Qul necə idarə olunur?
Qulların idarə edilməsi ilə tabeçilikdə olan işçilərin idarəetməsi arasında çox da böyük fərqi yoxdur – Bunu Jerri Toner öz kitabının təqdimatında söyləmişdi. “Qul necə idarə olunur” (How to manage slaves) kitabının müəllifi kitabında Markus Sidonis Falks adından düzgün qul seçmək qaydalarından və onlardan maksimum istifadə üsullarından danışır.
Sual: Qulları seçmək qaydaları, onları idarəetmə müasir dövrdə bizə nə verə bilər ki?
Əlbəttə düşüncəniz hardasa yanlış deyil. Ancaq diqqətlə analiz etsək, görərik ki, bu iki məsələdə oxşarlıq çoxdur. Necə ki, qədim qul sahibləri, həmçinin şirkət sahibləri öz insan resurslarından maksimum istifadə etməyə çalışır. Markus Sidonis Falks qədimi top menecerlər üçün qulları effektiv idarəetmə üsulları, evdə və sahədə nizam-intizamı qorumaq barəsində məsləhətlər verir. www.readit.az kitabın bəzi məqamlarını müasir dövrdəki idarəetmə arasında müqayisələrlə sizlərin nəzərinə çatdırır.
Eyni milliyyətdən olan (və ya eyni yerdən olan) çoxlu qul almaq məsləhət deyil.
Qul sahibi eyni millət və ya ənənəyə sahib olan bir neçə qul almadığından əmin olmalıdır. Çünki, qul sahiblərinin fikirlərinə görə bu qullar, iş əsnasında rahatlamağa və bir-birləriylə danışmağa daha çox meyilli olurlar.
Müasir dövrdə bu necə baş verir? Əgər bir şirkətdə qohumçuluq əlaqəsi olan bir qrup əməkdaş çalışırsa, onlar bir yerdə olduqda özlərini daha rahat hiss edir, birinin səhvini digəri gizlədir və ya ümumiyyətlə işi özləri istədiyi şəkildə görürlər. Düşünün, siz işlədiyiniz şirkətdə əgər belə qrup insan varsa, onların iş fəaliyyətini dəyərləndirin. Bir çox hallarda özünüz də əmin olacaqsınız ki, bu əməkdaşların effektivliyi digərlərindən qat-qat aşağıdır.
Seçim zamanı qulların ancaq bacarıqlarına deyil, həmçinin xarakterinə də diqqət yetirin.
Qul seçimi zamanı onun xarakterinə xüsusi diqqət yetirilməlidir. Sizə elə gəlmir ki, bu qul iradəsiz, qərarsızdır və ya sözlərinə diqqət etməyən, bir az “qırmızı” insandır? İş üçün bu xarakterlərin ortasında olan qullar daha uyğundur. Belə ki, sakit və qərarsız olanlar iş vaxtı aktiv olmayacaqlar, digərlərini isə idarə etmək çətindir.
Müasir dövrdə kadr seçimi zamanı işçinin İQ-dən çox onun emosional zəkasına xüsusi önəm verilməlidir. Bu barədə ən yaxşı kitab Daniel Qolmanın “Emosional Zəka - Niyə IQ-dən daha vacibdir?” kitabıdır.
Uzunmüddətli hədəflər
Romalılar elə düşünürdülər ki, qulların istədiyi “azadlıq” sayəsində, onları daha yaxşı işləməyə məcbur edə bilərdilər. Beləliklə, qullara yaxşı işləyəcəkləri halda azad ediləcəkləri deyilirdi. Bu hər hansı formada sahibinin istəklərini yerinə
yetirmədiyi təqdirdə qula qarşı istifadə edilə bilən bir qamçı rolunu oynayırdı. Bu məsələ kitabda aşağıdakı formada izah edilir: “Ümid əzabı yüngülləşdirir; Ümidsizlik isə insanı dəhşətli əməllərə itələyə bilər.”
Müasir dövrdə kadrların inkişaf proqramı olan şirkətlərdə işçilər daha loyal ola bilirlər. Şirkət onları bu yolla daha effektiv işləməyə sövq edə bilər. İşçi çalışacaq ki, işini qüsursuz görsün, belə ki, kiçik bir səhvi ucbatından kadr proqramında olan maddi və ya qeyri-maddi motivasiyanı almaya bilər.
Əziz oxucular, yuxarıda çəkdiyimiz nümunələrdən də aydın olur ki, biz hələ quldarlıq dövründən bir o qədər də uzaqlaşmamışıq. Sadəcə idarəetmənin forması dəyişib. Odur ki, bu möhtəşəm kitabın qısa məzmunundan yararlanmağı unutmayın. => İndi Oxu
Qeyd olunmalıdır ki, Free The Slaves təşkilatının hesabatına görə bu günümüzdə belə 27 milyon insan məvacibsiz, qorxu və şiddət altında çalışır.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
12 saat sonra
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
- 9 saat əvvəl
-
22 saat əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
1 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
1 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®






















