Avstraliya şirkəti Azərbaycanın iri layihəsi üzrə sifariş aldı
Avstraliyanın “Benthic” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundakı “Mərkəzi-Şərqi Azəri” hasilat, qazma və yaşayış platforması üzrə müqavilə imzalayıb.
“Benthic”in yaydığı məlumata görə, müqaviləyə əsasən şirkət yeni platforma ərazisində geotexniki tədqiqat işləri aparacaq. Tədqiqatlar cari ilin ilk rübündə “Topaz Caspian Supporter” gəmisi ilə yerinə yetiriləcək.
Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” Xəzərin Azərbaycan sektorundakı ən iri neft yatağıdır. İşlənmənin əvvəlindən bu il yanvarın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 445,4 milyon ton neft və 140,5 milyard kubmetr təbii qaz hasil olunub. Azərbaycan cari ilin əvvəlinədək AÇG-dən 250,7 milyon ton mənfəət nefti əldə edib. Bu da dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin 55 faizini təşkil edir.
Cari ildə AÇG neft-qaz yataqları blokundan xam neft hasilatının həcminin 204,4 milyon barrel, yəni 28 milyon ton olacağı proqnozlaşdırılır. 2050-ci ilədək isə “Azəri-Çıraq-Günəşli”dən daha 500 milyon tona qədər neftin hasil olunması nəzərdə tutulur. Bu vaxta qədər AÇG-yə təxminən 43 milyard dollar sərmayə qoyulub və bundan sonra da bir o qədər sərmayə qoyulacaq.
Xatırladaq ki, ötən il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.
AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Statoil” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.
Yeni sazişdən əvvəl AÇG-də iştirak payları belə olub: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TPAO” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).
Yenilənmiş saziş çərçivəsində ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz olacaq. Həmçinin SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb.
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 saat sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
36 d. əvvəl
Müəllim və həkimlərə nağd kredit üzrə 10% endirim elan edildi ®
-
-
39 d. əvvəl
“AzerGold” Qırğızıstanda yeni layihələrə hazırlaşır – Birgə müəssisələr yaradıla bilər
-
48 d. əvvəl
“Access Bank”ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
- 1 saat əvvəl
-
1 saat əvvəl
Lizinq şirkəti kapitalını ikiqat artırır – Səhmdarları qərar verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neftin bahalaşması və FED-in faiz artıracağı gözləntisi qızıla "zərbə vurur" - UCUZLAŞIR
-
2 saat əvvəl
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
-
2 saat əvvəl
Səudiyyə Ərəbistanı nefti qərb istiqamətindən ixrac etmək imkanını itirir
-
2 saat əvvəl
Tramp İrana “Venesuela modeli” təklif edir - İran nefti ABŞ-ın nəzarətinə keçə bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Müəllim və həkimlərə nağd kredit üzrə 10% endirim elan edildi ®
Bank işçi sayını artırır - 18 ayda 395 nəfərlik artım
Neftin bahalaşması və FED-in faiz artıracağı gözləntisi qızıla "zərbə vurur" - UCUZLAŞIR
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Ən çox oxunanlar
Tramp İrana “Venesuela modeli” təklif edir - İran nefti ABŞ-ın nəzarətinə keçə bilər
Neft yenidən "alovlandı" — Brent 107 dolları keçdi
Rəsmi məzənnələr açıqlandı
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
“MJ Finance” BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb






















