Ziddiyyət effekti iş sahəsində
Hadisələri qiymətləndirərkən ondan əvvəl yaşadıqlarımızın təsiri bizi istiqamətləndirir.
İşçilərin digər işçilərin fəaliyyətinə əsasən qiymətləndirilməsi meylinə ziddiyyət effekti deyilir. Məsələn; göstəriciləri aşağı olan bir işçi ilə müqayisədə orta göstəriciyə sahib bir əməkdaş müvəffəqiyyətli hesab edildiyi halda, göstəriciləri yüksək bir işçi ilə müqayisədə orta göstəricilərə sahib olan əməkdaş uğursuz hesab edilir. Elmi ədəbiyyatda kontrast effekti kimi də adlandırılan bu effect, göstəricilərə əsas qiymətləndirmə ucbatından səhvlərə yol verir, əməkdaşların bir-biri ilə müqayisə edilməsi onların rəqibə çevrilməsinə səbəb olur, bu isə ümumi işə və komanda fəaliyyətinə maneələr yaradır.
Rəhbərin bir-birinin ardınca bir çox insanı qiymətləndirməsi zamanı qiymətləndirmələrin bir-birinə təsir etməsi də ziddiyyət effektinin bir nümunəsidir. Məsələn, uğursuz bir insandan sonra qiymətləndirilən orta səviyyəli əməkdaş – özündən əvvəlki şəxsin təsiri ilə - uğurlu, çox müvəffəqiyyətli bir əməkdaşdan sonra qiymətləndirilən müvəffəqiyyətli şəxs isə - yenə də əvvəlki əməkdaşın təsiri ilə - uğursuz hesab edilə bilər. Bu səhvin qarşısını almaq üçün insanların bir-biri ilə müqayisə edilməsindən qaçılmalı, hər insanın ayrıca bir fərd olduğu unudulmamalıdır. Həmçinin, qiymətləndirmə meyarları dəqiq və konkret müəyyənləşdirilməlidir.
Nəyə görə bu səhvi edirik?
Ziddiyyət effekti tez-tez düşdüyümüz bir düşüncə səhvidir. Yeni avtomobiliniz üçün dəri oturacaqlar sifariş edirsiniz, çünki avtomobilin 60.000 dollarlıq qiyməti ilə müqayisə edildikdə 3.000 dollar çox kiçik görünür. Bu effektdən daha çox müxtəlif şirkətlər istifadə edirlər.
Ancaq ziddiyyət effekti başqa yerlərdə də özünü göstərir. Tədqiqatlar göstərir ki, insanlar hər hansı bir qida məhsuluna 10 dollar qənaət etmək üçün piyada 10 dəqiqəlik yol getməyə hazırdılar. Ancaq bir çoxu 989 dollarlıq paltarı şəhərin digər tərəfində 979 dollarlıq almaq imkanından istifadə etmir. Bu nümunə də yuxarıda kimi izah edilə bilər.
Bu nümunəyə bir çox yerdə rast gələ bilərsiniz. Məsələn, bahalı mağazalardakı endirimlər. Mağazalar bu bu səhvi strateji olaraq tez-tez istifadə edirlər.
Biz kiçik dəyişiklikləri görə bilmirik. Bir sehrbaz saatınızı oğurlaya bilər, çünki o, bədəninizin başqa bir yerinə güclü bir təzyiq tətbiq edir və siz biləyinizə edilən yüngül təması hiss etmirsiniz.
Çevik və asta düşüncə. Ehtimalların təqdim edilmə yolları bizim risk səviyyəsi haqqında fikirlərimizə necə təsir edir?
Nobel mükafatı laureatı Daniel Kaneman öz kitabında qeyri-rasional addımlar atmağımızın və səhv qərarlar qəbul etməyimizin səbəblərini izah edir. Yeri gəlmişkən “Çevik və asta düşüncə” kitabının qısa məzmununu www.readit.az saytından oxuya bilərsiniz. Onun fikrinə görə düşüncəmiz 2 sistemə malikdir: “Çevik” və “asta” düşüncə. “Çevik” düşüncə insanı impulsiv, avtomatik və intuitiv qərarlar qəbul etməyə vadar edir, “asta” düşüncə isə öncədən fikirləşən, hesablayan və dərin düşüncədir. Bir-birinə əks olduqlarına görə, onların qarşılıqlı fəaliyyəti bizim düşüncə tərzimizə, fikirlərimizə, qərar qəbul etməyimizə təsir edir və hərəkətlərimizdə ziddiyyət yaradır. Düşüncəmizin bu ziddiyyətini bizim riski necə qiymətləndirməmizdə görmək olar.
Misal üçün, əgər bir hadisə nisbətən tez-tez baş verirsə insanlar bu halı daha mümkün hesab edirlər, baxmayaraq ki, bu hadisənin statistik ehtimalı aşağıdır. İki qrup psixoloqdan cənab Consun psixiotrik xəstəxanadan buraxılmasının təhlükəli olub olmadığını soruşdular. Birinci qrupa söyləyirlər ki, cənab Consun zorakılıq törətmə ehtimalı 10%-ə bərabərdir. İkinci qrupa söyləyirlər ki, cənab Cons kimi insanların hər 100 nəfərindən 10-u zorakılıq törədə bilər. Nəticədə ikinci qrupdan olan psixoloqlar birinci qrupa nisbətən cənab Consun azad olunmasına iki dəfə çox etiraz edirlər.
Diqqətimizin yayındığı digər bir hal isə ortaq məxrəcə laqeyd yanaşmadan irəli gəlir. Bu bizim sadə statistikadan daha parlaq təsəvvürlərimiz naminə imtina etdiyimiz hallarda baş verir.
Praktiki nümunə:
Sizə çox geniş yayılmış bir təcrübəni nümunə göstərək: Üç qab götürün. Birinə isti, digərinə soyuq, üçüncüyə də ilıq su doldurun. Sonra bir əlinizi isti, digərini də soyuq suya salın. Sonra hər ikisini də çıxarıb ilıq suya salın. Nə hiss edirsiniz? İsti sudan çıxardığınız əliniz suyu soyuq, soyuq sudan çıxardığınız əliniz də suyu isti olaraq hiss edir, elə deyilmi? Bu, ziddiyyət effektidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
24 d. əvvəl
Ziya Bünyadov prospektində boya mağazasında yanğın söndürüülb.
-
42 d. əvvəl
"Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik"
-
57 d. əvvəl
World Class Azerbaijan-da təhlükəsizlik və sağlamlıq yanaşması: preventiv və sistemli model
-
1 saat əvvəl
Aqrar Sığorta Fondu şaxtavurmaya görə 915 min manat zərər ödənişləri edib
-
1 saat əvvəl
“Azərsun Holdinq”dən “Qarabağnamə” – 2026-cı ilin xüsusi təqvim dəsti
-
2 saat əvvəl
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ziya Bünyadov prospektində boya mağazasında yanğın söndürüülb.
World Class Azerbaijan-da təhlükəsizlik və sağlamlıq yanaşması: preventiv və sistemli model
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ
Ən çox oxunanlar
Bakıda daha bir KFC restoranı açılacaq
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
Donald Tramp Azərbaycan Prezidentinə məktub göndərib
“Dell Technologies” Azərbaycanda superkompüter mərkəzi yaradacaq
Dövlət Neft Fondu və “Brookfield Asset Management” niyyət protokolu imzaladı - 1,4 milyard kapital qoyuluşu
Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
















