Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
Xankəndidə Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib. İclasda rəqabət siyasəti üzrə aktual məsələlər müzakirə olunub və növbəti gün baş tutacaq MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclasında nəzərdən keçiriləcək mövzular üzrə fikir mübadiləsi aparılıb.Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahının 47-ci iclası keçirilib.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də MDB İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının, Regional Rabitə Birliyinin və Antiinhisar Ekspertləri Assosiasiyasının təmsilçiləri iştirak ediblər.
Rusiya Federal Antiinhisar Xidmətinin rəhbər müavini – dövlət katibi Sergey Puzırevskinin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev və MDB İcraiyyə Komitəsinin İqtisadi Əməkdaşlıq Departamentinin Ticarət və maliyyə siyasəti şöbəsinin rəis müavini Oleq Smirnov açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri, maliyyə, səhiyyə, peyk rabitəsi və birja ticarəti kimi mühüm sektorlarda antiinhisar nəzarətinin gücləndirilməsi, həmçinin birgə tədqiqatların aparılması məsələləri müzakirə olunub. Eyni zamanda, Qərargahın fəaliyyətinin yeni istiqamətləri və dövlətlərarası əməkdaşlığın inkişafı üçün atılacaq növbəti addımlar müəyyənləşdirilib.
Qeyd edək ki, MDB-yə üzv dövlətlərin Antiinhisar Qanunvericiliyinin Pozulmalarının Birgə Araşdırılması üzrə Qərargahı 2006-cı ildə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının qərarı ilə yaradılıb. Qərargahın əsas məqsədi MDB məkanında transmilli bazarlarda fəaliyyət göstərən şirkətlərin rəqabətəzidd davranışlarının birgə araşdırılmasını təmin etmək, rəqabət qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasına töhfə vermək və üzv dövlətlərin rəqabət orqanları arasında praktiki əməkdaşlığı gücləndirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO



















