarx bazalı versiyasına isə 10.5 m³ yük tutumu ilə 4 avropalet asanlıqla yerləşdirilə bilər.
H350-nin furqon versiyası 270 dərəcəyə qədər açılan arxa qapılara, 690 mm-lik yükləmə hündürlüyünə malikdir.
H350 avtomobilini Hyundai markasının Azərbaycanda rəsmi distribyutoru olan “Auto Azərbaycan” şirkətindən almaq mümkündür.
Avtomobilə paslanmayacağı və çürüməyəcəyi barədə 10 il zəmanət verilir. Bundan başqa 3 il limitsiz kilometr zəmanəti də təqdim edilir.
Daha ətraflı: http://hyundai.az/az/h350
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 d. əvvəl
2 milyona yaxın istifadəçisi olan bank tətbiqi daha da etibarlı oldu
- 12 d. əvvəl
- 25 d. əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Unicapital və MDM kapital bazarlarına dair birgə təlim təşkil etdi
-
1 saat əvvəl
Dünya Bankı: Bu il neftin qiyməti 65 dollardan aşağı olacaq, 2026-da 60 dollaradək düşəcək
-
1 saat əvvəl
Azərbaycanın ən böyük yarımstansiyası inşa olunur, ölkənin müxtəlif istiqamətlərinə xətlər çəkilir
-
2 saat əvvəl
PashaPay Bir ekosistemi qlobal Money20/20 Europe tədbirində təmsil edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank əməkdaşları kütləvi ağacəkmə aksiyasında iştirak ediblər
- 2 saat əvvəl
-
3 saat əvvəl
Şirkət 1 milyon manata yaxın mənfəətini bölüşdürməyi nəzərdə tutur
- 3 saat əvvəl
Son Xəbərlər

2 milyona yaxın istifadəçisi olan bank tətbiqi daha da etibarlı oldu

May ayının ilk günü üçün hava proqnozu açıqlanıb

Qlobal bazarlarda son vəziyyət

Unicapital və MDM kapital bazarlarına dair birgə təlim təşkil etdi

Azərbaycanın ən böyük yarımstansiyası inşa olunur, ölkənin müxtəlif istiqamətlərinə xətlər çəkilir

Dünən bank kartlarından 36 min manat oğurlanıb

Bank BTB-də yeni rəqəmsal imkan!
Ən çox oxunanlar

Şirkət 1 milyon manata yaxın mənfəətini bölüşdürməyi nəzərdə tutur

Azərbaycan neftinin son qiyməti

Özəl nəşriyyatda səhmdarlara dividend ödənilməsi müzakirə ediləcək

Rəsmi məzənnələr açıqlandı

“DDLAR İnşaat” şirkətinin gəliri 12 dəfə artıb, zərərdən çıxıb

BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

Dünya Bankı əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyini gözləyir
