Petkim, STAR-dan illik əlavə 100 milyon dollar qazanc əldə edəcək
SOCAR-a məxsus "Petkim Petrokimya Holding AŞ"nin (Petkim) baş direktoru Anar Məmmədov, Petkim və STAR Neftayırma Zavodlarının inteqrasiya olunmuş bir obyekt kimi çalışacağını bildirib. O, "Yalnız bu inteqrasiyadan bizim gözləntimiz, Petkim tərəfində illik 100 milyon dollar əlavə mənfəət əldə etməkdir", - deyib.
Məmmədov, Petkim-də mətbuat nümayəndələrinə şirkətin mövcud və gələcək investisiyalarına dair məlumat verib.
"Marja" xəbər verir ki, neft-kimya sektorunda dünyada illik artımın 3-4% ətrafında olduğunu bildirən Məmmədov, Türkiyədə isə bu nisbətin 6-7%-ə çatdığını qeyd edib.
Məmmədov Petkim üçün son 3 ilin çox uğurlu keçdiyini dilə gətirərək, "Petkim 2017-ci ildə mənfəət baxımından rekord qırdı. Dövriyyəmiz təxminən 70 faiz artıb. Xalis mənfəətimiz iki dəfədən çox artıb. Maliyyə rekordu ilə bərabər istehsal rekordu da qırdıq. Ümumi gücümüz 3,6 milyon tondur, ancaq buna nail olmaq çox çətindir. Biz 3,42 milyon tona çataraq istehsal gücündən istifadə səviyyəmizi 97%-ə yüksəltdik. Avropada neft-kimya müəssisələrində bu nisbət təxminən 82%-dir",- deyib.
İstehsalda məhsuldarlığı artırmaq üçün STAR Neftayırma Zavodu ilə birlikdə sərmayə qoymaq qərarı verdiklərini qeyd edən Məmmədov, belə danışıb:
"Petkim və Star inteqrasiyalaşmış bir obyekt kimi çalışacaq. Sadəcə bu inteqrasiyadan bizim gözləntimiz, Petkim tərəfində illik 100 milyon dollar əlavə mənfəətdir. Bu 100 milyon dolların 60 milyon dollarını biz birinci gündən görəcəyik. Bu da maddi-texniki üstünlükdən yaranacaq. Hazırda dünyanın hər yerindən nafta tapmaq məcburiyyətindəyik. STAR zavodu işə salındıqdan sonra biz birbaşa kəmərlərlə nafta alacağıq və Petkim-in ehtiyaclarına ən uyğun və ən yüksək keyfiyyətdə məhsul alacağıq. Yəni maddi-texniki üstünlüklər sayəsində illik 60 milyon dollar mənfəət əldə edəcəyik. Qalan 40 milyon dollar isə birgə xidmətlər və vahid infrastrukturdan yaranacaq. Petkim yarımadasında çox inkişaf etmiş infrastrukturumuz var. Biz bunları STAR ilə bölüşəcəyik. Petkim-in infrastrukturu olmasaydı, STAR-ın investisiya həcmi çox fərqli olacaqdı".
Məmmədov, istehsal üçün xam maddənin böyük hissəsinin bazardan təmin edildiyini bildirərək, "STAR zavodu ilin üçüncü rübündə işə düşdükdən sonra artıq xam maddə ehtiyacımızın 100%-ni buradan qarşılayacağıq. Bizim iki əsas zavodumuz var. Bunlar etilen və aromatiklər zavodlarıdır. İkisində də nafta istifadə edirik. STAR işə düşəndən sonra orada yeni bir məhsul istehsal ediləcək. Bu da aromatiklər zavodunda hazırda istifadə edilən ağır naftadan daha üstün və səmərəli bir məhsul olacaqdır"-deyib.
"Türkiyənin ehtiyacının 20 faizini qarşılaya bilirik"
Petkim və STAR inteqrasiyasının yalnız xam maddə alışı ilə bağlı olmadığını bildirən Məmmədov, Petkim-in məhsuldarlığını ən yüksək standartlara qaldırmaq üçün geniş işlər görüldüyünü söyləyib.
Məmmədov, "Türkiyənin ehtiyacı Petkim-in istehsalından 5 dəfə çoxdur. Biz Türkiyənin tələbatının yalnız 20%-ni qarşılaya bilirik. Bizim üstünlüyümüz Petkim yarımadasında bütün infrastrukturun mövcud olmasıdır",- deyib.
Məmmədov, yanvar ayından etibarən Petkim-in STAR Zavodunda 18 faiz səhm sahibi olduğunu və bu alışın şirkətin bazarda möhkəmlənməsinə müsbət töhfəsini verəcəyini ifadə edib.
Neft-kimya bazarında tez-tez dalğalanmalar baş verdiyinə işarə edən Məmmədov, belə danışıb:
"Hazırda müsbət dövriyyənin içindəyik, amma bu həmişə belə davam etməyəcək. Bu bizim üçün bir sığorta kimidir. Sabit mənfəət istədiyimiz üçün bu investisiyanı etməyi düşündük. 720 milyon dollar qarşılığında STAR-da payı almaq hüququnu qazanmışıq. Bununla əlaqədar avrobond istiqrazı emissiya etmişik. Türkiyədə 2018-də real sektorda bu emissiyanı həyata keçirdən ilk şirkətik. 500 milyon dollarlıq istiqraz emissiya etmişik, tələb 3 dəfə çox oldu. Bu, Türkiyənin xaricindən vəsait cəlb etmək mənasında da çox əhəmiyyətli bir əməliyyat oldu".
Türkiyədə Aliağada tikintisi davam edən Star Neftayırma Zavodunun 2018-ci ilin üçüncü rübündə işə salınması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
14 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 44 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
3 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
3 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat






.jpg)






.jpg)








