ABB Invest AccessBank-ın Bank Respublika tərəfindən satın alınması prosesini uğurla başa çatdırıb
Bank Respublika AccessBank-ı almaq üçün imtiyazlı səhmlər yerləşdirib“ABB-İnvest İnvestisiya Şirkəti” QSC (ABB Invest) yerli kapital bazarının son dövrlərdə ən mürəkkəb satınalma əqdlərindən biri olan “AccessBank” QSC-nin (AccessBank) “Bank Respublika” ASC (Bank Respublika) tərəfindən satın alınması prosesini uğurla başa çatdırmışdır.
ABB Invest-in vasitəçiliyi və peşəkar dəstəyi ilə həyata keçirilən satınalma prosesi çərçivəsində AccessBank-ın səhmlərinin alqı-satqısı, eləcə də Bank Respublika tərəfindən imtiyazlı səhmlərin emissiyası və yerləşdirilməsi uğurla həyata keçirilmişdir.Bu əqdin uğurla tamamlanması ABB Invest-in irimiqyaslı korporativ əməliyyatların həyata keçirilməsində və kapital bazarında kompleks maliyyə həllərinin təqdim edilməsində mühüm rolunu bir daha təsdiqləyir.
ABB Invest-in icraçı direktoru Nadir Babazadə əməliyyatın uğurla tamamlanması ilə bağlı bildirib:
“Bu mühüm prosesdə bizə göstərdikləri etimada görə Bank Respublika və AccessBank rəhbərliyinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, əməliyyatların həyata keçirilməsi zamanı göstərdikləri yaxından dəstəyə və səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının Mərkəzi Bankına və Milli Depozit Mərkəzinə minnətdarlığımızı ifadə edirik.”
ABB Invest bundan sonra da Azərbaycanın kapital bazarının inkişafına töhfə verməyi, korporativ maliyyə əməliyyatlarında fəal iştirak etməyi və müştərilərinə peşəkar investisiya xidmətləri göstərməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















