Azərbaycandakı yeganə kolxoz hesabat verdi
İsmayıllı rayonunun İvanovka kəndi respublikada yeganə kolxoz təsərrüfatıdır ki, vaxtilə burada sədr olan Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinin adını daşıyır.
Əsasən rusların yaşadığı İvanovkanın 2927 nəfər sakini, 822 təsərrüfatı var. Azərbaycanda həyat tərzi olan tolerantlıq və multikultural dəyərlərdən bəhrələnən ivanovkalılar öz dillərini, adət-ənənələrini maneəsiz olaraq qoruyub saxlayır, onlara göstərilən dövlət dəstəyi ilə torpaqdan səmərəli istifadə edir, çeşidli məhsullar istehsalında uğurlar qazanırlar. Kənddəki Heydər Əliyev adına İvanovka tam orta məktəbində dərslər iki dildə - rus və Azərbaycan dillərində tədris olunur.
Bu fikirlər İvanovka ərazi inzibati dairəsində ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib. Ərazi icra nümayəndəsi Olqa Jabina, məktəb direktoru Mixail Uryupin, bələdiyyə sədri Oleq Radayev, hüquqşünas Vasili Kazakov, kolxozun sədri Vasili Novoseltsev və başqalarının çıxışlarında keçən il qazanılan uğurlardan danışılıb.
Bildirilib ki, İvanovkada ötən il 3171 ton buğda, 2418 ton arpa, 22 ton noxud, 82 ton günəbaxan, 942 ton üzüm istehsal olunub. Təsərrüfatlarda 1406 baş iribuynuzlu mal-qara, 6084 baş davar, 174 baş donuz, 64 baş at saxlanılır. Kolxozda günəbaxan yağı, pendir, yağ və qaymaq istehsal edən mini zavodlar, çörək zavodu fəaliyyət göstərir. İstehsal edilən məhsullar Bakıda və İsmayıllıdakı mağazalarda satılır.
Çıxışlarda İvanovkanın turizm imkanlarından da bəhs olunub. Qeyd olunub ki, İvanovkaya nəinki yerli, hətta xarici ölkələrdən turistlər gəlir. Onlara qalmaq üçün çox uçuz qiymətə yaxşı şəraiti olan evlər təklif edilir.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb, sakinlərin qayğıları ilə maraqlanıb.
© Azərtac
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 30 d. əvvəl
-
44 d. əvvəl
Azərbaycanda nəhəng Data Mərkəzi layihəsi – BƏƏ şirkəti ilə memorandum imzalandı
-
-
1 saat əvvəl
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
-
1 saat əvvəl
Çində pərakəndə satış proqnozdan zəif artıb, investisiyalarda geriləmə dərinləşib
-
13 saat əvvəl
İlham Əliyev aldığı mükafatın pulunu Qarabağ Dirçəliş Fonduna köçürür
-
14 saat əvvəl
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
14 saat əvvəl
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
-
14 saat əvvəl
PAKDAD şəhid və qazi övladlarına çanta və məktəb ləvazimatları hədiyyə etdi
-
15 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri şirkətləri saziş və sənədlər imzaladılar
-
15 saat əvvəl
Bakıda dövlət qurumlarında iş saatları dəyişir – Sentyabrın 15-dən başlayır
-
15 saat əvvəl
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Ərəb şirkəti Naxçıvanda mineral ehtiyatların axtarışına qoşulur
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Ən çox oxunanlar
Sabahdan Bakının marşrut xətlərinə 2530 avtobus buraxılır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub































