HYUNDAI yeni modelləri ilə Azərbaycan bazarında liderliyini qoruyur

Azərbaycana minik avtomobillərinin idxalı 2016-cı ildə 4991 ədəd ikən, 2017-ci ilin yekununda isə 11610 ədəd təşkil etdi. İdxalın 2 dəfədən çox artması yeni avtomobil satışlarında canlanmanın göstəricisidir.
HYUNDAI avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkətinin marketinq direktoru Rauf Cahangirov “Marja”ya bildirdi ki, Manatın sabitləşməsi, kredit və lizinq imkanlarının az da olsa bərpa edilməsi avtomobil satışlarının artmasının əsas səbəbləridir:
“Devalvasiyalardan sonra yeni avtomobillərin satışı təxminən 10 dəfə azaldı. Məzənnənin qeyri-sabit olması satışların artmasına imkan vermirdi. 2017-ci ilin ortalarından etibarən neftin qyimətinin qalxması ilə Dollar/Manat məzənnəsinin də sabitləşməsi iş dünyasında, sıravi insanlarda güvənlik yaratdı. Bundan sonra, kredit və lizinq imkanları az da olsa bərpa edildi. Artıq, qeyri-müəyyənlik azalıb, insanlar yeni şərtlərə öyrəşməyə başlayıblar. Bütün bu dəyişikliklər müsbət dinamikanın yaranmasına səbəb oldu”.
HYUNDAI SATIŞLARI 30% ARTIB
Rauf Cahangirov bildirdi ki, 2017-ci il “Auto Azərbaycan” şirkəti üçün də uğurlu olub:
“2017-ci ildə yeni HYUNDAI satışları gözlədiyimizdən də yaxşı oldu. Aktiv marketinq və satış fəaliyyətləri sayəsində satışlarımızı 30% artıra bildik. Son illərin sektor üçün çətin olmasına baxmayaraq, bazar payımızı qoruyub saxlaya bilmişik. 2018-ci ildə 650-700 ədəd civarında avtomobil satmağı hədəfləyirik”.
Satışların artmasına yeni modellərin təqdim edilməsi də böyük təsir göstərib:
“2016-cı ildə Creta modelinin satışına başladıqdan sonra, 2017-ci ildə yenilənmiş Accent-in, feyslift olunmuş Sonata-nın və Tam Yeni Grandeur modellərinin satışlarına başladıq. İnsanların bu modellərə böyük marağı bizi sözün yaxşı mənasında təəcübləndirdi. Creta kiçik SUV seqmentində ən çox bəyənilən modellərdən biridir.
Həmçinin, ötən il şirkətimiz H350 adında yeni kommersiya avtomobilini idxal etməyə başlayıb. Ölkəmizdə turizmin inkişafı, biznes qurumlarının daha da aktivləşməsi, xidmət, sənaye və pərakəndə sektorunun inkişafı bu modelə tələb yaratdı və həm sərnişin həm də yük avtomobili kimi təqdim edilən bu modelin satışına müsbət təsir göstərdi. Əsas üstünlüklərindən danışanda yeni dizayn, münasib qiymət, dözümlü və qənaətli olmasını vurğulamaq lazımdır. Üstəlik də əlverişli servis xidmətlərimiz və zəmanət şərtlərimiz mövcuddur. Korporativ müştərilərimiz üçün isə bu çox önəmlidir”.
DAHA RƏQABƏTLİ QİYMƏTƏ MALİK 2 HYUNDAI MODELİ
Rauf Cahangirov qeyd etdi ki, Hyundai-ın Rusiyadakı zavodundan alınan Creta və Accent modelləri qiymət baxımından çox rəqabətlidir:
“Creta və Accent-in qiymətləri öz rəqibləri ilə müqayisədə əlçatandır. Accent modeli 24.200 manatdan başlayan qiymətlər ilə təklif olunur. Bütün modellərimiz avtomatik sürət qutusu ilə təchiz edilir. Əvvəllər Accent modelini daha çox şirkətlər alırdılarsa, artıq çoxlu sayda fərdi şəxslər də Accent-i seçir.
SATIŞLARA “LİMİTSİZ YÜRÜŞ” DƏSTƏYİ
Rauf Cahangirov bildirdi ki, avtomobillərə 4 il/limitsiz yürüş zəmanətinin verilməsi də satışlara müsbət təsir göstərib:
“Müştəri bizdən avtomobili alan zaman 2 zəmanət şərtindən birini seçə bilər. İndiyədək satdığımız avtomobillərə 5 il və ya 100 000 km zəmanət təklif edirdik. Yeni məhsulumuz isə 4 il və ya limitsiz yürüşü nəzərdə tutur. Bu təklif şirkətlər, taksi xidməti göstərənlər, ümumiyyətlə avtomobili çox sürənlər üçün xüsusilə sərfəlidir. HYUNDAI öz məhsullarının keyfiyyətinə güvənir. Avtomobili az sürənlər isə 5 il və ya 100 000 km təklifini seçə bilərlər”.
“ARTIQ 2018-DƏ İSTEHSAL OLUNMUŞ AVTOMOBİLLƏRİ SATIRIQ”
Rauf Cahangirov bildirdi ki, artıq HYUNDAI salonlarında 2018-ci ildə istehsal olunmuş avtomobillər satılır:
“Adətən distribyutor Yanvar ayında zavoda verdiyi sifarişlər üzrə avtomobilləri Fevral-Mart ayından başlayaraq alır. Biz artıq 2018-də istehsal olunmuş modelləri satırıq. Sifarişləri elə tənzimlədik ki, Yanvar ayının sonundan etibarən 2018-ci il istehsalı Creta və Accent modellərini müştərilərə təklif edirik. Bu məsələdə qonşu Rusiyada Hyundai-ın zavodunun olması da bizə kömək edir. Qeyd edim ki, satış komandamız ilin ortasından sonra satışlara ciddi yanaşıb. 2018-ci ilə minimal sayda 2017-ci ildə istehsal olunmuş avtomobil ilə keçmişik. Ötən ildən qalma bir neçə modelimiz var. Onları da 2018-ci ilin 1-ci rübündə satıb bitirəcəyik”.
SATIŞI DƏSTƏKLƏYƏN AKSİYALAR KEÇİRİLİB
Azərbaycanın iri avtomobil şirkətinin marketinq direktoru bildirdi ki, bir sıra aksiya və sosial layihələr də satışı dəstəkləyib:
“HYUNDAI Azərbaycanda ən geniş servis şəbəkəsinə malik markadır. Biz həmişə olduğu kimi 2017-ci ildə də servis xidmətinə böyük diqqət yetirdik. İl ərzində Bakıda və regionlarda 4 HYUNDAI Servis Festivalı keçirdik. HYUNDAI sahibləri bu festivallar zamanı bir çox pulsuz xidmətlərdən istifadə edib, endirimlərdən yararlandılar.
Bundan başqa, 2017-ci ildə müştərilər üçün loyallıq proqramına başlamışıq. HYUNDAI sahibləri servis xidmətlərindən istifadə edərkən bonuslar qazanır, sonra toplanmış bonusları xidmət haqqının bir hissəsinin ödənilməsində istifadə edirlər.
2017-ci ildə HYUNDAI Azərbaycanda “Zolağı pozma!” adlı yeni korporativ sosial məsuliyyət layihəsini də təqdim etdi. Layihənin məqsədi yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa çağırmaq idi. Ən acınacaqlısı odur ki, təxirəsalınmaz yardıma gedənlər tıxaclarda qalırlar, kimlərinsə həyatı bu tıxaclardan asılı olur. Sıxlıq və tıxacların yaranmasının əsas səbəblərindən biri avtomobil sürücülərinin zolaqla hərəkət etməməsi, biri-birini sıxışdırmasıdır. Bu kampaniya çərçivəsində ictimaiyyətin diqqətini məhz hərəkət zolağına yönəldərək, sürücüləri məsuliyyətli olmağa çağırdıq”.
YENİ MODELLƏRİN SATIŞINA BAŞLANACAQ
“Siz, nələrə əsasən 2018-ci ildə satışlarınızın 650-700 ədəd civarında olacağını proqnozlaşdırırsınız?” sualına Rauf Cahangirov aşağıdakı şəkildə cavab verdi:
“Hyundai-ın ən çox satılan modellərindən biri olan Santa Fe tamamilə yenilənib. Yeni Santa Fe Mart ayında Cenevrə Avtomobil Sərgisində təqdim ediləcəkdir. Bu avtomobili bəyənənlər yeni modeli gözləyirlər. Azərbaycanda tam yeni Santa Fe-nin satışlarına 2018-ci ilin yayından başlayacağımızı gözləyirik.
Həmçinin Volester modeli tam yenilənib və artıq Detroit avtomobil sərgisində nümayiş etdirilib.
Volester 3 qapılı idman üslubunda avtomobildir. Unikal dizayna malikdir. Gənc ruhlu, aktiv həyat tərzi keçirən, sürəti sevən insanlar bu avtomobilə üstünlük verirlər. Bu il baharın sonundan Veloster və Veloster Turbo modellərinin Azərbaycanda satışına başlamağı planlaşdırırıq.
2018-ci ildə yeni Santa Fe və Veloster modellərinin salonlarımızda yer almaları ilə satışlarımızın daha da artacağını gözləyirik.
GENESIS-İN BÜTÜN MODEL SIRASI TƏQDİM EDİLƏCƏK
2018-ci ildə “Auto Azərbaycan” şirkətinin başqa bir yeniliyi Genesis markası ilə bağlıdır:
“Əvvəl Genesis Hyundai-ın premium markası idi. 2016-cı ildə Genesis markası Hyundai-dan ayrıldı. İstehsalçı HYUNDAI Motor Company olsa da, indi, HYUNDAI və Genesis ayrı-ayrı markalardır. Genesis-in G70, G80 və G 90 modelləri var. Genesis dünyanın lüks seqmentində ən gənc avtomobil markasıdır. Bütün ürəyi innovasiyalar ilə döyünən, müştərilərinə prestiji aşılayan brenddir. “Auto Azərbaycan” şirkəti Genesis markasının da Azərbaycanda rəsmi distribyutorudur. Artıq 7 ildir Genesis adını insanlara tanıtmışıq. Müştəri qrupu da az deyil. Biz bu avtomobilləri yeni “nəfəslə” təqdim edəcəyik. Yaxın günlərdə Genesis-in bütün model sırası bizdə olacaqdır. Hazırda satışın HYUNDAI salonunda, yoxsa, ayrı bir salonda təşkil edilməsi müzakirə olunur”.
MÜŞTƏRİLƏRİN DAVRANIŞLARI DƏYİŞİR
Rauf Cahangirov vurğuladı ki, artıq avtomobillər bir-birlərinə çox oxşadıqlarına görə, müştərilər daha seçici yanaşırlar:
“Artıq avtomobillər təchizat və dizayn baxımından bir-birlərinə çox oxşayırlar, unikallıq itir. Bu səbəbdən müştərilər avtomobil alarkən çox seçici yanaşırlar. Bu gün marka dəyəri yüksək rol oynamağa başlayıb. Hyundai-ın da marka dəyəri artır. Marka dəyərinə görə, HYUNDAI dünyada 6-cı yerədir. Həmçinin, satışdan sonrakı xidmətlərə böyük önəm verən markalar bazarda önə çıxırlar. Bu baxımdan da HYUNDAI bütün dünyada olduğu kimi Azərbaycanda da geniş və müasir servis şəbəkəsinə malikdir. Müşətilərə sərfəli zəmanət şərtləri təqdim edirik”.
“DÖVLƏT ELEKTROMOBİLLƏRƏ KEÇİDİ TƏŞVİQ ETMƏLİDİR”
HYUNDAI markası yeni yanaşmalar, innovasiyalar və modelləri ilə öz fəaliyətini gücləndirir. Avtomobillərin dizaynı təkmilləşdirilir, elektromobillərin istehsalına daha çox üstünlük verir:
“Azərbaycanda infrastruktur imkan verdikcə “Auto Azərbaycan” şirkəti elektromobillərin də idxalına başlayacaqdır. Biz bunu böyük həyəcanla gözləyirik. Hesab edirik ki, ilk növbədə dövlət elektrikli avtomobillərin idxalına xüsusi yanaşmalar tətbiq etməli və bu sahəni təşviq etməlidir. Bu təcrübə həm Avropada həm də qonşu ölkələrdə mövcuddur. Gömrük və vergi sistemlərində bu avtomobillərə xüsusi yanaşma olması çox faydalı olar. Eyni zamanda batareyalara enerjinin yığılması üçün ölkə üzrə doldurma stansiyaların quraşdırılmasına ehtiyac var. Yaxın gələcəkdə bu sahəyə daha böyük diqqət ayrılmasının lazım olduğunu düşünürəm”,- R. Cahangirov dedi.
“Auto Azərbaycan” şirkətinin sözcüsü bildirdi ki, 2018-ci ilin əvvəlindən artan gömrük idxal rüsumları HYUNDAI avtomobillərinin qiymətlərinə cüzi təsir edib.
“Bildiyiniz kimi, HYUNDAI markası FIFA-nın rəsmi tərəfdaşıdır və 2018 FIFA Dünya Çempionatı ilə bağlı müxtəlif maraqlı aksiyalar nəzərdə tutulub. Müştərilər, eyni zamanda müştəri olmayan amma bizi izləyən, sınaq yürüşlərinə qatılan şəxslər bu şanslardan yararlanaraq dünya çempionatına bilet udmaq şansı əldə edəcəklər”, - deyərək Rauf Cahangirov sözlərini yekunlaşdırdı.
Müştərilərin xəbərləri

