ABŞ-da seçkilərin ilk nəticələri qızılı bahalaşdırdı – Qiyməti yenidən 4000 dolları keçdi
ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməyə yaxınlaşması qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Seçkilərin ilkin nəticələrinin Prezident Donald Tramp administrasiyasının siyasətinin həyata keçirilməsinə maneələr yarada biləcəyi gözləntilərini gücləndirməsi fonunda ABŞ fond indekslərinin fyuçersləri və dollar ucuzlaşıb, qızılın qiyməti, ABŞ dövlət istiqrazlarının qiymətləri isə yüksəlib.ABŞ-da keçirilən aralıq seçkilərin ilkin nəticələrinin Demokratlar Partiyasının Konqresin hər iki palatasında mövqelərini gücləndirdiyini göstərməsi dünya bazarlarında qızılın bahalaşmasına səbəb olub. Dolların ucuzlaşması və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda qiymətli metalın bir unsiyasının qiyməti 4000 dolları ötüb.
Marja.az xəbər verir ki, qızıl 3 faizədək bahalaşıb və Bakı vaxtı ilə saat 14:00-da 1 unsiysı 4048 dollara ticarət olunub.
Səslərin ilkin hesablanmasının nəticələrinə görə, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında nəzarəti geri qaytarmaq uğrunda mübarizədə üstünlük qazanır.
Maliyyə bazarlarının iştirakçıları bu tendensiyanı Respublikaçı Prezident Donald Tramp administrasiyasının qarşıdakı iki il ərzində büdcə kəsirinin artmasına səbəb ola biləcək iqtisadi siyasəti həyata keçirmək imkanlarının məhdudlaşması ehtimalı ilə əlaqələndirirlər.
Dollarda son iki ayın ən kəskin ucuzlaşması ba verib
Seçkilərin ilkin nəticələri fonunda ABŞ dövlət istiqrazlarının gəlirliliyi bütün müddətlər üzrə azalıb. Eyni zamanda, dollar indeksi 0,5 faizədək geriləyərək son iki ayın ən böyük enişini qeydə alıb. Dolların zəifləməsi qızılın digər valyutalardan istifadə edən investorlar üçün nisbətən ucuzlaşmasına və qiymətli metala marağın artmasına şərait yaradıb.
Oversea-Chinese Banking Corp. bankının strateqi Kristofer Vonq (Christopher Wong) bildirib ki, investorlar Demokratların seçkilərdə güclü nəticə göstərməsinin Tramp administrasiyasının fiskal siyasətini məhdudlaşdırıb-məhdudlaşdırmayacağını qiymətləndirirlər.
Ekspertin sözlərinə görə, Demokratların güclənməsinin əlavə fiskal genişlənmə gözləntilərini zəiflədə biləcəyi ehtimalı qızılın bahalaşmasına müəyyən təkan verir.
ABŞ valyutasının beynəlxalq bazarlardakı dinamikasını əks etdirən Dollar İndeksi isə 0,5 faiz geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















