Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20%-dən çox artıb
2026-cı ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft ixracı 3,2 milyard ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə oktyabr sayını təqdim edib.
İcmala əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,5% artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.
Cari ilin sentyabr ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 50,2 faiz artaraq 372,8 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 17,2 faiz artaraq 78,8 milyon ABŞ dollarına bərabər olub.
Qeyri-yeyinti məhsullarının ixracı isə 47,8 faiz artaraq 267,5 milyon ABŞ dollarına bərabər olub. Cari ilin yanvar-sentyabr aylarında ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ötən ilin müvafiq dövrünə nəzərən 2,4 dəfə (136,8%), alüminium və ondan hazırlanan məmulatlar 41%, qara metallardan hazırlanan məmulatlar 32,2%, bitki və heyvan mənşəli piylər və yağlar 31,6%, mis və ondan hazırlanan məmulatlar 21,7%, pambıq 16,6%, qəhvə və çay 13%, yeməli meyvələr 12,5%, tərəvəzlər 9,4%, qara metallar isə 8,5% artıb. 2026-cı ilin yanvar-sentyabr aylarında aqrar məhsullar üzrə ixrac 16,5% artaraq 776,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 2 8,6 % artaraq 299,7 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,6 % artaraq 1,0 8 milyard ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (313,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (213,5 milyon ABŞ dolları) ikinci, tomat (172,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin sentyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 41,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda mis filizləri və konsentratları (29, 8 milyon ABŞ dolları) ikinci, mineral və ya kimyəvi azot gübrələri (21,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-sentyabr aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 881, 4 milyon ABŞ dolları, Türkiyəyə 475,2 milyon ABŞ dolları, Gürcüstana 44 3 milyon ABŞ dolları, İsveçrəyə 327,9 milyon ABŞ dolları, Ukraynaya isə 121,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin sentyabr ayında Rusiya Federasiyasına 67,2 milyon ABŞ dolları, Gürcüstana 56,5 milyon ABŞ dolları, İsveçrəyə 43,5 milyon ABŞ dolları, Türkiyəyə 40,2 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərinə isə 29, 8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