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi
SON XƏBƏRLƏR
-
7 saat əvvəl
Dünya Bankı əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyini gözləyir
-
7 saat əvvəl
BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI
- 8 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 8 saat əvvəl
- 8 saat əvvəl
-
12 saat əvvəl
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün proseslər artıq e-qaydada aparılır
- 13 saat əvvəl
-
13 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən müəllimlər üçün çempionat yekunlaşdı
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Naxçıvanda elektron xidmətlərdən istifadənin dairəsi genişlənib
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

Dünya Bankı əmtəə qiymətlərinin 2020-ci ildən bəri görünməmiş səviyyələrə düşəcəyini gözləyir

BOKT “İnternational” kiçik və orta sahibkarlara dəstək məqsədilə – KOB FİLİALINI AÇDI

"Əsas ideya qənaətcil istehsalatın qurulmasıdır" - MÜSAHİBƏ

“Cahan Holdinq”in prezidentinə mükafat təqdim edilib

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

“AzerGold”da növbəti iclas

Mərkəzi Bank iri banka icrası məcburi sərəncam verib
Ən çox oxunanlar

Naxçıvan İqtisadiyyat Nazirliyində istifadə edilən rəqəmsal yeniliklər təqdim olunub

Naxçıvanda müasir Hərracların Təşkili Mərkəzi istifadəyə verilib
.jpg)
“Azərsun Holdinq” mükafata layiq görüldü

Azərbaycan Çindən 26 milyon dollara 7 lokomotiv alır

"Prime Cotton" şirkəti akademik Zərifə Əliyevanın doğum günü münasibətilə qanvermə aksiyası təşkil etdi

16 avtobus marşrutu bu şirkətlərə və sahibkarlara verildi
