“Əhali son dollarlarını satıb dolanmır” – Taleh Kazımov iddialara cavab verdi
“Yastıq altındakı dollarlar” barədə iddialara Mərkəzi Bankdan cavab. Taleh Kazımov: Əhali dollar satır, amma bu, pul çatışmazlığından deyil. Əhali dollarını satır, manatla əmanətlər artır. Manata inam artır, dollarlaşma sürətlə azalır.Azərbaycanda xarici valyutaya tələbin azalması əhalinin maddi vəziyyətinin pisləşməsi ilə deyil, son illərdə milli valyutaya və bank sektoruna inamın artması ilə bağlıdır.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, son illərdə ölkədə depozitlərin dollarlaşma səviyyəsinin azalması sürətlənib. Eyni zamanda, nağd valyuta bazarında əhalinin xarici valyutanı daha çox satması müşahidə olunur.
“Biz valyuta bazarında manata, ümumiyyətlə əhalinin manata inamının son illərdə artdığını görürük. Çünki depozitlərin dedollarlaşması prosesi kifayət qədər sürətlə baş verir. Həmçinin nağd valyuta bazarında əhalinin daha çox xarici valyuta satdığını müşahidə edirik”, – deyə Mərkəzi Bankın sədri bildirib.
Taleh Kazımov qeyd edib ki, bəzi ekspertlər əhalinin gündəlik xərclərini ödəmək üçün əvvəlki illərdə topladığı dollar ehtiyatlarını satdığını iddia edirlər. Lakin Mərkəzi Bankın müşahidələri bu qənaəti təsdiqləmir.
“Bəzi ekspertlər deyirlər ki, əhali yastıq altında saxladığı dollarını satıb manat alır və həmin manatı xərcləyir. Biz buna da nəzarət edirik. Müşahidələrimiz göstərir ki, əhali dollar satsa da, paralel olaraq bank sektorunda əmanətlər də kəskin artır”, – deyə o vurğulayıb.
Əhalinin əmanətləri 1,2 milyard manat artıb
Mərkəzi Bankın sədrinin açıqlamasına əsasən, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda fiziki şəxslərin bank əmanətləri 1 milyard 200 milyon manat artıb. Bu dövrdə müddətli əmanətlərin artımı isə 1 milyard 400 milyon manat təşkil edib.
Kazımov bildirib ki, əhalinin maddi imkanlarının zəifləməsi və yığımlar hesabına gündəlik xərclərin qarşılanması halında bank əmanətlərində artım deyil, azalma müşahidə olunmalı idi.
Onun sözlərinə görə, əmanətlərin artması əhalinin xarici valyutanı yalnız dolanışıq xərclərini qarşılamaq üçün satması barədə fikirlərin ümumi tendensiyanı əks etdirmədiyini göstərir.
Əhalinin real gəlirləri 3,7 faiz artıb
Taleh Kazımov Dövlət Statistika Komitəsinin məlumatlarına istinad edərək bildirib ki, 2026-cı ilin doqquz ayında əhalinin nominal gəlirləri 9,6 faiz artıb. Mərkəzi Bankın hesablamalarına əsasən, inflyasiya nəzərə alındıqda əhalinin real gəlirlərinin artımı 3,7 faiz təşkil edib.
“Deyirlər ki, pul yoxdur, ona görə əhali son dollarlarını satır və həmin pulla dolanır. Biz belə bir faktla rastlaşmırıq. Çünki əhalinin real gəlirləri 3,7 faiz artıb, eyni zamanda əmanətlər də artır”, – deyə Mərkəzi Bankın sədri bildirib.
Əmanətlərin artımı kütləvi xarakter daşıyır
Mərkəzi Bankın sədri əmanətlərin artımının yalnız yüksək gəlirli şəxslər hesabına baş vermədiyini də vurğulayıb.
Onun sözlərinə görə, əmanətçilərin sayı və əmanətlərin məbləği baxımından əsas hissəni 30 min manatadək əmanətlər təşkil edir. Bu kateqoriyanın payı təxminən 70–80 faiz səviyyəsindədir.
Kazımov bildirib ki, bu göstərici əmanətlərin artımının ayrı-ayrı iri əmanətçilərlə məhdudlaşmadığını, daha geniş əhali qruplarını əhatə etdiyini göstərir.
Valyutaya tələbin azalması pul siyasətinin effektivliyi ilə əlaqələndirilir
Taleh Kazımov hesab edir ki, xarici valyutaya tələbin azalmasının əsas səbəblərindən biri milli valyutaya etimadın güclənməsidir. Onun fikrincə, əhalinin bank sektoruna inamının yüksəlməsi və manatla yığımlara üstünlük verməsi də bu prosesə təsir göstərir.
Mərkəzi Bankın sədri bunu həyata keçirilən monetar siyasətin effektivliyinin göstəricilərindən biri kimi qiymətləndirib.
Bununla yanaşı, Kazımov valyuta bazarındakı tendensiyalara iqtisadi artımın da müəyyən təsir göstərdiyini istisna etməyib. O, xüsusilə qeyri-neft sektorunda 2,6 faizlik iqtisadi artımın valyuta bazarına təsir edən amillərdən biri ola biləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















