İri bankaa kiberhücum – 133 milyon dollardan çox vəsaitin oğurlandığı iddia edilir
Avropa bankına böyük kiberhücum – 133 milyon dollarlıq oğurluq iddiasıFransanın “Crédit Mutuel Arkéa” bank qrupu kiberhücuma məruz qaldığını təsdiqləyib. Hücum nəticəsində 133 milyon ABŞ dollarından çox vəsaitin oğurlandığı iddia olunur. Bank hadisənin nəzarət altına alındığını və müştərilərin maliyyə maraqlarının qorunduğunu açıqlayıb.
Marja.az xəbər verir ki, bu barədə “CoinDesk” nəşri məlumat yayıb.
Kriptovalyuta əməliyyatları, maliyyə fırıldaqçılığı və çirkli pulların yuyulması hallarını araşdıran ZachXBT adlı müstəqil blokçeyn tədqiqatçısı Fransa bankının ən azı 133 milyon dollar məbləğində vəsaitin oğurlanması ilə nəticələnən hücumun hədəfinə çevrildiyini bildirib.
Tədqiqatçının məlumatına görə, şübhəli əməliyyatlar bir neçə gün davam edib.
ZachXBT əvvəlcə 106 milyon dollardan çox şübhəli köçürmə müəyyən etdiyini, sonradan isə əlavə 27 milyon dollarlıq əməliyyat aşkarladığını açıqlayıb.
Onun sözlərinə görə, birjadankənar kriptovalyuta əməliyyatları da nəzərə alınarsa, oğurlanan vəsaitin ümumi məbləği daha yüksək ola bilər.
30 milyon dollardan çox vəsaitin yuyulduğu iddia edilir
ZachXBT bankın hadisə barədə müvafiq qurumları məlumatlandırmaqda gecikdiyini iddia edib.
Onun sözlərinə görə, bu gecikmə hücum edən şəxslərə 30 milyon dollardan çox vəsaiti müxtəlif kriptovalyuta platformaları vasitəsilə leqallaşdırmağa imkan yaradıb.
Tədqiqatçı hesab edir ki, aidiyyəti Avropa qurumlarına daha erkən xəbərdarlıq edilsəydi, həmin vəsaitlərin bir hissəsinin dondurulması mümkün ola bilərdi. Lakin bu iddialar müstəqil şəkildə təsdiqlənməyib.
Bank kiberhücumu təsdiqləyib
“Crédit Mutuel Arkéa” bank qrupundan verilən açıqlamada kiberhücum nəticəsində saxta maliyyə əməliyyatlarının həyata keçirildiyi təsdiqlənib.
Bankın bildirdiyinə görə, hadisə aşkarlandıqdan sonra təhlükəsizlik tədbirləri görülüb və əlavə qanunsuz köçürmələrin qarşısını almaq məqsədilə bəzi əməliyyatlar müvəqqəti dayandırılıb. Hazırda vəziyyətin nəzarət altına alındığı bildirilir. Bank oğurlandığı iddia edilən vəsaitin məbləğini açıqlamayıb.
Maliyyə qurumunun nümayəndəsi hadisənin müştərilər üçün maliyyə nəticələrinin olmadığını və onların maraqlarının tam qorunduğunu bildirib.
Kriptovalyuta platformalarında şübhəli əməliyyatlar aşkarlanıb
Blokçeyn analitikası şirkəti “Bitquery”nin araşdırmasına əsasən, noyabrın 1–2-də “Kraken”, “Crypto.com” və “OKX” platformalarındakı hesablardan 108,8 milyon dollar məbləğində USDC kriptovalyutasının çıxarılması izlənilib.
Araşdırmada vəsaitlərin yüzlərlə kriptovalyuta ünvanı arasında köçürüldüyü və bir hissəsinin digər rəqəmsal aktivlərə çevrildiyi müəyyən edilib.
“Crypto.com” hadisə ilə əlaqəli vəsaitlərin platforma vasitəsilə hərəkətinin qarşısını almaq üçün müvafiq məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.
Şirkət istifadəçilərin vəsaitlərinin təhlükəsiz və əlçatan olduğunu bildirib.
Hücum edən şəxslərin bankın və ya əlaqəli hesabların sistemlərinə hansı üsulla giriş əldə etdikləri hələ müəyyənləşdirilməyib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















