Bakıda 49 mərtəbəli, 185 metrlik “Gilavar” kompleksi və 90 metrlik qüllə
Bakıda 49 mərtəbəli, 185 metr hündürlüyündə yeni yaşayış binası layihələndirilibNoyabrın 4-də Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi açılıb.
Marja xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin inkişafı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə neft sənayemizin zəngin tarixinə, onun dünya energetika sektorunda aparıcı roluna həsr olunmuş yeni muzey binası konsepsiyası hazırlanıb. Muzeydə keçmişdə ekoloji fəlakətlə üz-üzə olan “Qara şəhər”in müasir və dayanıqlı “Baku White City” şəhər məkanına transformasiyanın tarixi nümayiş olunacaq. Binada sərgi zalı, kitabxana, ofis otaqları, restoran və kafelər nəzərdə tutulur. Layihə çərçivəsində şəhərə və sahilə mənzərəsi olan 90 metrlik müşahidə qülləsi yaradılacaq.
“Bakı Ağ Şəhər” layihəsinin əsas rəmzlərindən biri olan “Gilavar” kompleksi ictimai məkanları, əyləncə obyektlərini, iaşə müəssisələrini, yaxta klublarını və təxminən 185 metr hündürlüyündə 49 mərtəbəli yaşayış binasını birləşdirir.
Layihə “ADEC” şirkəti və “Bürc-Xəlifə” layihəsinin müəllifi, hündürmərtəbəli binaların memarlığı üzrə dünya lideri Amerikanın məşhur SOM bürosu ilə birgə hazırlanıb.
“Ağ şəhər”, eyni zamanda, incəsənət və mədəniyyət həvəskarlarının da sevimli məkanına çevrilib. Belə ki, dünyanın tanınmış heykəltaraşları öz əsərlərinin burada quraşdırılmasında maraqlıdırlar. Bu xüsusda məşhur amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılan “Qarabağ atları” heykəltaraşlıq kompleksini, Zaman meydanında məşhur rəssam Konstantin Krik tərəfindən məhz “Bakı Ağ Şəhər” üçün hazırlanmış 7 saatdan ibarət "Seven Public Clocks" kompozisiyasını, məşhur heykəltaraş Cozef Klibanskinin "Buludların üstündə" adlı bürünc kompozisiyasını, müasir britaniyalı heykəltaraş Saymon Qadcenin "Nur axtarışında" heykəlini qeyd etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















