Azərbaycanın İT şirkəti Mərkəzi Asiyanın daha 4 ölkəsində fəaliyyətini genişləndirir
“Rabalon” beynəlxalq texnologiya nəhəngi ilə əməkdaşlığını 4 ölkəyə genişləndirir. Azərbaycan şirkəti Mərkəzi Asiya bazarlarına “ManageEngine” məhsullarını çıxaracaqAzərbaycanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən “Rabalon” şirkəti beynəlxalq texnologiya istehsalçısı “ManageEngine” ilə əməkdaşlığının coğrafiyasını genişləndirərək Mərkəzi Asiyanın dörd ölkəsində yeni bazarlara çıxır.
Marja.az xəbər verir ki, bu barədə “Rabalon” şirkətinin yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, şirkət bundan sonra “ManageEngine” məhsullarını Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan bazarlarında da rəsmi şəkildə təqdim edəcək.
Genişlənmə çərçivəsində həmin ölkələrdə fəaliyyət göstərən müəssisələrə informasiya texnologiyaları infrastrukturunun idarə olunması, biznes proseslərinin avtomatlaşdırılması və kibertəhlükəsizlik sahələrində müasir texnoloji həllər təklif ediləcək.
“Rabalon” şirkəti bildirib ki, mövcud tərəfdaşlığın yeni bazarları əhatə etməsi onun regional inkişaf strategiyasında mühüm mərhələdir.
Şirkətin əsas məqsədi Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən bizneslərin texnoloji imkanlarını genişləndirmək, İT infrastrukturunun idarə edilməsinin səmərəliliyini artırmaq və rəqəmsal təhlükəsizlik sahəsində qabaqcıl həlləri daha əlçatan etməkdir.
Qeyd edək ki, “Rabalon” və “ManageEngine” arasında əməkdaşlıq uzun müddətdir davam edir. Tərəflər 2023 və 2024-cü illərdə Azərbaycanda İT idarəetməsi və kibertəhlükəsizlik sahələrinə həsr olunmuş beynəlxalq tədbirlər təşkil ediblər.
“ManageEngine” beynəlxalq “Zoho Corporation” şirkətinin tərkibində fəaliyyət göstərən, korporativ İT idarəetməsi, şəbəkə monitorinqi, informasiya təhlükəsizliyi və biznes proseslərinin avtomatlaşdırılması üçün proqram təminatı təqdim edən texnologiya şirkətidir.
“Rabalon” isə İT konsaltinq, sistem inteqrasiyası, infrastrukturun idarə olunması və kibertəhlükəsizlik sahələrində xidmətlər göstərir. Şirkətin rəsmi internet saytındakı məlumatlara əsasən, Azərbaycanla yanaşı, ABŞ, Qazaxıstan və Özbəkistanda da ofisləri mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO


















