Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
BOKT-lara bankların göstərdiyi bəzi xidmətlərə icazə verilə bilər. BOKT-lar pul köçürmələri və ödəniş xidmətləri göstərə biləcəklər. Mərkəzi Bank BOKT-ların maliyyə lizinqi bazarında rolunu artırmaq da istəyir.Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir.
Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatlarına Nəzarət Departamentinin direktoru Xəyyam İsmayılov XII Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, mikromaliyyə modelinin inkişafı çərçivəsində BOKT-ların yeni xidmətlər göstərməsi imkanları qiymətləndirilir.
X. İsmayılov qeyd edib ki, bu istiqamətdə hesab açılmadan müəyyən ödəniş xidmətlərinin göstərilməsi, pul köçürmələri və inkassasiya xidmətlərinin həyata keçirilməsi imkanları nəzərdən keçirilir.
O bildirib ki, nəzərdə tutulan dəyişikliklər BOKT-ların fəaliyyət istiqamətlərinin genişlənməsinə və yeni gəlir mənbələri əldə etməsinə şərait yarada bilər. Yeni xidmətlərin tətbiqi üçün institusional hazırlıq işlərinin mərhələli şəkildə aparılması nəzərdə tutulur.
Departament direktoru onu da əlavə edib ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə lizinqi üzrə mövcud göstəriciləri sektorun potensialından aşağıdır.
Onun sözlərinə görə, hazırda BOKT-ların maliyyə lizinqi portfeli təxminən 50 milyon manat təşkil edir.
“Bu sektorda maliyyə lizinqi ilə bağlı rəqəmlər bizim gözlədiyimiz potensialdan aşağıdır. Maliyyə lizinqi haqqında qanunun tətbiqi bu sahənin inkişafına və lizinq portfelinin genişlənməsinə imkan yarada bilər. Yeni qanun maliyyə lizinqi fəaliyyəti ilə məşğul olan təşkilatların fəaliyyətini və bu sahədə münasibətləri tənzimləyəcək. BOKT-ların lizinq məhsullarına marağı artır və yeni qanunvericilik çərçivəsi bu istiqamətdə fəaliyyətin genişlənməsinə şərait yarada bilər".
O, həmçinin qonşu ölkələrdə maliyyə lizinqi bazarının daha geniş olduğunu vurğulayaraq, Azərbaycanda da bu sahədə əhəmiyyətli inkişaf potensialının mövcudluğunu qeyd edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
13 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















