Dövlət Gömrük Komitəsi və Caspian European Club əməkdaşlığı genişləndirir
Bu gün (25 oktyabr) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Caspian European Club və Caspian American Club-un biznes-forumu təşkil olunub. Biznes-forum Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə keçirilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev çıxış edərək ölkəmizdə gömrük sahəsində son illər ərzində həyata keçirilən islahatlar barədə məlumat verib.
Komitə sədri bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gömrük xidmətində də həyata keçirilən islahatlar davamlı xarakter alıb. Gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb.
Aydın Əliyev “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, “yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi, elektron xidmətlərin artırılması, sənədləşmə prosesinin tam elektron formada həyata keçirilməsi, sertifikatlaşdırma prosesində vahid siyahının tərtib və tətbiqi, tranzit imkanlarının artırılmasından bəhs edib və görülən işlərin ticarətin asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük nəzarətinin şəffaf şəkildə həyata keçirilməsinə, ümumilikdə biznes mühitinin və iqtisadiyyatın inkişafına təkan verdiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığına xüsusi önəm verilir, bu məqsədlə vaxtaşırı olaraq işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilir. Bu kimi görüşlər gömrük-biznes sahəsində qarşıda duran vəzifələri bir daha müəyyənləşdirmək və inkişaf yollarını aramaq işinə öz töhfəsini verir. Aydın Əliyev gömrük orqanlarının daim sahibkarların yanında olduğunu, onları narahat edən məsələlərin bundan sonra da operativ və obyektiv şəkildə həllini tapacağını diqqətə çatdırıb.
Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavinivə baş icraçı direktoruTelman Əliyev Caspian European Club-un 2002-ci ilini yununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını və Caspian European Club-un Sədrinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev olduğunu xatırladıb.
“Caspian European Club Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarda, xarici investisiyanın cəlb olunmasında, kiçik və orta biznesin inkişafında fəal iştirak edir. Bundan əlavə, Klub Xəzər-Qara dəniz və Baltik regionu dövlətləri arasında beynəlxalq iqtisadi əlaqələrin qurulmasında mühüm rol oynayır”, - deyə Telman Əliyev bildirib.
O həmçinin söyləyib ki, ilin sonuna kimi Caspian European Club iqtisadiyyatın digər sahələrində də bir sıra analoji tədbirlər keçirəcək.
Telman Əliyev qeyd edib ki, Caspian Energy Georgia sentyabr ayından etibarən Gürcüstan ərazisində Caspian European Club, Caspian American Club və Caspian Energy International Media Group-un maraqlarını təmsil edir. O, oktyabrın 27-də keçiriləcək ikinci CEO Lunch Tbilisi-də Gürcüstanın baş nazirinin birinci müavini, Gürcüstanın maliyyə naziri Dmitri Kumsişvilinin və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun iştirak edəcəyini xatırladıb. CEO Lunch Tbilisi-nin sponsoru PASHA Bank Georgia-dır.
“Bunlardan əlavə, 2018-ci ilin martında Caspian Energy Georgia-nın fəaliyyətinin yenilənməsi istiqamətində Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyilə 5-ci Beynəlxalq “Caspian Energy Forum” təşkil olunacaq. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin, Gürcüstan Hökumətinin iqtisadi və energetika blokunu təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır”, - deyə Telman Əliyev çıxışına yekun vurub.
Daha sonra Dövlət Gömrük Komitəsinin məsul şəxsləri gömrük xidmətində son islahatlar - malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin daha da təkmilləşdirilməsi, “yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi, idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin və gömrük ödənişlərinin sadələşdirilməsi, gömrük sistemində risklərin idarəedilməsi, gömrük hüquqpozmalarına qarşı mübarizə, sənədləşmə prosesinin tam elektron formada həyata keçirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması, eləcə də informasiya və kommunikasiya texnologiyalarının tətbiqi və innovativ idarəetmə metodları ilə bağlı görülən işlər barədə təqdimatla çıxış ediblər.
Biznes-forum zamanı Aydın Əliyevə Caspian European Club və Caspian American Club-un fəxri üzvlük sertifikatı təqdim olunub.
İki saat davam edən biznes-forumda biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onların həlli ilə bağlı problem və təkliflər dinlənilib. Bizneslə DGK rəhbərliyi arasında baş tutmuş konstruktiv dialoq zamanı Caspian European Club və Caspian American Club-un üzv şirkətlərinin xahiş və təkliflərinə operativ reaksiya verəcək birgə işçi komitəsi yaradılıb.
Biznes-forumda Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyə-dən olan 150-dən çox biznesmen, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
19 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
-
1 saat əvvəl
24, 25 və 26 apreldəki planlarını təxirə sal, çünki "Yaşıl Cümə" başlayır!
-
2 saat əvvəl
Norm və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
Ən çox oxunanlar
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
Aprelin 25-də gözlənilən hava şəraiti
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi
Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq
İntel-in gəliri ilk rübdə 7 faiz artıb




.jpg)








.jpg)





