Dəmir yolunda stansiyalar azalacaq, sürət artacaq
Sumqayıt-Yalama dəmir yolu yaxın 4 ildə təmir ediləcək
Asiya İnkişaf Bankı (ADB) tərəfindən Azərbaycanda dəmiryolunun İnkişafı Proqramı çərçivəsində ayrılan kredit Sumqayıt-Yalama dəmiryolu xəttinin reabilitasiyası üçün istifadə ediləcək.
Bunu açıqlamasında ADB-nin Azərbaycan üzrə direktoru Nariman Mannapbekov deyib.
N.Mannapbekov təmir ediləcək yolun 333 km-ə bərabər olacağını qeyd edib: “Paralel iki yoldan ibarət olan dəmiryolu xəttinin (Sumqayıt-Yalama, Yalama-Sumqayıt) hər birinin uzunluğu təxminən 166,5 km, birlikdə isə 333 km-dir. Yalama-Sumqayıt xətti keçmişdə tikilib və 50 il öncə reabilitasiya olunub. Amma bunu Sumqayıt-Bakı dəmiryolu xəttinə aid etmək olmaz. Çünki bu xətt təzəlikcə yenilənib. Yalama-Sumqayıt istiqamətində relslərin amortizasiyası 95%, qatarların sürəti isə 20-30 km/saat təşkil edir”.
Onun sözlərinə görə, stansiyaların sayı 30%-ə qədər azaldılacaq: “Hazırda bu marşrutda 21 stansiya var. Layihə çərçivəsində bu rəqəm 14-16 stansiyaya qədər azaldılacaq. Hansı ki, aradakı məsafənin artırılması sürətin artmasına imkan verəcək. Layihənin həyata keçirilməsindən sonra elektrik təchizatı və siqnalizasiya sistemlərinin paralel bərpası və təkmilləşdirilməsi nəzərdə tutulur. Bununla da yük qatarlarının sürəti 80 km/saatadək, sərnişin qatarlarının sürəti isə 120-130 km/saatadək olacağı gözlənilir”.
ADB təmsilçisi işlərin 3,5 il ərzində yekunlaşmalı olduğunu qeyd edib: “ADB-in krediti effektivdir. Dəmiryol şirkəti (“Azərbaycan Demir Yolları” QSC) layihənin həyata keçirilməsi üçün lazımi sənədləri hazırlayır. Tezliklə beynəlxalq tender elan ediləcək. Müəyyən edilmiş müddətdə işlərin görülməsinə zəmanət verən uğurlu iddiaçı ilə mülki işlərə dair müqavilə imzalanacaq”.
Xatırladaq ki, qeyd edilən layihə çərçivəsində ADB tərəfindən Azərbaycan üçün ayrılan kreditin həcmi 400 mln. ABŞ dollarıdır. Bu barədə ADB-nin Direktorlar Şurası 2017-ci il dekabrın 1-də qərar qəbul edib. Kreditin 150 mln. dolları yolun reabilitasiyası, qalan 250 mln. dolları isə dəmiryolu idarəsinin korporativ restrukturizasiyası üçün nəzərdə tutulub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 4 gün sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda turizm sahəsində yeni subsidiya mexanizmləri tətbiq ediləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABDF ilk 6 ayda sahibkarlara 136,5 milyon manat güzəştli kredit verib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
6 ayda 2242 nəfərə ipoteka krediti verilib
Süni intellekt üçün internet Bakcelldən
Cənubi Koreya və Yaponiya uşaq sayının ən az olduğu ölkələrdir
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
AZAL: İlk 6 ayda 5% artımla 1,9 milyon sərnişinə xidmət göstərmişik





















