Sea Breeze-də yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq
Müqavilə imzalanıb - Sea Breeze-in ticarət və əyləncə mərkəzində kinoteatr da fəaliyyət göstərəcək. Sea Breeze və CineMastercard arasında yeni layihə – Çoxzallı kinoteatr açılacaq.Şəhər-kurort Sea Breeze və CineMastercard kinoteatrlar şəbəkəsi Venetian Harbour kompleksində Sea Breeze ərazisində ilk çoxzallı CineMastercard kinoteatrının açılması ilə bağlı müqavilə imzalayıb.
Yeni kinoteatr filmlərin nümayişi üçün müasir texnologiyalarla təchiz olunacaq.
Sazişi Sea Breeze şirkətinin kommersiya icarəsi üzrə direktoru Elbəy Rzayev və CineMastercard kinoteatrlar şəbəkəsinin Baş direktoru Zaur Darabzadə imzalayıblar.
Kinoteatr Halfmoon yarımadasının yaxınlığında inşa edilən Venetian Harbour ticarət və ictimai kompleksinin sahilyanı davamı olan Marina Venetian Harbour-un bir hissəsi olacaq. Layihə beynəlxalq brendlərin butikləri, restoranlar və istirahət məkanlarının yerləşəcəyi dənizkənarı mini-şəhər konsepsiyası əsasında hazırlanıb. Kompleksdə küçələr, xiyabanlar, meydanlar, daxili həyətlər və terraslardan ibarət iki səviyyəli piyada infrastrukturu nəzərdə tutulub.
Ümumi icarəyə verilə bilən sahəsi 24 430 kv. metr olan Venetian Harbour memar Sergey Çobanın layihəsi əsasında inşa edilir. Kompleksin əsas memarlıq elementlərindən biri mayak qülləsi olacaq. Qüllənin ətrafında restoranların və yaşıllıq zonalarının yerləşəcəyi açıq meydanlar salınacaq.
CineMastercard Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biridir və Bakı ilə yanaşı, ölkənin digər şəhərlərində fəaliyyət göstərən 11 kinoteatrı birləşdirir. Müasir texnoloji avadanlıqlar tamaşaçılara filmləri dünya premyeraları ilə eyni vaxtda izləməyə imkan verir. Bundan əlavə, yalnız CineMastercard kinoteatrlarında unikal Skybox zalları, xüsusi qonaqlar üçün iki VIP DIAMOND zalı, həmçinin ən yeni 4DX və ScreenX texnologiyaları təqdim olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO





















