Yeni “Xəzər körpüsü”— Azərbaycan və Qazaxıstan müqavilə imzalayıb
Bakı Limanında yeni yük terminalı yaradılması planlaşdırılır — sənəd imzalanıb. Azərbaycan və Qazaxıstandan Xəzər daşımalarını sürətləndirəcək layihə. Bakı Limanında intermodal terminal layihəsi — birgə müəssisə yaradılması nəzərdə tutulur. Xəzərdə yüksək tutumlu bərələrlə müntəzəm yükdaşımalar planlaşdırılırAZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində “Samruk-Kazyna” Milli Rifah Fondu İdarə Heyətinin sədri Nurlan Jakupovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
AZCON Holding-in məlumatına görə, görüş zamanı Qazaxıstan və Azərbaycan arasında nəqliyyat-logistika əməkdaşlığının inkişafına yönəlmiş iki sənəd imzalanıb.
İlk sənəd Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) və Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondu arasında yeni “Xəzər körpüsü” (“Super Ferry”) Transxəzər yeni nəsil bərə sisteminin yaradılması üzrə strateji əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən əməkdaşlıq müqaviləsidir.
Layihə Ələt və Kurık limanları arasında müasir, yüksək tutumlu bərələr vasitəsilə müntəzəm yükdaşımaların təşkilini, ixtisaslaşdırılmış terminalların inkişafını və vahid nəqliyyat-logistika sisteminin formalaşdırılmasını nəzərdə tutur. Əsas hədəflər dəniz keçidi və liman əməliyyatlarına sərf olunan vaxtın azaldılması, daşımaların etibarlılığının artırılması və Orta Dəhlizin rəqabət qabiliyyətinin gücləndirilməsidir. Bununla da layihə Xəzər hövzəsində nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə və beynəlxalq yük axınları üçün daha dayanıqlı logistika imkanlarının yaradılmasına töhfə verəcək.
Bakı Beynəlxalq Dəniz Limanının ərazisində intermodal yük terminalının yaradılması istiqamətində əməkdaşlığın prinsiplərini müəyyən edən əsas şərtlər sənədi isə AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC və Qazaxıstanın “Қазақстан темір жолы” SC arasında imzalanıb.
Yeni terminalın yaradılması konteyner və digər yük axınlarının cəlb edilməsinə, liman və dəmir yolu əməliyyatları arasında inteqrasiyanın gücləndirilməsinə, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımaların səmərəliliyinin artırılmasına xidmət edəcək.
Layihə çərçivəsində terminalın əməliyyat və kommersiya fəaliyyətini həyata keçirəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Bu məqsədlə növbəti mərhələdə investisiya modelinin və maliyyələşdirmə şərtlərinin layihənin texniki-iqtisadi göstəriciləri əsasında dəqiqləşdirilməsi planlaşdırılır.
Eyni zamanda görüş zamanı korporativ idarəetmə və portfel şirkətləri arasında koordinasiya sahəsində təcrübə mübadiləsi aparılıb, Orta Dəhliz, dibdərinləşdirmə işləri, dəniz infrastrukturu layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















