“FINCA Azerbaijan” Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyasına qoşulub
“FINCA Azerbaijan” 1 250 ağacın əkildiyi ekoloji aksiyaya qoşulub“FINCA Azerbaijan” 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində maliyyə sektorunun iştirakı ilə keçirilən ağacəkmə aksiyasında iştirak edib. Zəfər Günü ərəfəsində təşkil olunan tədbir ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədini daşıyıb.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan “FINCA Azerbaijan”ın əməkdaşları da ağacəkmə işlərinə qoşularaq təşəbbüsə töhfə veriblər.
Dövlət qurumlarının və maliyyə assosiasiyalarının rəhbər şəxslərinin, üzv təşkilatların 250-yə yaxın nümayəndəsinin qatıldığı aksiya zamanı 2 hektar sahədə ümumilikdə 1 250 Eldar şamı və zeytun ağacı əkilib.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank və maliyyə sektoru assosiasiyalarının 13 mart 2023-cü ildə imzaladığı Anlaşma Memorandumu əsasında həyata keçirilib. Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə başladılan təşəbbüs çərçivəsində 2023-cü ildən etibarən 10 il ərzində hər il 100 min, ümumilikdə 1 milyon ağacın əkilməsi hədəflənir.
“FINCA Azerbaijan” cəmiyyətin rifahına töhfə verməyi və ətraf mühitə məsuliyyətli münasibəti korporativ sosial məsuliyyət yanaşmasının mühüm hissəsi hesab edir. Təşkilatın aksiyada iştirakı daha yaşıl və sağlam gələcək naminə birgə fəaliyyətə verdiyi dəstəyin ifadəsidir.
1998-ci ildə təsis edilmiş FINCA Azərbaycan ölkədə mikromaliyyə xidmətləri göstərən aparıcı bank olmayan kredit təşkilatlarından biridir. Təşkilat 1984-cü ildə əsası qoyulmuş beynəlxalq FINCA brendinin FINCA Impact Finance qlobal şəbəkəsinin bir hissəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















