“NORM” şirkətinin illik xeyriyyə xərcləri 5 milyon manatdan çox olub
“NORM” ASC-nin gəlirləri 272,9 milyon manata yüksəlib“NORM” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2025-ci ildə “NORM” ASC-nin gəlirləri 272 milyon 909 min manat təşkil edib. Bu göstərici 2024-cü ildə qeydə alınmış 255 milyon 524 min manatla müqayisədə 17 milyon 385 min manat və ya 6,8% çoxdur.
Marja.az xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üzrə maliyyə hesabatında bildirilir.
Şirkətin satışlarının maya dəyəri isə 125 milyon 994 min manatdan 140 milyon 706 min manata yüksəlib. Beləliklə, satışların maya dəyəri 14 milyon 712 min manat və ya 11,7% artıb.
Nəticədə şirkətin ümumi mənfəəti 2024-cü ildəki 129 milyon 530 min manatdan 2025-ci ildə 132 milyon 203 min manata çatıb. Artım 2 milyon 673 min manat və ya 2,1% təşkil edib.
2025-ci ildə “NORM” ASC-nin əməliyyat mənfəəti 80 milyon 57 min manat olub. Bu, əvvəlki ilin 81 milyon 509 min manatlıq göstəricisindən 1 milyon 452 min manat və ya 1,8% azdır. Şirkətin ümumi və inzibati xərcləri 24 milyon 869 min manatdan 22 milyon 816 min manata, çatdırılma xərcləri isə 21 milyon 775 min manatdan 19 milyon 862 min manata düşüb. Bununla yanaşı, satış və marketinq xərcləri 5 milyon 921 min manatdan 9 milyon 158 min manata yüksəlib. Artım 3 milyon 237 min manat və ya 54,7% təşkil edib.
Maliyyə nəticələrinə mənfi təsir göstərən əsas amillərdən biri maliyyə xərclərinin artması olub. Belə ki, şirkət 2024-cü ildə 783 min manat xalis maliyyə gəliri əldə etdiyi halda, 2025-ci ildə 8 milyon 797 min manat xalis maliyyə xərci qeydə alıb.
Nəticədə vergidən əvvəlki mənfəət 77 milyon 430 min manatdan 66 milyon 447 min manata geriləyib.
“NORM” 2025-ci ili 52 milyon 429 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 7 milyon 308 min manat və ya 12,2% azdır. Şirkətin xalis mənfəət marjası da 2024-cü ildəki 23,4%-dən 2025-ci ildə 19,2%-ə enib. Bu isə gəlirlərin artmasına baxmayaraq, şirkətin hər 100 manat satışdan əldə etdiyi xalis mənfəətin azaldığını göstərir.
“NORM”un aktivləri 359 milyon manatı ötüb
Maliyyə vəziyyəti haqqında hesabata əsasən, 31 dekabr 2025-ci il tarixinə “NORM” ASC-nin cəmi aktivləri 359 milyon 338 min manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 280 milyon 389 min manatla müqayisədə 78 milyon 949 min manat və ya 28,2% artım deməkdir.
Şirkətin uzunmüddətli aktivləri 161 milyon 906 min manatdan 210 milyon 924 min manata yüksəlib.
Uzunmüddətli aktivlərin əsas hissəsini 169 milyon 450 min manatlıq əmlak, tikili və avadanlıqlar, həmçinin 33 milyon 710 min manatlıq törəmə müəssisələrə investisiya qoyuluşları təşkil edib.
Eyni zamanda, şirkətin qısamüddətli aktivləri 118 milyon 483 min manatdan 148 milyon 414 min manata çatıb.
“NORM” ASC-nin xeyriyyə xərcləri 5 milyon manatı ötüb
“NORM” Açıq Səhmdar Cəmiyyətinin 2025-ci ildə xeyriyyə xərcləri 5 milyon 154 min manat təşkil edib. Bu, 2024-cü ildəki 5 milyon 201 min manatla müqayisədə 47 min manat və ya 0,9% azdır. Xeyriyyə xərclərinin illik gəlirlərdə payı təxminən 1,9% təşkil edib. İki il ərzində şirkətin xeyriyyə məqsədlərinə yönəltdiyi vəsaitlərin ümumi məbləği 10 milyon 355 min manata çatıb.
Şirkətin pul vəsaitləri 50% artıb
2025-ci ilin sonunda “NORM” ASC-nin pul vəsaitləri və onların ekvivalentləri 62 milyon 93 min manat olub.
2024-cü ilin sonunda bu göstərici 41 milyon 402 min manat təşkil edirdi. Beləliklə, şirkətin pul vəsaitləri bir il ərzində 20 milyon 691 min manat və ya 50% artıb.
Hesabat dövründə mal-material ehtiyatları 49 milyon 23 min manatdan 51 milyon 317 min manata, ticarət debitor borcları isə 10 milyon 816 min manatdan 17 milyon 87 min manata yüksəlib.
Öhdəliklər 61% artıb, kapital isə azalıb
“NORM” ASC-nin cəmi öhdəlikləri 2025-ci ilin sonunda 209 milyon 82 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 129 milyon 933 min manatla müqayisədə 79 milyon 149 min manat və ya 60,9% çoxdur.
Şirkətin uzunmüddətli öhdəlikləri 23 milyon 642 min manatdan 42 milyon 576 min manata, qısamüddətli öhdəlikləri isə 106 milyon 291 min manatdan 166 milyon 506 min manata yüksəlib.
Xüsusilə, qısamüddətli kreditlər və borc vəsaitləri 27 milyon 814 min manatdan 90 milyon 223 min manata çatıb. Bu, bir il ərzində 62 milyon 409 min manat və ya 3,2 dəfə artım deməkdir.
Eyni zamanda, şirkətin uzunmüddətli kreditləri və borc vəsaitləri 18 milyon 517 min manatdan 37 milyon 930 min manata yüksəlib.
Beləliklə, şirkətin uzunmüddətli və qısamüddətli kreditləri və borc vəsaitlərinin ümumi məbləği 2024-cü ilin sonundakı 46 milyon 331 min manatdan 2025-ci ilin sonunda 128 milyon 153 min manata çatıb. Artım 81 milyon 822 min manat və ya 176,6% təşkil edib.
Şirkətin cəmi kapitalı isə 150 milyon 456 min manatdan 150 milyon 256 min manata düşüb.
Qeyd edək ki, Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















