Enerjinizi necə idarə edə bilərsiniz?
Müasir dövrdə həyatımız əvvəlki dövrlərə nəzərən daha sürətli və dəyişkəndir. Biz daim digər insanlarla əlaqə qururuq, ancaq bu fəaliyyətlər bizim enerjimizi çox sürətlə xərcləyir. Bəs sağlamlığımızı, xoşbəxtliyimizi qorumaq və həyatımızı balanslaşdırmağa çalışarkən enerjimizi necə yüksək səviyyədə saxlaya bilərik?
İstədiyimiz uğuru həqiqətən qazanmaq istəyiriksə, enerjimizi düzgün istiqamətləndirməliyik. Bəziləri zamanın dəyişməz bir reallıq olduğunu və onu idarə etməyin mümkün olmadığını düşünür. Ancaq əslində isə, enerjimiz də vaxtımız qədər bizim nəzarətimiz altındadır.
Siz, həmçinin, vaxtınızı və enerjinizi düzgün idarə edə bilmək üçün www.readit.az saytındakı “Time management” kitablarının qısa məzmunundan faydalana bilərsiniz.
Stress və enerji balansının saxlanılması həyatımızın istənilən mərhələsində çox vacib əhəmiyyət kəsb edir. Enerjini bərpa etmədən davamlı olaraq xərcləmək onun tükənməsinə və bədəninin zəifləməsinə səbəb olur; həmçinin, istifadə edilməyən enerjinin yığılması da stressin yaranmasına şərait yaradır. Enerjinin xərclənməsi ilə bərpası arasındakı balansı daim qorumaq lazımdır. Buna görə də, enerjinizi idarə etməyi öyrənməlisiniz. Aşağıdakı beş tövsiyə sizə bu məsələdə kömək edəcək:
1. Hər gün istirahət üçün müəyyən qədər vaxt ayırın.
Bu vaxtın uzun olmasına ehtiyac yoxdur; 20-30 dəqiqə telefon və ya komputerinizdən uzaqlaşmaq da kifayət edər. Pəncərəni açıb dərindən nəfəs alın, musiqi dinləyin, dostlarınızla söhbətləşin. İşinizdən uzaqlaşmaq və onun haqqında bir müddət düşünməmək sizin üçün xeyli faydalı olacaq.
2. Sağlam qidalanın
Bu məsələ olduqca vacibdir. Fast-food qidalardan mümkün qədər uzaq durmaq və sağlam qidalanmaq sizə gün ərzində lazım olan enerjini verəcəkdir. Əgər tələsirsinizsə, özünüzlə meyvə, su və ya çərəz götürün.
3. Düzgün insanlarla işləyin
Hamı ilə işləmək lazım deyil. İşləmək üçün lazım olan insanları seçdiyinizdən əmin olun. Sizin köməyinizə ehtiyacı olan və fəaliyyətlərinizi qiymətləndirən insanlar bu kateqoriyaya daxildir. Yadınızda saxlayın, heç bir şey yanlış insanlarla işləmək qədər enerjinizi məhv edə bilməz.
4. Özünüzə vaxt ayırın
Heç kəs mükəmməl deyil. Həyat da həmçinin. Bu gün gələcək üçün böyük planlarınız ola bilər; həmçinin, bütün planlarınız bir an içində məhv ola bilər. Ümidsizliyə qapılmayın. Əlinizdən gələnin ən yaxşısını etməyə çalışın. Yolunuzu itirdiyinizi düşündükdə, bir müddət dayanın, dərindən nəfəs alın və tezliklə, əvvəlki fəaliyyətlərinizə qayıdın. Əgər əlinizdən gələnin ən yaxşısını etmisinizsə, bunu qeyd edin. Əsas məsələ, hər hansı işi mükəmməl şəkildə yerinə yetirmək deyil, əsas məsələ əlinizdən gələnin ən yaxşısını etməkdir.
5. Kömək istəyin
Bəzilərimiz üçün digər insanlardan kömək istəmək olduqca çətindir. Ancaq həyatın özü də olduqca çətin və mürəkkəbdir, buna görə bir-birimizin dəstəyinə ehtiyacımız var. Biz eyni vaxtda iki fərqli yerdə ola bilmərik, həmçinin yaxınlarımızdan və digər insanlardan da belə bir şey istəyə bilmərik. Ehtiyac olduqda, kömək istəməkdən çəkinməyin. Bunun üçün dost, konsultant və ya mentor tapın.
Bütün bu qeyd olunan məsələləri reallaşdırmaq asan olmaya bilər. Ancaq əgər həqiqətən uğur qazanmaq istəyirsinizsə, qətiyyətli olmalı və cəhd etməkdən çəkinməməlisiniz. Bacardığınız hər şeyi edin, sonra isə bunu qeyd etmək üçün vaxt ayırın. Əgər yaxşı işləmisinizsə, özünüzü mükafatlandırın.
Yeri gəlmişkən...
Bildiyiniz kimi qabaqdan Yeni il gəlir. Biz – www.readit.az olaraq sizlərə 35 %-lik endirim şifrəsi hədiyyə etmək istərdik. Bu endirim şifrəsini istifadə etməklə siz dostlarınıza, iş yoldaşlarınıza, əməkdaşlarınıza bizim saytdan abunə hədiyyə edə bilərsiniz. Bunun üçün hədiyyə edəcəyiniz şəxsin adına qeydiyyatdan keçin. Abunə bölməsinə keçin, istədiyiniz abunə formatını seçin və "endirim üçün promo şifrə" xanasına 2018 yazın. 35 % endirimlə ödənişinizi edin və bütün kitabxana həmin şəxs üçün üçün açıq olsun.
Bundan gözəl hədiyyəmi olar? :)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
20 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 d. əvvəl
-
18 d. əvvəl
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
-
38 d. əvvəl
24, 25 və 26 apreldəki planlarını təxirə sal, çünki "Yaşıl Cümə" başlayır!
-
1 saat əvvəl
Norm və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
- 3 saat əvvəl
-
3 saat əvvəl
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat
Ən çox oxunanlar
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
Aprelin 25-də gözlənilən hava şəraiti
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi
Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq
İntel-in gəliri ilk rübdə 7 faiz artıb




.jpg)
.jpg)










.jpg)






