20 qəpiyə də alan yoxdur, qalıb çürüyür

Şimal rayonlarında kəndlilər bağlarında yetişdirdikləri xurmanı birbaşa bazara çıxara bilmirlər.
Böyük əziyyət bahasına başa gələn bu məhsul bağçılardan kiloqramı 20 qəpiyə alınır. Şabran bağçılarının sözlərinə görə, çətinliklə əkib-becərdikləri meyvəni yerində dəyər-dəyməzinə satmaq məcburiyyətində qalırlar.
Bakı bazarlarında isə bu meyvənin kiloqramı 1-1,5 manatdan aşağı satılmır. Başqa sözlə, xurmanın kənddən alış qiyməti ilə Bakı bazarlarındakı satış qiyməti arasında 5-7 dəfə fərq var. Yəni paytaxt alıcısının xurmanın hər kiloqramına ödədiyi 1 manat 50 qəpiyin cəmi 20 qəpiyi onu yetişdirən kəndliyə çatır. Bəs qalan pullar kimlərin cibinə gedir?
Rayonunun Pirəmsən kənd sakinlərinin sözlərinə görə, onlara alverçilər tərəfindən məhsulu toplamaq üçün bir neçə həftə əvvəldən yeşiklər paylanıb. Lakin sakinlər bu məbləğin heç meyvənin ağacdan toplamaq haqqı olmamasından şikayətlənirlər.
“İki-üç həftə olar ki, alverçilər gətirib camaata yeşiklər paylayıblar. Bizdən adi xurmanın yeşiyini 2 manata, xüsusi sort “şişburun” xurmasının yeşiyini isə 4 manata alırlar. Bu ağacı əkib-becərib meyvəni ərsəyə gətirmək bir yana qalsın, kiloqramına verilən 20 qəpik heç onu ağacdan toplamağın haqqı deyil. Bir ağacda da xüsusi qulluq edilsə, ən yaxşı halda 80-100 kq meyvə ola bilər. Bu pulu əncirin təkcə bir yığımından qazanmaq olar. Belə getsə, bir qəpik xeyir gətirməyən xurma bağlarını tamamilə kəsməli olacağıq”, - kəndin Əsgər adlı sakini deyir.
Kəndlilər deyirlər ki, əksəriyyət xurmanı 20 qəpiyə satmaqdansa, onu ağacdan dərməməyə üstünlük verirlər. Nəticədə tonlarla xurma elə ağacda qalıb qarğalara yem olur.
Bağçılar bildirirlər ki, məhsullarını heç cür iri şəhərlərin bazarlarına çıxara bilmirlər. Hətta bazara gedib çıxsalar belə onlara məhsul satmağa imkan verilmir. Bölgələrdə yığılıb qalmış məhsulların paytaxta və digər şəhərlərə çatdırılması üçün mövcud əngəllərin aradan qaldırılması məqsədilə yarmarkalar yaradılsa da, kəndlilər məhsulu yarmarkada satmağı da sərfəli hesab etmirlər. Çünki məhsulun yarmarkaya daşınması, yer pulu, digər xərclər üst-üstə gələndə xurmanı yerində 20 qəpiyə satmaq daha münasib görünür.
Sakinlər deyirlər ki, yük maşını ilə meyvə-tərəvəz daşımaq üçün lisenziya almaq tələb olunur. Üstəlik, Bakıya qədər polis, yol mühafizəçiləri, departament əməkdaşlarına artıq yük, maşının üstündəki baqajın “qanunsuz” olmasını, yola ziyan və sair məsələlərə görə xərc çəkməli olurlar. Bazarlarda isə yerlər çoxdan alverçilər tərəfindən tutulub. Kəndlilər məhsullarını “Meyvəli” bazarına təhvil verə bilərlər ki, burada da elə alış qiyməti xurmanın kənddən Bakıya daşınmasını sərfəsiz edir.
Şabran rayonunun digər kəndlərində isə vəziyyət daha acınacaqlıdır. Rayonun Ərəblər kəndindən olan bağçılar bildirirlər ki, onlardan xurmanı heç 20 qəpiyə də alan yoxdur: “Xurma ağaclarda qalıb çürüyür. Dərib hara tökək? Heç 20 qəpiyə də sata bilmirik...”
Şabran kəndlərindən xurmanı yeşiklərlə alıb Rusiyaya aparan alverçilər də gileylənir.
