“Azəriqaz” abonentlərin aldadılması ilə bağlı ittihamlara münasibət bildirib

Son günlər sosial şəbəkə və bir sıra mətbuat orqanlarında bəzi abonentlərin SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən aldadılması ilə bağlı məlumatlar yayılıb.
Bəzi abonentlər “Azəriqaz” əməkdaşlarını sayğacın göstəricilərini düzgün qeyd etməməkdə ittiham edirlər. Onların sözlərinə görə, “Azəriqaz” rəsmiləri ötən ilin dekabr ayının qaz sərfini bu ilin yanvarında qeydə alıb: “Nəticədə bizə təqdim edilmiş bildirişdə yanvar ayında istehlak olunmuş qazın həcmi dekabr ayında sərfiyyat kimi qeydə alınıb. Bununla da ötən il limiti keçən abonentlər üçün yanvarın ilk günlərində istehlak olunmuş qazın bir kubmetrinin dəyəri 20 qəpikdən hesablanıb”.
Smart İTRON məişət qaz sayğaclarından istifadə edən bəzi istehlakçılar isə iddia ediblər ki, onlar bu ilin yanvar ayında ödəniş etsələr də “mavi yanacaq”ın qiyməti “Azəriqaz” tərəfindən bəyan edildiyi kimi limit çərçivəsində 10 qəpikdən deyil, 20 qəpikdən hesablanıb.
“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, ötən ilin dekabr ayının sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatıb və cari il üçün limitin hesablamasına start verilib.
Onun sözlərinə görə, ötən il olduğu kimi, bu il də bildirişlərin verilməsi istirahət və bayram günlərinə təsadüf etdiyindən yanvar ayının ilk həftəsi bu proses artıq yekunlaşdırılıb: “Sayğacların göstəricisində yaranmış fərqin olub-olmamasını aydınlaşdırmaq üçün abunəçilər yerli qaz xidmətinin satış şöbəsinə müraciət edə bilərlər”.
“Azəriqaz” rəsmisi Smart İTRON məişət qaz sayğaclarından istifadə edən bəzi istehlakçılar üçün qazın bir kubmetrinin 20 qəpikdən hesablanması məsələsinə də aydınlıq gətirib: “Smart İTRON məişət qaz sayğacından istifadə edən abunəçi kartına 10 manat yükləyirsə, bu, 100 kubmetr qaz deməkdir. Sayğacın göstəricisi qazın sərfiyyatını manatla deyil, kubmetr ilə göstərir. Bəzən abunəçilər sayğaca vəsaiti daxil edirlər və sayğac 100 kubmetr göstərdikdə, istehlakçılar bunu 10 manat kimi başa düşürlər. Bəzi abonentlər sayğacın kartına 10 manat yükləyir. Bundan sonra da deyirlər ki, sayğacda 10 manat yoxdur, onun göstəricisi 5 manatdır. Yəni, 100 kubmetr deyil, bu göstərici 50 kubmetrdir. Abonentin müraciəti əsasında bazaya baxanda isə aydın olur ki, abonent sayğacın smart-kartına dekabr ayında ödəniş edib. Əgər limiti keçibsə, artıq bu bazada kartın uçotu 20 qəpik tarifi ilə oturub. Yəni, dekabr ayında ödəniş edib, yanvar ayının ilk günlərində əgər sayğaca bu 10 manat daxil edibsə, orada 100 kubmetr deyil, 50 kubmetr göstərəcək. Yəni, vəsait baxımından onu 5 manat kimi göstərəcək”.
İ.Kərbalayev xatırladıb ki, “Azəriqaz” ötən ilin sonunda abonentləri Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limitin 2018-ci ilin 1 yanvar tarixindən başlayaraq smart-karta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacağı barədə məlumatlandırıb: “Yəni, smart-karta ödəniş ötən ilin dekabr ayında aparılıbsa və bu vəsaiti sayğaca yanvar ayında daxil edirsə, verilmiş limiti də keçibsə, o zaman bu abonentlər 10 qəpik tarifi ilə deyil, 20 qəpik tarifi ilə ödənişli qazdan istifadə edəcəklər. Ancaq bu ilin yanvar ayının 1-dən etibarən smart-karta ödənişi aparılıbsa, təbii ki, yeni 1700 kubmetr limitin verilməsi ilə əlaqədar “mavi yanacaq”dan 10 qəpik tarifi ilə istifadə edəcəklər. Bu barədə əvvəlcə məlumatlar verildiyindən, istehlakçıların böyük əksəriyyəti artıq məlumatlı idilər. Bununla belə İstehlakçıların ünvanladığı bütün suallar cavablandırılıb. Bir daha bəyan edirəm ki, istehlakçılara 1700 kubmetr təbii qaz limiti illik olaraq hesablanır. Ötən il yanvar ayının 10-na qədər bu proses yekunlaşıb. Bu il bu proses daha tez yekunlaşdırılıb”.
İ. Kərbəlayev bildirib ki, bu gün “Azəriqaz”ın mütəxəssisləri tərəfindən monitorinq aparılıb: ”Mexaniki qaz sayğacları istifadə edən abonentlərin 20 faizi ayrılmış illik limiti keçiblər”.
Sayğacın göstəricisinə abonent tərəfindən nəzarət etməyin mümkün olduğunu deyən İ.Kərbəlayev vurğulayıb ki, fərq olacağı təqdirdə abonent yaşadığı rayonun yerli qaz xidməti sahəsinin satış şöbəsinə və yaxud Regional Qaz İstismar İdarəsinə müraciət edə bilər.
©APA
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün əvvəl
"Prior Credit BOKT"ın kredit portfeli böyüyüb, gəlirləri və mənfəəti artıb
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 gün əvvəl
Çin institutu Azərbaycana texniki məsləhət xidmətləri göstərəcək
-
1 gün əvvəl
"ATENA": “İvanovka Süd Məhsulları”nın iradı əsassız və qanunvericiliyin tələbinə ziddir
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik
Son Xəbərlər

Sabahın hava proqnozu açıqlanıb
.png)
Çin institutu Azərbaycana texniki məsləhət xidmətləri göstərəcək

Tramp: ABŞ Çinlə ticarət razılaşması imzalayıb

Azərbaycan neftinin son qiyməti

Qarabağda məskunlaşmış əhalinin sayı 48 min nəfəri keçib

Azərbaycanda iqtisadi fəal əhalinin 5,3%-ni işsiz əhali təşkil edib

Azərbaycanda süd istehsalı cüzi artıb

Misin qiymətinin avqustda rekord qıracağı gözlənilir

Tesla-nın Avropada satışları 5-ci aydır azalır

Qəhvə qiymətləri düşür

"Acwa Power" şirkəti Türkiyədə günəş enerjisinə sərmayə yatıracaq

Platinin qiyməti son 11 ilin ən yüksək səviyyəsində!
