Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Taleh Kazımov maliyyə sektorunun inkişafından tam razı deyil: "Daha yaxşı nəticə istəyərdim". Mərkəzi Bankın 2024–2026-cı illər üzrə hədəflərinin 85 faizi yerinə yetirilib. Azərbaycanın maliyyə sektoru üçün yeni dördillik strategiya hazırlanıb. Mərkəzi Bank 2027–2030-cu illər üçün yeni inkişaf planını açıqlayacaq. Taleh Kazımov uğursuzluqlar barədə də hesabat verəcəklərini bildirib.Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mövcud strategiyanın icrası üzrə müəyyən nəticələr əldə edilsə də, qarşıya qoyulan bütün məqsədlərə hələ nail olunmayıb.
“Strategiya üzrə müəyyən etdiyimiz hədəflərin və təşəbbüslərin, bildiyim qədər, 85 faizini indiyədək icra etmişik. Düşünürəm ki, bu, yaxşı göstəricidir. Amma istəyərdim ki, daha yüksək olsun”, – deyə Mərkəzi Bankın sədri qeyd edib.
Kazımov mövcud strategiyanın icra nəticələrindən tam razı olmadığını da bildirib. O vurğulayıb ki, 2024–2026-cı illəri əhatə edən strategiyanın yekun nəticələri barədə 2027-ci ilin birinci rübündə ictimaiyyətə hesabat təqdim olunacaq.
Həmin hesabatda strategiya üzrə əldə edilən uğurlar, qarşıya çıxan çətinliklər və icrası başa çatdırılmayan təşəbbüslər barədə ətraflı məlumat veriləcək.
2027–2030-CU İLLƏR ÜZRƏ YENİ STRATEGİYA HAZIRLANIR
Taleh Kazımov bildirib ki, Mərkəzi Bank artıq maliyyə sektorunun növbəti inkişaf strategiyasının hazırlanmasını yekunlaşdırmaq üzrədir. Yeni strategiya 2027–2030-cu illəri əhatə edəcək.
“2027–2030-cu illər üzrə Maliyyə Sektorunun İnkişafı Strategiyasının hazırlanması prosesi, demək olar ki, başa çatır. Əvvəlki strategiya kimi, bunu da ictimaiyyətə təqdim edəcəyik”, – deyə sədr bildirib.
Onun sözlərinə görə, yeni strategiyanın əsas istiqamətləri də 2027-ci ilin birinci rübündə açıqlanacaq. Mərkəzi Bank qarşıdakı strategiyanın icrası barədə də hər il hesabat verməyi planlaşdırır.
Kazımov qeyd edib ki, son üç-dörd ildə Mərkəzi Bankın ictimaiyyətlə kommunikasiya yanaşması əhəmiyyətli dərəcədə dəyişib və bu istiqamətdə şəffaflığın artırılması strategiyanın əsas prinsiplərindən biridir.
“Biz həm uğurlarımızı, həm də uğursuzluqlarımızı sizinlə paylaşacağıq”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















