AZAL-ın zərərinin qarşılanmasına büdcədən daha çox pul ayrılacaq - Dotasiya 20 %-ə yaxın artırılır
AZAL-a ayrılan dövlət subsidiyası 1 milyon manatdan çox artırılır. AZAL-a dövlət dəstəyi artırılır – 2027-ci ildə 7,1 milyon manat ayrılacaq. AZAL-ın Naxçıvan reyslərinə görə yaranan zərəri büdcədən qarşılanacaq2027-ci ildə dövlət büdcəsindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) 7,1 milyon manat subsidiya ayrılması nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə 19,5 faiz çoxdur.
Marja.az xəbər verir ki, bu barədə 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində məlumat verilib.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Məlumata əsasən, 2026-cı ildə AZAL-a ayrılan subsidiya təxminən 5,94 milyon manat təşkil edir. Beləliklə, 2027-ci ildə dövlət büdcəsindən şirkətə ayrılması planlaşdırılan vəsait təxminən 1,16 milyon manat artırılacaq.
Subsidiya Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslər, eləcə də Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə nəqliyyatla gedişinə tətbiq edilən güzəştlər nəticəsində yaranan zərərin qarşılanmasına yönəldiləcək.
Beləliklə, 2027-ci ildə də AZAL-ın güzəştli sərnişindaşıma xidmətləri nəticəsində yaranan zərərinin bir hissəsinin dövlət büdcəsi hesabına kompensasiya edilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















