AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib
Azərbaycanın texnologiya şirkəti "AzInTelecom" beynəlxalq təhlükəsizlik auditindən keçib. Rəqəmsal imza infrastrukturu yoxlanılıb, beynəlxalq standartlara uyğunluğu təsdiqlənib.AZCON Holding şirkətlərindən olan AzInTelecom MMC beynəlxalq səviyyədə tanınmış “WebTrust for Certification Authorities” (WebTrust for CA) auditini uğurla başa vurub. Müstəqil qiymətləndirmə şirkətin rəqəmsal imza infrastrukturunun təhlükəsizliyi və idarə olunması üzrə tətbiq edilən proseslərin beynılxalq standartlara uyğunluğunu təsdiqləyib.
Amerika Sertifikatlı Mühasiblər İnstitutu (AICPA) və Kanada Peşəkar Mühasiblər Təşkilatı (CPA Canada) tərəfindən hazırlanmış “WebTrust for CA” sertifikat xidmətləri göstərən qurumlar üçün beynəlxalq səviyyədə tanınmış audit standartıdır. Audit çərçivəsində AzInTelecom-un informasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri, kriptoqrafik açarların idarə olunması və əməliyyat prosesləri müstəqil auditorlar tərəfindən hərtərəfli qiymətləndirilib.
“Bizim əsas məqsədimiz dövlət və biznes proseslərinin rəqəmsallaşmasını dəstəkləyən, etibarlı elektron xidmətlərin genişlənməsinə imkan yaradan infrastruktur formalaşdırmaqdır. Müstəqil auditin uğurla tamamlanması AzInTelecom-un yerli və beynəlxalq bazarda etibarlı texnoloji tərəfdaş kimi mövqeyini möhkəmləndirir və yeni əməkdaşlıq imkanlarının inkişafı üçün zəmin yaradır”, — deyə AzInTelecom-un İnformasiya Təhlükəsizliyi Departamentinin rəhbəri Ruslan Dadayev bildirib.
“WebTrust for CA” auditinin nəticəsi korporativ müştərilər, dövlət qurumları və fərdi istifadəçilər üçün AzInTelecom-un rəqəmsal imza xidmətlərinin təhlükəsizliyinə, məxfiliyinə və etibarlılığına əlavə təminat yaradır. Eyni zamanda şirkəti rəqəmsal imza sahəsində beynəlxalq tələblərə cavab verən, etibarlı tərəfdaş kimi mövqeləndirir.
AzInTelecom rəqəmsal xidmətlərini beynəlxalq standartlara uyğun inkişaf etdirməklə təhlükəsiz elektron xidmətlərin genişlənməsinə, ölkənin rəqəmsal ekosisteminin inkişafına və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəfinə töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















