Mexanikləşdirmə məhsuldarlığı 15-20% artırır - 10 HEKTARDAN 55 MİN GƏLİR
"Bizim fermerlər bazarda uduzurlar"
Kənd təsərrüfatının mexanikləşdirilməsinin xeyri nədir? Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş texnikanın satışını və ona xidməti həyata keçirən “Sminagro” şirkətinin mütəxəssisləri bu suala cavab tapmağa çalışıblar.
Şirkətin mütəxəssisləri qeyd edir ki, maksimum gəlir əldə etmək üçün bazarın əsas tələbi olan zamanlamanı nəzərdən qaçırmaq olmaz:
"Yəni istehsal olunan məhsulun satışa hazır vəziyyətə gətirilməsi nə qədər tez başa gələrsə, onun satış qiyməti bir o qədər yüksək olacaq. Qonşu ölkələrdə kənd təsərrüfatı Azərbaycana nisbətən daha çox mexanikləşdiyindən və hətta avtomatlaşdırıldığından, zamanlama amilində bizim fermerlər bazarda uduzurlar. Bizim fermer yüksək keyfiyyətlə məhsul hasil etsə də, əkin, kultivasiya və yığım prosesi mexanikləşdirilmədiyindən, məhsulu bazara idxal olunan məhsullardan gec çıxır ki, bu da maya dəyərinin yuxarı, satış qiymətinin ucuz olmasına səbəb olur. Bu vəziyyətdən yeganə çıxış yolu kənd təsərrüfatının mexanikləşdirilməsidir".
Bu sahədə dövlət bir sıra kompleks tədbirlər, o cümlədən kənd təsərrüfatının vergidən azad edilməsi, kənd təsərrüfatı təyinatlı maşın, mexanizm, gübrə və s. avadanlıqlarn gömrük rüsumundan, ƏDV-dən azad edilməsi, "Aqrolizinq" ASC vasitəsi ilə xidmətlərin və texnika, aqreqat və gübrə alışına güzəştlərin tətbiqini həyata keçirir.
"Marja" xəbər verir ki, “Sminagro”nun mütəxəssisləri sarımsaq əkininin mexanikləşdirilməsinin fermerlərin gəlirlərinə təsirini araşdırıb:
"10 ha sarımsağın əllə əkininə 25-30 gün vaxt sərf edilir. Nəticədə məhsul bütün sahə boyu müxtəlif dərəcədə inkişaf edir. 10 ha sahədə inkişaf səviyyəsi bir-birindən 1 ay fərqlənən olan bitkilər yetişir ki, bu da bitkiyə qulluğun səmərəliliyini azaldır. Müxtəlif inkişaf mərhələsində olan bitkilərin qulluğa təlabatı müxtəlif olduğundan gübrələmə, sulama və dərmanlama prosesi istənilən nəticəni vermir. Bu məhsuldarlığı 30%-ə qədər aşağı salan çox ciddi bir amildir. Məhsul nəhayət yığıma hazır olanda, əllə 10 ha sarımsağı sahədən yığmaq üçün 25-30 gün vaxt lazım olur.
Mexanizmlə əkin və yığım daha yaxşı nəticələr verir. Bu halda əkin müddəti 25-30 gün əvəzinə 4-5 gün olacaq, məhsul əkini ortalama 20 gün tez başa çatacaq. Əkinə qulluq işləri də belə halda maksimuma yaxın nəticə verəcək, çünki sahədəki məhsulun inkişaf səviyyəsi eyni olacaq. Yığım prossesində də mexanizmlərdən istifadə edilməsi yığımın 4-5 günə başa çatması deməkdir. Beləliklə, əkin prossesində 20 gün, yığım prossesində 20 gün, cəmi mexanikləşmiş istehsalı 40 gün sürətləndirir. Statistika göstərir ki, 1 ay bazara tez çıxan sarımsaq ortalama 1-2 manat baha satılır. Hətta bu rəqəmi 50 qəpik götürsək də 10 ha sahədən əldə edilən 100 000 kq (ortalama 10 t/ha) məhsulun bazara 1 ay tez çıxarılmasından yaranan qiymət fərqi 50 000 AZN təşkil edir. Mexanikləşdirmənin fermerə verdiyi əlavə gəlir təkcə bazara çıxmada zaman fərqindən yaranan gəlir deyil. Mexanikləşdirmə sarımsaq becərilməsində məhsuldarlığın 15-20% artımına səbəb olur ki, bu da 10 ha sahə üçün əlavə 52 000-55 000 AZN gəlir deməkdir".
Əlaqə məlumatları
Ünvan:
Bakı, Nobel pr.15, "Azure" Biznes mərkəzi, 11-ci mərtəbə
Telefon
+99412 488 66 27
+99450 280 80 41
+99450 265 86 65
E-mail: sales@sminagro.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
8 saat sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
33 d. əvvəl
Səudiyyə Ərəbistanı nefti qərb istiqamətindən ixrac etmək imkanını itirir
-
-
43 d. əvvəl
Tramp İrana “Venesuela modeli” təklif edir - İran nefti ABŞ-ın nəzarətinə keçə bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 gün əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
1 gün əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Tramp İrana “Venesuela modeli” təklif edir - İran nefti ABŞ-ın nəzarətinə keçə bilər
Neft yenidən "alovlandı" — Brent 107 dolları keçdi
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
Ən çox oxunanlar
“MJ Finance” BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır























