Havanı çirkləndirən müəssisələrə nəzarət gücləndiriləcək – Prezidentdən yeni Sərəncam
Prezident hava çirklənməsinə qarşı yeni tədbirlər barədə Sərəncam imzalayıb. İri şəhərlərdə hava çirklənməsinə görə zonalaşdırma tətbiq ediləcək. Azərbaycanda müəssisələrin zərərli tullantıları ilə bağlı yeni tədbirlər hazırlanacaq. Hava çirklənməsinə qarşı rəqəmsal nəzarət mexanizmləri tətbiq olunacaq. Azərbaycanda ekoloji standartlar yenilənəcək. Havanın daha çox çirkləndiyi ərazilər üçün xüsusi tədbirlər planı hazırlanacaq. Azərbaycanda hava çirklənməsi ilə mübarizə üçün 2035-ci ilədək yeni plan hazırlanacaq.Azərbaycanda atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi, iqtisadi fəaliyyət sahələrində zərərli tullantıların azaldılması və ekoloji nəzarətin təkmilləşdirilməsi məqsədilə yeni Milli Fəaliyyət Planı hazırlanacaq.
Marja.az xəbər verir ki, Prezident İlham Əliyev “Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyasına “Azərbaycan Respublikasında atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihəsini hazırlamaq tapşırılıb.
Sənəd 2027-ci il noyabrın 1-dək hazırlanaraq Prezidentə təqdim edilməlidir.
Müəssisələrin atmosferə buraxdığı zərərli maddələrə nəzarət gücləndiriləcək
Milli Fəaliyyət Planı çərçivəsində əsas iqtisadi fəaliyyət sahələri üzrə atmosferə atılan zərərli maddələrin azaldılmasına yönəlmiş tədbirlərin müəyyən edilməsi və müvafiq ekoloji standartların təkmilləşdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, havaya atılan zərərli maddələrin, fiziki təsirlərin və onların mənbələrinin inventarlaşdırılması, dövlət uçotu mexanizmlərinin gücləndirilməsi və monitorinq sisteminin təkmilləşdirilməsi planlaşdırılır.
Ekoloji nəzarətin daha səmərəli həyata keçirilməsi məqsədilə qabaqcıl texnologiyaların və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi imkanları da nəzərdən keçiriləcək.
İri şəhərlərdə çirklənmə səviyyəsinə görə zonalaşdırma tətbiq ediləcək
Sərəncamda diqqətçəkən məqamlardan biri şəhərsalma və ərazi planlaşdırılması ilə bağlıdır.
Milli Fəaliyyət Planında şəhər və digər yaşayış məntəqələrinin planlaşdırılması zamanı atmosfer havasının keyfiyyət meyarlarının nəzərə alınması təmin edilməlidir.
Həmçinin iri şəhərlərdə havanın çirklənmə səviyyəsinə uyğun zonalaşdırma prinsipinin tətbiqi və çirklənmə səviyyəsi yüksək olan ərazilər üçün əlavə tədbirlər planının hazırlanması nəzərdə tutulur.
Bu istiqamətdə atmosfer havasının mövcud vəziyyəti, əsas çirklənmə mənbələri, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə təsirləri qiymətləndiriləcək.
Yaşıl maliyyələşmə və dövlət–özəl tərəfdaşlığı imkanları araşdırılacaq
Sərəncama əsasən, atmosfer havasının mühafizəsi tədbirlərinin həyata keçirilməsi üçün iqtisadi stimullaşdırma alətlərindən, yaşıl maliyyələşmə və dövlət–özəl tərəfdaşlığı mexanizmlərindən istifadə imkanları müəyyən edilməlidir.
Bundan əlavə, transsərhəd çirklənmə üzrə məlumat mübadiləsi mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və hava keyfiyyəti barədə məlumatlara ictimaiyyətin çıxışının genişləndirilməsi nəzərdə tutulur.
Milli Fəaliyyət Planı hazırlanarkən beynəlxalq təşkilatların, mütəxəssislərin, ixtisaslaşmış məsləhətçi şirkətlərin, yerli elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının potensialından istifadə imkanları da qiymətləndiriləcək.
Sənəddə Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetlərinin, Paris Sazişinin, COP29-un nəticələrinin və ölkənin milli iqlim hədəflərinin nəzərə alınması tapşırılıb.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli həvalə edilib.
Qeyd edək ki, Sərəncam ekoloji standartların və nəzarət mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutan planın hazırlanmasını tələb edir. Müəssisələr üçün konkret yeni məhdudiyyətlər, ödənişlər və ya sanksiyalar isə bu sənədlə müəyyən edilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















