BP "sızıntı" üçün daha 1,7 milyard dollar ödəyəcək
Böyük Britaniyanın neft nəhəngi British Petroleum (BP), 2010-cu ildə ABŞ-ın Meksika Körfəzi bölgəsində baş verən neft sızması səbəbilə daha 1,7 milyard dollar ödəmə edəcəyini bildirib.
"Marja" BP-yə istinadən xəbər verir ki, ABŞ məhkəməsində baxılan iş üzrə əldə edilmiş razılaşma çərçivəsində, şirkətin daha 1,7 milyard dollar ödəmə edəcəyi, bunun da şirkətin 2017-ci il dördüncü rüb balansında əks olunacağı qeyd olunub.
Açıqlamanın ardından, BP-nin Nyu-York Birjasında dövriyyədə olan səhmi 3,1 faiz ucuzlaşaraq 42,53 dollara qədər geriləyib.
Açıqlamada fikirlərinə yer verilən BP-nin Maliyyə İşlər Müdiri (CFO) Brayan Gilvar, neft qiymətlərinin orta hesabla 50 dollar olması vəziyyətində sözügedən ödəmənin şirkətin maliyyə imkanları çərçivəsində həyata keçiriləcəyini qeyd edib.
BP-nin ümumi xərc 65 milyard dollara yüksəlib
Beləliklə, 2010-da Meksika Körfəzində baş verən neft sızmasının BP-yə ümumi xərci təxminən 65 milyard dollara yüksəlirb.
2016-cı ilin Aprelində ABŞ-ın Ədalət Nazirliyi ilə əldə etdiyi razılaşma ilə 5 əyalətin yerli hakimiyyət orqanlarına 20 milyard dollar ödəməyi qəbul edən BP, 2015-ci ilin İyul ayında da 18,7 milyard dollar ödəməyə razı olmuşdu.
BP-nin ABŞ-ın Meksika Körfəzi sahillərinin təmizlənməsi, yerli müəssisə sahiblərinin zərərlərinin ödənilməsi və federal hökumətə ödəyəcəyi cərimələrin ümumi həcmi isə təxminən 25 milyard dollar təşkil etmişdir.
Meksika Körfəzindəki "Deepwater Horizon" adlı neft platformasında 2010-cu ilin Aprel ayında meydana gələn partlayışda 11 işçi həyatını itirmişdi.
ABŞ tarixindəki ən böyük neft sızması və ətraf mühit fəlakəti olaraq görülən partlayışda 4,2 milyon barrel xam neft okeana axmış və neft quyusu ancaq partlayışdan 87 gün sonra tamamilə bağlanamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















