Azərbaycanda “Quşçuluq qrupu” fəaliyyətə başlayıb
Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində quşçuluq sahəsinin inkişafının stimullaşdırılması, qarşıda duran vəzifələr və görüləcək işlərin müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Görüşdə Nazirliyin məsul şəxsləri və struktur bölmələrinin əməkdaşları, “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin üzvləri və quşçuluq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Bildirilib ki, Dövlət Proqramından irəli gələn vəzifələrin əlaqələndirilmiş şəkildə icrasını təmin etmək məqsədilə “Quşçuluq qrupu” fəaliyyətə başlayıb. Qrupun əsas fəaliyyət istiqamətləri quşçuluq təsərrüfatlarının ehtiyaclarının qiymətləndirilməsi, sahənin xüsusiyyətləri nəzərə alınmaqla torpaqların kateqoriyasının və ya məqsədli təyinatının dəyişdirilməsi prosesinin sürətləndirilməsi, quşçuluq binalarının və kəsimxanaların tikintisi, yumurta emalı müəssisəsinin yaradılması, eləcə də damazlıq işinin təşviqinə yönəlmiş dəstək mexanizmlərinin hazırlanmasını əhatə edir. Qeyd olunub ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində quş əti istehsalının 30 faiz, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir.
Görüşdə quşçuluq müəssisələrinin nümayəndələri fəaliyyətləri, mövcud istehsal imkanları və həyata keçirdikləri layihələr barədə məlumat verib, sahənin inkişafına dair təkliflərini diqqətə çatdırıblar. Həmçinin, ölkədə sənaye üsulu ilə quş əti istehsalının mövcud vəziyyəti, istehsal proseslərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, yem təminatının yaxşılaşdırılması və sahənin inkişafına təsir göstərən digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olunması üçün dövlət və özəl sektor arasında səmərəli əməkdaşlığın vacibliyi vurğulanıb.
Sonda bu istiqamətdə müzakirələrin mütəmadi davam etdirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO



















