Bakcell şirkəti “Bakutel 2017” sərgisində!

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti qarşıdan gələn 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “BakuTel 2017” Sərgi-Konfransında fəal iştirak edir.
Bakcell şirkəti öz ənənəsinə sadiq qalaraq bu il də ziyarətçiləri və sərgi iştirakçılarını böyük məmnuniyyətlə öz stendinə dəvət edərək, ən müasir texnologiyaları, ən son innovasiyaları, rahat və müasir məhsul və xidmətlərini, şirkətin son nailiyyətlərini onlara nümayiş etdirəcək, habelə onlar üçün bir sıra əyləncəli və maraqlı oyunlar, fan-zonalar təşkil edəcək.
“BakuTel” sərgisi telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin əldə etdikləri ən son nailiyyətlərini nümayiş etdirmələrinə və ziyarətçilərin, xüsusən peşəkar istifadəçilərin telekommunikasiya şirkətləri tərəfindən təqdim olunan yeniliklərlə tanış olmalarına çox gözəl imkan yaradan bir hadisədir. Mən inanıram ki, Bakcell şirkətinin stendi həmişəki kimi bu il də olduqca çəlbedici olacaq və bütün qonaqların və hətta sərgi iştirakçılarının xoşuna gələcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Bekers bildirib.
“BakuTel 2017” sərgisində Bakcell stendinin ziyarətçiləri “Robot Automation Latency” (Proseslərin Robotlaşdırılması, Məlumatların Ötürülməsində Gecikmə Müddəti) nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının sürətini görmək imkanı qazanacaqlar. Bakcell və Nokia şirkətləri tərəfindən təqdim olunan bu nümayişdə məlumatların ötürülməsində gecikmə müddətinin aşağı olması, habelə sürətli, effektiv və intellektual rabitənin təmin olunmasında bütün proseslərin avtomatlaşdırılması ilə bərabər aşağı gecikmə müddətinin əhəmiyyəti diqqətə çatdırılacaqdır. Qonaqlar 1 Gb/saniyəyədək inanılmaz data sürətinə və hətta robot şousuna baxıb əylənə biləcəklər.
Bundan əlavə, Bakcell stendinin ziyarətçiləri Bakcell şirkətinin təqdim etdiyi “Bakcell TaxFree app”, “Klass Postpaid”, “MyHour” və hətta “Pulsuz İnstagram” kimi bəzi yeni məhsullar, təkliflər və xidmətlərlə tanış ola biləcəklər.
Həmçinin, Bakcell-in korporativ müştərilərinə yaxın gələcəkdə təklif olunacaq “Microsoft Office 365” Abunə Paketini əldə etmək istəyənlər həmin paketi Bakcell stendində öncədən sifariş edə bilərlər.
Üstəlik, stenddə Bakcell şirkətinin “AppLab” proqramı vasitəsilə gənc proqram tərtibatçıları tərəfindən yaradılmış 4 layihə də nümayiş etdiriləcəkdir. “AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək məqsədi ilə yaradılmış proqramdır.
Bakcell şirkətinin “BakuTel 2017” stendinin ziyarətçiləri sərgidən tam əylənməmiş ayrılmayacaqlar. Onlar “Ulduzum” yaddaş oyununda iştirak edib şənlənməyə, prizlər udmağa və Bakcell şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlanmağa dəvət olunacaqlar.
“Fan-zona”ya gələn Bakcell stendinin qonaqları Foto/Video Köşkündə öz şəkillərini müxtəlif maraqlı çərçivələr və fonlarda çap etdirmək imkanına malik olacaqlar.
Stendin Sür@ zonasında qonaqlar hətta pulsuz internet trafiki əldə etmək imkanına malik olacaqlar. Belə ki, bu zonada böyük bir monitora (spidometr) qoşulmuş qaçış trenajoru quraşdırılacaq və gələnlər bu trenajorda 30 saniyə ərzində qaçmağa dəvət olunacaqlar. İştirakçılar öz qaçış sürətlərinə uyğun yığdıqları meqabaytlar həcmində internet trafiki qazanacaqlar. Bu yarışmabaşa çatdırdan sonra intirakçının qazandığı meqabaytlar növbəti gün ərzində onun telefon nömrəsinin balansına yüklənilir. İştirakçı hətta Bakcell abunəçisi olmadıqda belə, meqabaytlar hədiyyə kimi onun dostunun/yaxınının balansına yüklənə bilər.
Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti “BakuTel 2017” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə dəvət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan XİN narahatlığını ifadə edib, ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırıb
-
7 saat əvvəl
“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib
-
-
10 saat əvvəl
ABŞ İranın Fordo nüvə obyektinə 12 bomba, İran İsrailə 27 ədəd ballistik raket atıb
- 10 saat əvvəl
-
1 gün əvvəl
Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb
-
1 gün əvvəl
DTX-nın keçirdiyi əməliyyatda saxlanılan icra başçısı həbs olunub
-
1 gün əvvəl
Büdcə ssudalarının vaxtında dövlət büdcəsinə qaytarılması mexanizmi formalaşdırılır
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

İran parlamenti Hörmüz boğazının bağlanmasını dəstəkləyib

Azərbaycan XİN narahatlığını ifadə edib, ABŞ və İranı diplomatiyaya üstünlük verməyə çağırıb

“Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi keçirilib

Azərbaycan və Suriya xarici işlər nazirləri İstanbulda görüşüb

Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb

Yerli şirkətlərin sərgisinə 30 mindən çox ziyarətçi qatılıb
Ən çox oxunanlar

Baku ID 2025 yekunlaşdı: Bakı iki gün ərzində regional innovasiya mərkəzinə çevrildi - FOTOLAR

Dolların 23 İyun üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycandan quş əti və quş əti məhsulları Çinə daşına bilər

“Ay Pizza” restoranında sanitariya norma və qaydaları pozulub

Mərkəzi Bank kredit təşkilatına lisenziya verdi

İcra başçısı vəzifəsindən azad edildi

UBS hesabatı: Dollar milyonçularının ən çox artdığı ölkə Türkiyədir

Dövlət qulluqçularının orta aylıq maaşı 1971 manata çatıb
