“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
Azərbaycan şirkəti beynəlxalq nəhənglərlə pambıq satışına dair müqavilələr bağlayıb. “Prime Cotton” 2027-ci ildə istehsal edəcəyi pambığın 70 faizini əvvəlcədən satıb – Beynəlxalq müqavilələr bağlanıb. Azərbaycan pambığı üçün yeni bazarlar açılır – Dörd beynəlxalq şirkətlə razılaşmaPrime Cotton ICA-nın İstanbulda keçirilən illik tədbiri çərçivəsində Devcot, Faircot, ECOM və Cam Negoce kimi beynəlxalq ticarət şirkətləri ilə ilk satış müqavilələrini bağlayıb.
Marja xəbər verir ki, razılaşmalar şirkətin Türkiyə bazarından kənarda satış coğrafiyasını genişləndirməsinə və Azərbaycan pambığını dünyanın digər regionlarında təmsil etməsinə yeni imkanlar yaradır.
Şirkət tarixində ilk dəfə olaraq, 2027-ci il üçün proqnozlaşdırılan mahlıc həcminin təxminən 70%-i istehsal və keyfiyyət analizlərindən əvvəl sabit qiymətli beynəlxalq müqavilələr və ICA arbitraj qaydaları əsasında satılıb. Mövcud əlverişli qiymətlərin əvvəlcədən təsbit edilməsi qiymət enişi riskini azaldaraq yüksək mənfəət marjalarının qorunmasına xidmət edir. “On-call” müqavilələri isə qiymətin razılaşdırılmış şərtlər çərçivəsində sonradan təsbit edilməsinə imkan verir.
İstanbul tədbirindən sonra Prime Cotton-un İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Tural Əlizadə və Baş Kommersiya Direktoru Sənan Orucov Qaziantep, Kahramanmaraş, Şanlıurfa və Antakyada müştərilərlə görüşüb. Pambıq lifi və iplik üzrə əməkdaşlığın genişləndirilməsinə dair razılaşmalarla yanaşı, çiyid, jmıx və pambıq yağı üzrə ötən ildən daha yüksək sabit qiymətlərlə illik satış müqavilələri bağlanıb. Bu nəticələr davamlı tanıtım işlərinin, birbaşa müştəri əlaqələrinin və məhsul keyfiyyətinə artan etimadın bəhrəsidir.
Tural Əlizadə əldə olunan nəticələri belə dəyərləndirib:
“Beynəlxalq treyderlərlə bu müqavilələr məhsulumuzun keyfiyyətinə və təchizatçı kimi etibarlılığımıza göstərilən inamın nəticəsidir. Məqsədimiz əlverişli qiymətlərlə gələcək satışlarımızı təmin etmək, mənfəətliliyimizi qorumaq, ixrac bazarlarımızı şaxələndirmək və ‘Made in Azerbaijan’ adı ilə Azərbaycan pambığını daha geniş coğrafiyada tanıtmaqdır.”
Azərbaycanın ABŞ və Braziliyadan sonra Türkiyənin üçüncü böyük mahlıc təchizatçısı mövqeyinə yüksəlməsi fonunda "Prime Cotton" həm bu bazardakı mövqeyini möhkəmləndirməyi,həm də beynəlxalq treyderlər vasitəsilə yeni bazarlara çıxmağı hədəfləyir. Əldə olunan müqavilə qiymətləri və qurulan tərəfdaşlıqlar digər yerli istehsalçılar üçün də istinad nöqtəsi və əlavə ixrac imkanları yarada bilər.
Bu əməkdaşlıqlar Azərbaycan pambığının dünyada tanınmasına, yerli emal məhsullarının ixracına və ölkənin qeyri-neft ixracının artırılmasına töhfə verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















