Pomidora 68 milyon manat yatırır
xəbər verdiyimiz kimi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub.
Bildirilib ki, “BAKU AGROPARK” MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır. İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24,7 milyon manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 milyon manat investisiya qoyulacaq.
Diqqətə çatdırılıb ki, “BAKU AGROPARK”ın birinci mərhələsində 10 hektar sahədə illik istehsal gücü 3,3 min ton pomidor məhsulu olan istixana kompleksi yaradılıb. Birinci mərhələdə layihə üzrə infrastrukturun yaradılmasına 21,7 milyon manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə bu mərhələ üzrə 10 milyon manat güzəştli kredit ayrılıb.
Dördüncü nəslə aid istixana kompleksi Niderland texnologiyasından istifadə olunmaqla qurulub. Kompleksin texniki zonasında su, gübrə çənləri qoyulub, qazanxana və sutəmizləmə sistemi quraşdırılıb. İstixananın suvarılmasını təmin etmək üçün 21 min kubmetr tutumu olan su hövzəsi yaradılıb. İstixanada yüksək keyfiyyət göstəricilərinə malik olan ekoloji təmiz məhsullar istehsal edilir. Daha bir üstün cəhət isə istehsal prosesinin tam avtomatlaşdırılmasıdır. Bu isə öz növbəsində yerli mütəxəssislərin intellektual və peşəkarlıq səviyyəsinin artırılmasını, bu sahədə yüksək ixtisaslı kadrların formalaşmasını şərtləndirir. Kompleksin idarə olunmasında və yerli kadrların yetişdirilməsində Avropa mütəxəssislərinin xidmətindən istifadə olunur. Burada yüksək əmək təhlükəsizliyinə və gigiyenik-sanitar normalara riayət olunur, işçilərin işə gətirilməsi, aparılması və nahar yeməyinin verilməsi təmin edilir. İstehsal olunan məhsullar “Tomat.az” brendi ilə əsasən ixrac edilir.
Hazırda kompleksdə 140 nəfər işlə təmin olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin sayı da artacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
4 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
4 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
4 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
6 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib





















