İki dövlət şirkətinə büdcədən 51 milyon manatdan çox subsidiya veriləcək
“Azəristiliktəchizat” və “Təmiz Şəhər”ə büdcədən 51,3 milyon manat ayrılacaq. “Azəristiliktəchizat”ın zərəri dövlət büdcəsi hesabına ödəniləcək. İstilik tarifləri xərcləri qarşılamır – Dövlət şirkətinə milyonlarla manat subsidiya ayrılacaq2027-ci ildə dövlət büdcəsindən “Azəristiliktəchizat” və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətlərinə ümumilikdə 51,3 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, “Azəristiliktəchizat” ASC-yə 33,8 milyon manat subsidiya ayrılması proqnozlaşdırılır. Vəsait istilik təchizatı xidmətləri üzrə satış tariflərinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsinə yönəldiləcək.
“Təmiz Şəhər” ASC-yə isə bərk məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə 17,5 milyon manat subsidiya ayrılması planlaşdırılır.
Beləliklə, iki dövlət şirkətinə ayrılması nəzərdə tutulan subsidiyaların 65,9 faizi “Azəristiliktəchizat”ın, 34,1 faizi isə “Təmiz Şəhər”in payına düşür.
Mənzil-kommunal xərclərə 335,2 milyon manat ayrılacaq
2027-ci ilin dövlət büdcəsi layihəsində mənzil və kommunal təsərrüfatı xərcləri üçün ümumilikdə 335,2 milyon manat vəsait nəzərdə tutulub.
Bu vəsaitin 132,5 milyon manatı və ya 39,5 faizi kommunal təsərrüfatına, 120,7 milyon manatı və ya 36 faizi mənzil-kommunal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək.
Bundan əlavə, mənzil təsərrüfatına 60 milyon manat, su təsərrüfatına 15,7 milyon manat, lift təsərrüfatına isə 6,3 milyon manat ayrılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