Onların sözlərinə görə, kənddən yeşiyi 4 manata alınan xurma Rusiya bazarlarına gedib çıxanacan maya dəyəri 16-17 manata qədər artır. Rusiya bazarlarında xurmanın yeşiklə topdansatışı isə Azərbaycan valyutası ilə götürəndə 20 manatdan çox deyil. Nəticədə alverçilər kəndlilərə xurmaya görə daha artıq ödəmək imkanında olmadıqlarını deyirlər.
Kənd təsərrüfatı məhsullarının bazarlarda kəndlilərdən alış qiymətindən bir neçə dəfə baha satılmasını ekspertlər bazarda normal-qayda qanunun yaradılmaması ilə əlaqələndirirlər. İqtisadçı ekspert Qadir İbrahimli deyir ki, kənd təsərrüfatı məhsullarının öz maya dəyərindən bir neçə dəfə baha satılması halları uzun müddətdir ki, aktualdır: “Azərbaycanda kənd təsərrüfatı məhsullarının satış bazarında normal qaydalar müəyyənləşdirilmədiyindən kəndli özü öz məhsulunu gətirib birbaşa bazara çıxara bilmir. Burada satış bazarları çox iri şirkətlərin, böyük pullu insanların nəzarətindədir. Onlar da məhsulu kəndlidən çox ucuz qiymətə alıb baha qiymətə bazarlara təhvil verirlər. Həm də öz marjalarını məhsulun üstünə əlavə edib satışa çıxarırlar. Burada qazanan nə paytaxtdakı marketlər, dükanlar, nə də kəndlilərdir. Qazanan istehsalçı ilə son satıcı arasında vasitəçilik edən qrupdur. Bu da təbii ki, çox anormal haldır”, - deyə Q. İbrahimli bildirir.
Ekspert deyir ki, hələ ki, bu problemin tənzimlənməsi üçün mexanizmlər tapılmayıb: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu problemləri aradan qaldırmalıdır. Bazarın tənzimlənməsi, rəqabət mühitinin yaradılması, həm istehsalçıların, həm də istehlakçıların hüquqlarının təmin edilməsi bu departamentə aiddir. Onlar hansısa işlək mexanizm yaratmalıdırlar ki, həm istehlakçı, həm də istehsalçı qazansın, hansısa qrup vasitəçilik edib böyük pullar qazana bilməsin”, - deyə ekspert qeyd edir.
© Virtualaz.org
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 saat əvvəl
Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiyadan neft idxalını artıracaq
- 4 saat əvvəl
-
-
5 saat əvvəl
Aqroparkların fəaliyyətinə dair yeni inkişaf konsepsiyası hazırlanacaq
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
7 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu bu şəxslərə verildi
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
-
6 saat əvvəl
Həyat sığortası bazarı 17 %, qeyri-həyat sığortası bazarı 7 % böyüyüb
-
6 saat əvvəl
İcbari sığorta bazarı 6 %-ə yaxın, könüllü sığorta bazarı 15 %-ə yaxın böyüyüb
Son Xəbərlər

Naxçıvanda indiyədək 19 sahibkarlıq subyektinə 25 investisiya təşviqi sənədi və 51 təsdiqedici sənəd verilib

ABŞ-da son 2,5 ilin ən güclü iqtisadi artımı qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

BOKT "International” 2 milyon manat cəlb etdi

Neft qiymətləri düşür

Bu idarə Xankəndidə yerləşəcək - FƏRMAN
Ən çox oxunanlar

Avropada BYD, Tesla-nı ötüb

Sabahın hava proqnozu açıqlanıb

“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib

Sığorta haqları və sığorta ödənişləri - ŞİRKƏTLƏR VƏ SİNİFLƏR ÜZRƏ

"AccessBank"ın işçilərinin sayı 81 nəfər artıb

Azərbaycan şirkəti yaxın zamanda 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

Azərbaycanın sığorta bazarı 12,5% böyüyüb
