Tanınmış geyim brendi Bakıda 2 min 400 kvadratmetrlik mağaza açıb
31 illik geyim brendindən Bakıda yeni addım — mağazalarının sayı 6-ya çatdı. Azadlıq prospektində 2 min 400 kvadratmetrlik geyim mağazası açılıbÇİNİCİ geyim brendinin Bakının Azadlıq prospekti 100 ünvanında yeni mağazası açılıb. Üç mərtəbədən ibarət, ümumi sahəsi 2 min 400 kvadratmetr olan mağazada 30 nəfərin məşğulluğunun təmin edilməsi nəzərdə tutulur.
Marja.az xəbər verir ki, yeni mağazanın açılması ilə brendin mağazalarının sayı 6-ya çatıb.
Açılış mərasimində çıxış edən ÇİNİCİ brendinin təsisçisi İrfan Şahin markanın fəaliyyəti və inkişaf yolu barədə məlumat verib. O, brendin 31 illik tarixə malik olduğunu bildirib.
Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, səfirliyin müşavirləri, Türkiyənin Naxçıvandakı baş konsulu Ali Sevim, MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Fuat Kayhan, İdarə Heyətinin və dərnəyin üzvləri iştirak ediblər.
Fuat Kayhan çıxışında ÇİNİCİ-nin uzun illər ərzində əldə etdiyi uğurları və inkişafını yüksək qiymətləndirib. O, yeni mağazanın yaradılması və açılışa hazırlanması prosesində MÜSİAD Azərbaycan üzvləri arasında əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə iki ölkə arasındakı qardaşlıq münasibətlərinin mühüm təzahürlərindən birinin iqtisadi və ticarət əməkdaşlığı olduğunu bildirib. Səfir Türkiyə Səfirliyinin iş dünyasının nümayəndələrinə dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















