Lizinq şirkəti illik 16%-lə 1 milyon manat borclanır - Mənfəəti azalıb, borcunu artırır
Azərbaycanda 16% gəlirlilik təklif edən yeni istiqraz emissiyası. Mənfəəti 36% azalan “Legion Financial” 16%-lə borclanmaq istəyir. “Legion Financial”ın öhdəlikləri 17 milyon manatı ötüb – Yeni istiqraz emissiyasıAzərbaycanda avtomobil lizinqi, faktorinq və lombard kreditləri sahələrində fəaliyyət göstərən “Legion Financial” ASC ümumi dəyəri 1 milyon manat olan istiqrazlar buraxmağa hazırlaşır.
Marja.az şirkətin emissiya prospektinə istinadən xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd istiqrazın buraxılması nəzərdə tutulur.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 16 faiz, tədavül müddəti isə 12 ay müəyyən edilib. Faiz gəlirləri investorlara hər ay ödəniləcək, istiqrazların nominal dəyəri isə tədavül müddətinin sonunda qaytarılacaq.
Beləliklə, nominal dəyəri 100 manat olan bir istiqraz üzrə illik faiz gəliri 16 manat təşkil edəcək. Emissiyanın tam yerləşdirilməsi halında şirkətin illik faiz ödənişləri 160 min manata çatacaq.
İstiqrazlar təmin edilməmiş formada buraxılır. Bu isə o deməkdir ki, emitentin istiqrazlar üzrə öhdəliklərinin icrasını təmin edən ayrıca girov nəzərdə tutulmayıb.
İstiqrazların Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi planlaşdırılır. Emissiyanın anderrayteri “Troni İnvestisiya Şirkəti” QSC-dir.
Şirkət istiqrazların yerləşdirilməsindən əldə edəcəyi vəsaiti əsasən avtomobil lizinqi portfelinin genişləndirilməsinə, yeni lizinq müraciətlərinin maliyyələşdirilməsinə, faktorinq və lombard kreditləri istiqamətlərinin inkişafına yönəltməyi nəzərdə tutur.
“Legion Financial”ın mənfəəti 36% azalıb
Emissiya prospektində şirkətin maliyyə göstəriciləri də açıqlanıb. Sənəddə təqdim olunan konsolidasiya edilmiş mənfəət və zərər hesabatına əsasən, “Legion Financial” ASC 2026-cı ilin birinci yarısını 470 min 97 manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 733 min 44 manatla müqayisədə 262 min 947 manat və ya 35,9 faiz azdır.
Hesabat dövründə şirkətin faiz gəlirləri 1 milyon 759 min 535 manatdan 2 milyon 264 min 684 manata yüksəlib. Beləliklə, faiz gəlirləri 505 min 149 manat və ya 28,7 faiz artıb. Bununla yanaşı, faiz xərcləri 758 min 946 manatdan 1 milyon 84 min 740 manata yüksəlib.
Şirkətin inzibati xərcləri isə ötən ilin birinci yarısındakı 154 min 170 manatdan 651 min 6 manata çatıb. Bu, təxminən 4,2 dəfə artım deməkdir.
Aktivlər və öhdəliklər artıb
2026-cı il iyunun 30-na “Legion Financial” ASC-nin cəmi aktivləri 22 milyon 471 min 281 manat təşkil edib. Ötən ilin eyni tarixində aktivlər 19 milyon 67 min 603 manat olub. Beləliklə, aktivlər 3 milyon 403 min 678 manat və ya 17,9 faiz artıb. Şirkətin maliyyə lizinqi üzrə debitor borcları 11 milyon 135 min 820 manatdan 12 milyon 93 min 71 manata yüksəlib. Eyni dövrdə faktorinq əməliyyatları üzrə aktivlər 3 milyon 392 min 304 manatdan 3 milyon 893 min 947 manata, lombard kreditləri üzrə alacaqlar isə 354 min 370 manatdan 618 min 537 manata çatıb.
Şirkətin cəmi öhdəlikləri 2025-ci il iyunun 30-dakı 14 milyon 684 min 558 manatdan 2026-cı il iyunun 30-da 17 milyon 23 min 335 manata yüksəlib. Bu, 2 milyon 338 min 777 manat və ya 15,9 faiz artım deməkdir.
Hesabat tarixinə şirkətin kapitalı 5 milyon 447 min 946 manat təşkil edib. Bir il əvvəl bu göstərici 4 milyon 383 min 44 manat olub. Kapital 24,3 faiz artıb.
Şirkətin nizamnamə kapitalı isə 4 milyon 130 min manatdır. Emissiya prospektində nizamnamə kapitalının əlavə 1 milyon manat artırılmasının planlaşdırıldığı da bildirilir.
Şirkətin daha əvvəl buraxdığı istiqrazlar da mövcuddur
Emissiya prospektinə əsasən, “Legion Financial” 2023-cü ildə hər biri 500 min manat olmaqla iki istiqraz buraxılışını dövlət qeydiyyatından keçirib. Həmin istiqrazların illik faiz dərəcəsi 15 faiz, tədavül müddəti 60 ay müəyyən edilib.
Yeni buraxılışda isə illik faiz dərəcəsi əvvəlki emissiyalarla müqayisədə 1 faiz bəndi yüksəkdir.
Qeyd edək ki, “Legion Financial” ASC-nin əsas fəaliyyət istiqamətləri avtomobil lizinqi, lombard kreditləri və faktorinq əməliyyatlarıdır. Şirkət ABŞ-da daşınmaz əmlakın idarə edilməsi sahəsində də törəmə müəssisəsi vasitəsilə fəaliyyət göstərir.
“Legion Financial” ASC-nin 6 səhmdarı var. Şirkətin ən böyük səhmdarı 37,5302 faiz payla İsmayılov Turan Mübariz oğludur. Digər səhmdarlar Süleymanlı Ramin Rəhman oğlu (32,6876 faiz), Məmmədov Böyükağa Mirkamal oğlu (13,3171 faiz), Soltanov Rövşən Rafiq oğlu (10,1694 faiz), Belarus vətəndaşı Kolas Konstantin (4,6004 faiz) və Cahangirova Sabirə Ramiz qızıdır (1,6949 faiz). Beləliklə, şirkətin səhmlərinin 70,2178 faizi iki ən böyük səhmdarın – Turan İsmayılov və Ramin Süleymanlının əlində cəmləşib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO


















