Vergilər Nazirliyindən "taksi xidmətində ƏDV" açıqlaması
Son günlər kütləvi informasiya vasitələrində ölkə ərazisində göstərilən taksi xidmətlərinə görə 18 faiz dərəcə ilə əlavə dəyər vergisinin (ƏDV) hesablanması ilə bağlı məlumatlar yer alıb.
Bununla əlaqədar Vergilər Nazirliyindən "Marja"ya bildirilib ki, Azərbaycan Respublikasında qanuni əsaslarla fəaliyyət göstərən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin göstərdikləri sərnişin daşıma xidmətləri ƏDV-yə cəlb olunmayan xidmətlərdir və bu xidmətlərin istehlakçısı olan vətəndaşlar taksi xidmətlərinin dəyərini ödəyərkən həmin məbləğə ƏDV daxil edilmir.
1 yanvar 2017-ci il tarixdən vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən yalnız Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin elektron ticarət qaydasında təqdim etdiyi iş və xidmətlərə görə vergi orqanında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən qeyri-rezidentə aparılan ödəmələrdən ƏDV tutulur.
Qanunvericiliyə edilmiş dəyişikliyə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri vasitəsilə, o cümlədən mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərinişin daşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər 1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilir. Ölkə ərazisində taksi xidmətlərinin təşkili ilə bağlı həmin xarici şirkətlərin göstərdikləri xidmətlərinin dəyəri ƏDV daxil olmaqla formalaşan dəyərdən ibarət olduğundan bu xarici şirkətlərə pul köçürülərkən həmin məbləğlərə ƏDV də daxil edilir.
Dövlət vergi orqanlarında qeydiyyata alınaraq ölkə ərazisində qanuni əsaslarla sərnişin daşıma fəaliyyətini həyata keçirən yerli hüquqi və fiziki şəxslərin, habelə xarici şirkətlərin Azərbaycan Respublikasındakı nümayəndəliklərinin göstərdikləri taksi xidmətlərinin müqabilində müştərilər tərəfindən istər nağd qaydada, istərsə də ödəniş kartları vasitəsilə həmin şəxslərə ödənilən xidmət haqlarına görə ƏDV tutulmur.
Müştərilərin xəbərləri
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
36 d. əvvəl
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
-
1 saat əvvəl
Azərbaycana daxil olan xarici valyuta çıxan valyutanı 1,4 milyard dollar üstələyib
-
-
1 saat əvvəl
Bil Qeytsdən süni intellekt və səhiyyə ilə bağlı xəbərdarlıqlar
-
2 saat əvvəl
Azərbaycan nefti orta hesabla 94,5 dollardan, qazı 313 dollardan ixrac edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana daxil olan pul baratları üzrə müsbət saldo 530 milyon dolları ötüb
-
2 saat əvvəl
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD Strateji Əməkdaşlıq Sazişi imzalayıblar
-
3 saat əvvəl
Azərbaycan banklarına “Moody’s”dən müsbət qiymət: Sistem riskləri azalıb
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Bil Qeytsdən süni intellekt və səhiyyə ilə bağlı xəbərdarlıqlar
Ən çox oxunanlar
SOCAR bu ölkədə 7 milyard dollar yatırmağa hazırlaşır
Fitch SOCAR-ın reytinqini təsdiqlədi, kredit profilini yüksəltdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun ®
Azərbaycan neftinin qiyməti 127 dolları keçib
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
Rəsmi məzənnələr açıqlandı




























