970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bildirib.

Taleh Kazımov qeyd edib ki, lombardların fəaliyyətinin tənzimlənməsi bu sahəyə mütləq yeni məhdudiyyətlərin tətbiq olunacağı anlamına gəlmir.

“Lombard sahəsində biz tənzimləməni gətirmək istəyirik. Bu, o demək deyil ki, məhdudiyyətlər gələcək. Tənzimləmə daha çox istehlakçıların hüquqlarının müdafiəsi sahəsində olacaq”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.

Onun sözlərinə görə, nəzərdə tutulan dəyişikliklər əsasən prudensial tələblərə deyil, lombard xidmətlərindən istifadə edən vətəndaşların hüquqlarının qorunmasına istiqamətlənəcək.

“Ümidvaram ki, gələn il artıq bu qanunvericilik təşəbbüsümüz təsdiq olunacaq”, – deyə Taleh Kazımov bildirib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

29.10.2026 15:39
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19