Mərkəzi Bankdan kiçik banklara mesaj – Birləşmə və satınalma çıxış yolu ola bilər
Mərkəzi Bank bankların birləşməsini təşviq etməyə hazırdır – “Kiçik bankların rəqabət aparması çətinləşir”. Taleh Kazımov: “Ölkədə çox sayda kiçik bankın olması vacib deyil”. Kazımov: “İki problemli bankı birləşdirməklə daha böyük problem yaranır”.Azərbaycan Mərkəzi Bankı ölkənin bank sektorunda konsolidasiya proseslərini, o cümlədən bankların birləşməsini və satın alınmasını dəstəkləyir. Tənzimləyici qurum daha güclü maliyyə institutlarının formalaşması üçün bu prosesləri təşviq etməyə də hazırdır.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bank sektorunda birləşmə və satınalmaların gələcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
Taleh Kazımov qeyd edib ki, 2026-cı ildə Azərbaycanın bank sektorunda konsolidasiya istiqamətində iki mühüm proses baş verib.
Bunlardan biri “Bank BTB”nin aktiv və öhdəliklərinin Azərbaycan Beynəlxalq Bankının (ABB) balansına ötürülməsi, digəri isə “Bank Respublika” tərəfindən “AccessBank”ın səhmlərinin alınmasına dair razılaşmadır.
Mərkəzi Bankın sədri vurğulayıb ki, tənzimləyici qurum bankların konsolidasiyasına müsbət yanaşır və bu prosesin sektorun rəqabət qabiliyyətini artıracağını gözləyir.
“Biz ümumiyyətlə Mərkəzi Bank olaraq konsolidasiyanı dəstəkləyirik. Çünki maliyyə sektorumuzun strukturuna nəzər salsaq, görərik ki, iki-üç böyük oyunçumuz var. Konsolidasiya nəticəsində rəqabətin də artacağını gözləyirik”, – deyə Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, növbəti dövrdə bankların birləşməsi və ya satın alınması ilə bağlı yeni təşəbbüslər ortaya çıxarsa, Mərkəzi Bank maliyyə sektorunun dayanıqlılığı şərtilə həmin prosesləri dəstəkləməyə hazırdır.
AMB sədri bildirib ki, hazırda 2026-cı ilin qalan hissəsi üçün tənzimləyici qurumun gündəliyində əlavə konsolidasiya planı yoxdur. Növbəti ildə belə proseslər baş verərsə, ictimaiyyətə məlumat veriləcək.
“İki problemli bankın birləşməsi daha böyük problem yarada bilər”
Taleh Kazımov bankların birləşməsinin bütün hallarda müsbət nəticə vermədiyini də diqqətə çatdırıb. Onun fikrincə, konsolidasiya yalnız nəticədə daha güclü və dayanıqlı maliyyə institutunun yaranmasına xidmət etdikdə məqsədəuyğundur.
“İki problemli bankı birləşdirməklə daha böyük problem yaranır. Ona görə biz belə konsolidasiyanın tərəfdarı deyilik. İki və ya daha çox bank birləşərək daha güclü maliyyə institutu yaradırsa, sözsüz ki, bunu dəstəkləyirik”, – deyə Mərkəzi Bankın sədri vurğulayıb.
O əlavə edib ki, konsolidasiya həm bankların birləşməsi, həm də bir bankın digərini satın alması yolu ilə həyata keçirilə bilər.
“Kiçik banklar üçün rəqabət getdikcə çətinləşir”
Taleh Kazımov Azərbaycanda bankların sayının və bazarın ölçüsünün də nəzərə alınmalı olduğunu bildirib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının miqyası və bank sektorundakı rəqabət şəraiti çoxsaylı kiçik maliyyə institutlarının mövcudluğunu zəruri etmir: "Ölkə balacadır, iqtisadiyyat balacadır, çox sayda kiçik oyunçuların olması vacib deyil".
Mərkəzi Bankın sədri xüsusilə informasiya texnologiyalarına, rəqəmsal bankçılığa və yeni texnoloji həllərə tələb olunan investisiyaların artmasını kiçik banklar üçün əsas çətinliklərdən biri kimi qiymətləndirib. Bu şəraitdə kiçik bankların böyük maliyyə institutları ilə rəqabət aparmaq imkanlarının məhdudlaşdığını qeyd edən Taleh Kazımov birləşmə və satınalmaların səmərəli çıxış yolu ola biləcəyini bildirib.
Onun fikrincə, bankların resurslarının birləşdirilməsi əməliyyat səmərəliliyini yüksəltməklə yanaşı, texnoloji inkişaf üçün daha geniş investisiya imkanları yarada bilər.
Mərkəzi Bankın sədri qeyd edib ki, tənzimləyici qurum gələcəkdə bankların sağlam və iqtisadi baxımdan əsaslandırılmış birləşmələrini təşviq etməyə hazırdır.
Bank sektorunda 2026-cı ilin əsas sövdələşmələri
Xatırladaq ki, 2026-cı ildə “Bank BTB”nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi prosesi həyata keçirilib. Digər mühüm hadisə isə sentyabrın 11-də “Bank Respublika” və “AccessBank”ın birləşmə planlarını elan etməsi olub.
Razılaşmaya əsasən, “Bank Respublika” “AccessBank”ın səhmlərinin 100 faizini əldə edəcək. Bunun müqabilində “AccessBank”ın mövcud səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının 25 faizini təşkil edəcək yeni imtiyazlı səhmlərə sahib olacaqlar. Sövdələşmənin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əməliyyatın başa çatması müvafiq tənzimləyici təsdiqlərin alınmasından asılıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO






















