ABB Invest dövriyyədə, PAŞA Kapital əqdlərin sayında liderdir – SİYAHI
2026-cı ilin yanvar–oktyabr aylarında Bakı Fond Birjasında (BFB) birja üzvləri arasında ən böyük əməliyyat dövriyyəsi “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-yə məxsus olub. Şirkətin iştirakı ilə həyata keçirilən əməliyyatların ümumi həcmi 26 milyard 490 milyon 387 min manat təşkil edib.
Marja.az Bakı Fond Birjasının 2026-cı ilin ilk 10 ayı üzrə açıqladığı statistik məlumatlara istinadən xəbər verir ki, ikinci yerdə 19 milyard 13 milyon 48 min manatlıq dövriyyə ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşıb.
Üçüncü yeri 5 milyard 996 milyon 773 min manatlıq dövriyyə ilə “İnvest-Az İnvestisiya Şirkəti” QSC tutub.
Növbəti yerlərdə 5 milyard 699 milyon 488 min manatla “Unicapital İnvestisiya Şirkəti” ASC və 5 milyard 525 milyon 443 min manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC qərarlaşıblar.
Beləliklə, birja üzvləri üzrə qeydə alınmış əməliyyat dövriyyələrinin cəminin 65,6 faizi ilk iki investisiya şirkətinin – ABB Invest və PAŞA Kapitalın payına düşüb.
ABB Invest REPO əməliyyatlarında liderdir
Bakı Fond Birjasının məlumatlarına əsasən, ABB Invest-in ümumi dövriyyəsinin 24 milyard 646 milyon 988 min manatı REPO əməliyyatlarının payına düşüb. Bu, şirkətin birja əməliyyatlarının ümumi həcminin təxminən 93 faizini təşkil edir.
PAŞA Kapitalın REPO əməliyyatlarının həcmi 12 milyard 315 milyon 106 min manat, “İnvest-Az”ın 5 milyard 372 milyon 794 min manat, “Unicapital”ın isə 5 milyard 140 milyon 140 min manat olub.
REPO əməliyyatları çıxıldıqda isə PAŞA Kapitalın dövriyyəsi 6 milyard 697 milyon 941 min manat təşkil edir ki, bu da ABB Invest-in müvafiq göstəricisindən təxminən 3,6 dəfə çoxdur.
Əqdlərin sayına görə PAŞA Kapital birincidir
Ticarət dövriyyəsinin həcmindən fərqli olaraq, bağlanmış əqdlərin sayına görə birinci yeri PAŞA Kapital tutub. Şirkətin iştirakı ilə 2026-cı ilin yanvar–oktyabr aylarında 52 min 146 əqd həyata keçirilib. ABB Invest 26 min 863 əqdlə ikinci, “Troni İnvestisiya Şirkəti” QSC isə 9 min 303 əqdlə üçüncü yerdə qərarlaşıb.
Növbəti yerləri 5 min 125 əqdlə “İnvest-Az” və 5 min 54 əqdlə “Unicapital” tutub.
PAŞA Kapital birja üzvləri üzrə qeydə alınmış əqd saylarının cəminin təxminən 49,9 faizini təşkil edib.
Bakı Fond Birjasının statistikası göstərir ki, birja üzvlərinin dövriyyəsi əsasən REPO əməliyyatlarında cəmləşib. Bununla yanaşı, ayrı-ayrı şirkətlər səhmlərin, korporativ istiqrazların, dövlət istiqrazlarının və Mərkəzi Bankın notlarının ticarətində də fəal iştirak ediblər.
Məsələn, PAŞA Kapitalın dövlət istiqrazları üzrə dövriyyəsi 2 milyard 734 milyon 593 min manat, səhmlər üzrə dövriyyəsi isə 1 milyard 495 milyon 903 min manat təşkil edib.
“İnvest-Az” korporativ istiqrazlar üzrə 508 milyon 507 min manatlıq, ABB Invest isə dövlət istiqrazları üzrə 856 milyon 883 min manatlıq əməliyyat dövriyyəsi qeydə alıb.
Qeyd edək ki, birja üzvlərinin dövriyyələrinin cəmi BFB-nin ümumi bazar dövriyyəsi ilə eyni göstərici deyil. Bir əqdin müxtəlif tərəfləri birja üzvlərinin statistik göstəricilərində ayrıca əks oluna bilər. Buna görə şirkətlərin payları ümumi bazar dövriyyəsinə deyil, birja üzvləri üzrə göstərilən dövriyyələrin cəminə əsasən hesablanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















