Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
“Yelo Bank” səhmdarlarını növbədənkənar yığıncağa çağırır – Mühüm qərarlar veriləcək. “Yelo Bank” rəhbərliklə bağlı qərar qəbul etməyə hazırlaşır. “Yelo Bank” 2027–2029-cu illər üçün yeni strategiya müəyyənləşdirir“Yelo Bank” ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planının təsdiqlənməsi də nəzərdə tutulur.
Marja.az xəbər verir ki, bu məsələlər “Yelo Bank” ASC səhmdarlarının 3 dekabr 2026-cı il tarixində keçiriləcək növbədənkənar ümumi yığıncağının gündəliyinə daxil edilib.
Yığıncaq saat 11:00-da Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında keçiriləcək.
Bankın rəhbərliyinin yenidən təyin edilməsi müzakirə olunacaq
Açıqlanan gündəliyə əsasən, səhmdarlar “Yelo Bank”ın İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxacaqlar. Beləliklə, yığıncaqda bankın icraedici rəhbərliyinin səlahiyyətlərinin davam etdirilməsi ilə bağlı qərarın qəbul olunması nəzərdə tutulur.
Gündəlikdə yeni rəhbər şəxslərin təyin edilməsi və ya İdarə Heyətinin tərkibində dəyişiklik edilməsi ayrıca göstərilmir.
2027-ci ilin büdcəsi və üçillik strateji plan təsdiqlənəcək
Növbədənkənar ümumi yığıncağın digər mühüm məsələsi “Yelo Bank”ın 2027-ci il üçün büdcə layihəsinin təsdiqlənməsidir. Səhmdarlar bankın gələn il üzrə maliyyə planını müzakirə edəcəklər.
Bundan əlavə, bankın 2027–2029-cu illəri əhatə edən Strateji Planının təsdiqlənməsi də gündəliyə daxil edilib. Bu sənəd bankın növbəti üç il üzrə inkişaf istiqamətlərini və strateji prioritetlərini müəyyənləşdirmək məqsədi daşıyır. Lakin açıqlamada büdcənin maliyyə göstəriciləri, strateji planın əsas hədəfləri və nəzərdə tutulan investisiya məbləğləri barədə məlumat verilməyib.
Yığıncaqda cari və təşkilati məsələlərin müzakirəsi də nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















