Banka məhkəmədən rədd cavabı – Zaminin iki avtomobilinə qadağa qoyulmadı
Kredit borcunun mövcudluğu zaminin əmlakına avtomatik qadağa qoyulmasına əsas vermir – Məhkəmə. Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil – Məhkəmə. Bank 30 min manatlıq kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoydurmaq istədi – Məhkəmə rədd etdi.Bank 30 min manatlıq kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoydurmaq istədi – Məhkəmə rədd etdi. Kredit borcu və zaminin əmlakı: Məhkəmə mühüm məqamlara aydınlıq gətirdi.
Marja.az xəbər verir ki, Şirvan Kommersiya Məhkəməsində kredit öhdəliyinin pozulması ilə əlaqədar zaminə məxsus əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəyə baxılıb.
İş materiallarına əsasən, bank ilə borcalan arasında bağlanmış müqavilə çərçivəsində 500 min manat kredit limiti müəyyən edilib. Həmin limit daxilində borcalana illik 22 faizlə, 18 ay müddətinə 30 min manat kredit verilib. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə digər fiziki şəxslə zaminlik müqaviləsi bağlanıb.
Bankın təqdim etdiyi arayışa əsasən, borcalanın kredit öhdəliyi üzrə ümumilikdə 29 764,93 manat borcu qalıb.
Bank gələcəkdə borcun tutulmasına dair iddia qaldıracağını bildirərək zaminin mülkiyyətində olan iki avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə məhkəməyə müraciət edib.
Bank hesab edib ki, avtomobillərin üçüncü şəxslərə özgəninkiləşdirilməsi gələcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər.
Şirvan Kommersiya Məhkəməsi isə müəyyən edib ki, bank zaminin avtomobilləri satmağa hazırlaşması, üçüncü şəxslərin adına keçirməsi, əmlakı gizlətməsi və ya gələcək məhkəmə qərarının icrasını çətinləşdirə biləcək digər hərəkətlərə yol verməsi barədə konkret sübutlar təqdim etməyib.
Məhkəmə vurğulayıb ki, kredit borcunun mövcudluğu və ya öhdəliyin pozulması özlüyündə zaminin əmlakına müvəqqəti qadağa qoyulması üçün kifayət etmir. Belə tədbirin tətbiqi üçün gələcək məhkəmə qərarının icrasını çətinləşdirə biləcək real və konkret təhlükə əsaslandırılmalıdır.
Həmçinin qeyd edilib ki, bank peşəkar kredit təşkilatı olaraq kredit verilərkən borcalanın ödəmə qabiliyyətini, kredit risklərini və öhdəliyin təminat mexanizmlərini əvvəlcədən qiymətləndirmək imkanına malikdir.
Müvəqqəti təminat tədbiri kredit müqaviləsinin təminat mexanizmini sonradan dəyişdirmək və ya genişləndirmək vasitəsi deyil. Yəni, bank peşəkar kredit təşkilatı olaraq kredit riskini qiymətləndirmək və təminat mexanizmini seçmək imkanına malik olmuşdur, müvəqqəti təminat institutu isə sonradan kreditin təminatlandırılması vasitəsi deyildir.
Belə yanaşma nəticə etibarilə bankın kredit verilməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydada əvvəlcədən formalaşdırmalı olduğu təminat mexanizmini sonradan məhkəmə vasitəsilə təmin etməyə çalışması ilə nəticələnir.
Başqa sözlə, bank tərəfindən kredit verilərkən lazımi qaydada təminatlandırılmalı olan öhdəliklər sonradan məhkəmə tərəfindən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi yolu ilə “təminatlı” vəziyyətə gətirilir. Bu isə yolverilməzdir. Zaminin mülkiyyətində əmlakın mövcudluğu həmin əmlaka avtomatik sərəncam qadağası qoyulmasına əsas yaratmır.
Məhkəmə həmçinin qeyd edib ki, bu mərhələdə borcun tutulması və zaminin məsuliyyəti məsələlərinə deyil, yalnız müvəqqəti təminat tədbirinin tətbiqi üçün prosessual əsasların mövcudluğuna qiymət verilir.
Beləliklə, Şirvan Kommersiya Məhkəməsi bankın müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini rədd edib.
Şirvan Apellyasiya Məhkəməsi də bankın şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
12 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
15 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
15 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
15 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Ən çox oxunanlar
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO




















