Çipsi, qazlı içkilər və ağıllı saatlara vergi qoyulur – Qiymətlər arta bilər
Çipsi yeyən, qazlı içki içən, ağıllı saat alanlar üçün yeni vergi xəbəri.Çipsiyə 1 manat, qazlı içkiyə 10 qəpik, ağıllı saata 20 manat – Yeni vergilər gəlir. Azərbaycanda çipsi, qazlı içkilər və ağıllı saatlar bahalaşa bilər.Azərbaycanda çipsi, şirinləşdirilmiş mineral və qazlı içkilər, eləcə də ağıllı saatlar üçün yeni aksiz vergilərinin tətbiqi nəzərdə tutulur. Təklif olunan dəyişikliklər qəbul edilərsə, bu məhsulların istehsalı və ya idxalı ilə bağlı əlavə vergi yükü yaranacaq. Bu isə onların satış qiymətlərinə təsir göstərə bilər.
Marja.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, çipsi aksizli malların siyahısına daxil ediləcək və yerli istehsalda hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq olunacaq.
Bununla yanaşı, şirinləşdirilmiş mineral və qazlı içkilərin də aksizli malların, eləcə də aksiz markası ilə markalanmalı məhsulların siyahısına daxil edilməsi təklif olunur.
Həmin içkilərin yerli istehsalının hər litrinə görə 10 qəpik (0,10 manat) aksiz vergisi alınması nəzərdə tutulur.
Ağıllı saatların hər birinə 20 manat vergi tətbiq ediləcək
Vergi Məcəlləsinə təklif olunan digər dəyişiklik ağıllı saatlarla bağlıdır.
Layihəyə əsasən, ağıllı saatlar mobil cihaz hesab ediləcək və onların hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq.
Qeyd edək ki, 9 dekabr 2025-ci il tarixli qanunla Vergi Məcəlləsinə edilmiş dəyişiklik nəticəsində mobil cihazlar artıq aksizli malların siyahısına daxil edilib və hər bir mobil cihaz üçün 20 manat aksiz müəyyənləşdirilib.
Həmin dəyişikliklər 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Eyni zamanda, fiziki şəxslərə şəxsi istifadə məqsədilə təqvim ili ərzində bir ədəd mobil cihazı gömrük ödənişlərindən azad olunmaqla ölkəyə gətirmək imkanı nəzərdə tutulub.
Yeni təklif isə ağıllı saatların da mobil cihaz kimi aksiz vergisinə cəlb olunmasını nəzərdə tutur.
Hansı məhsula nə qədər vergi tətbiq olunacaq?
Təklif olunan dəyişikliklərə əsasən:
- Çipsi – hər kiloqrama 1 manat;
- Şirinləşdirilmiş mineral və qazlı içkilər – hər litrə 10 qəpik;
- Ağıllı saatlar – hər ədədə 20 manat aksiz vergisi.
Məsələn, nəzərdə tutulan dərəcələr əsasında yerli istehsal olunan 100 qramlıq çipsiyə 10 qəpik, 200 qramlıq çipsiyə 20 qəpik, 500 qramlıq çipsiyə isə 50 qəpik aksiz vergisi düşəcək.
Şirinləşdirilmiş mineral və qazlı içkilərdə isə 500 millilitrlik məhsula 5 qəpik, 1 litrlik məhsula 10 qəpik, 2 litrlik məhsula 20 qəpik aksiz hesablanacaq.
Ağıllı saatlarda isə məhsulun qiymətindən asılı olmayaraq, hər ədədə görə 20 manatlıq aksiz nəzərdə tutulur.
Məhsullar bahalaşa bilər
Yeni aksiz vergilərinin tətbiqi çipsi və şirinləşdirilmiş içki istehsalçılarının, eləcə də ağıllı saatların dövriyyəsində iştirak edən sahibkarlıq subyektlərinin vergi yükünü artıra bilər. Əlavə xərclərin müəyyən hissəsinin satış qiymətlərinə daxil edilməsi ehtimalı olduğundan bu məhsulların pərakəndə qiymətlərində artım istisna edilmir.
Bununla belə, qiymətlərin nə qədər dəyişəcəyi istehsalçıların, idxalçıların və satıcıların qiymət siyasətindən asılı olacaq.
Qeyd edək ki, dəyişikliklər hazırda qanun layihəsi mərhələsindədir. Yeni aksiz dərəcələrinin tətbiqi üçün müvafiq qanunvericilik dəyişikliklərinin qəbul edilməsi tələb olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO



















