Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Bankların kredit vermək üçün böyük maliyyə imkanı olduğu açıqlanıb. Taleh Kazımov bank sektorunda milyardlarla manatlıq sərbəst vəsaitdən danışdıb.Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard manat təşkil edir.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasətinə dair qərarın açıqlanması zamanı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bank sektoru hazırda əhəmiyyətli izafi likvidlik şəraitində fəaliyyət göstərir.
“Məcburi ehtiyatlara dair tələbləri nəzərə aldıqdan sonra bank sektorunun 6,12 milyard manat izafi likvidliyi var. Mərkəzi Bank bu likvidliyi əsasən pul siyasətinin əməliyyat çərçivəsindəki alətlərlə sterilizasiya edir. Əsas alətimiz birhəftəlik depozitlərdir”, – deyə Taleh Kazımov qeyd edib.
Mərkəzi Bankın sədri vurğulayıb ki, bankların həm məcburi ehtiyatlar, həm də likvidlik üzrə prudensial tələbləri yerinə yetirməsindən sonra da kreditləşmə üçün böyük həcmdə vəsait qalır.
“Bütün məcburi ehtiyat və likvidlik tələblərimizi nəzərə alsaq, bankların hazırda kreditləşmə üçün 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Bu proses ötən ilin dördüncü rübündən başlayaraq davam edir”, – deyə o bildirib.
Bu göstəricilər bank sektorunda kreditləşmənin genişləndirilməsi üçün əhəmiyyətli likvidlik potensialının mövcud olduğunu göstərir. Bununla belə, sərbəst vəsaitlərin kreditə çevrilməsi bankların risk qiymətləndirməsindən, kredit tələbindən və borcalanların maliyyə vəziyyətindən də asılıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















